Cümə günü, 19 iyun 2026
     

Mul­ti­kul­tu­ra­lizm və azər­bay­can­çı­lıq ün­va­nı - Kür­mük mə­bə­di...

Image


Bö­yük ta­ri­xi keç­mi­şə, zən­gin də­yər­lə­rə ma­lik olan Azər­bay­can xal­qı müx­tə­lif dö­nəm­lər­də ay­rı-ay­rı inancla­ra, di­nə mən­sub olub. Azər­bay­can­da is­lam di­ni ya­yı­la­na qə­dər cə­miy­yə­ti­miz­də xris­ti­an­lıq hökm sü­rüb. Al­ban ta­ri­xi­nin də­rin qat­la­rın­da giz­lə­nən bir sı­ra hə­qi­qət­lər bu gün çö­zül­mək­də­dir. Azər­bay­can əra­zi­sin­də möv­cud olan qə­dim al­ban abi­də­lə­ri qə­dim dövrlə mü­a­sir döv­rü­müz ara­sın­da kör­pü ro­lu oy­na­ya­raq ha­zır­da ma­raq cəlb edir.

Ta­rix­çi­lər ya­zır ki, Azər­bay­can ta­ri­xi­nin təd­qiq olun­ma­sın­da qə­dim al­ban za­ma­nın­dan qa­lan mə­bəd­lə­rin önəm­li ye­ri var. Qeyd edi­lə­nə gö­rə, bu dövrdə al­ban tay­fa­la­rı­nın ək­sə­riy­yə­ti Ay Tan­rı­ça­sı­na si­ta­yiş edir­di. Al­ba­ni­ya­da Ay ila­hə­si Se­le­na­nın şə­rə­fi­nə "Ay ila­hə­si mə­bə­di"nin də ti­kil­di­yi mə­lum­dur. Bu fak­tı Qaf­qaz Al­ba­ni­ya­sı­nın müx­tə­lif yer­lə­rin­də Ay Tan­rı­ça­sı şə­rə­fi­nə ti­ki­lən mə­bəd­lər və qur­ban­gah­lar da sü­but edir. Bu mə­bəd­lər­dən ən məş­hu­ru ta­ri­xi ədə­biy­yat­da "Ay ila­hə­si mə­bə­di" ki­mi ta­nı­nır. Stra­bon və di­gər ta­rix­çi­lə­rin haq­qın­da mə­lu­mat ver­mə­si­nə bax­ma­ya­raq, bu mə­bə­din ha­ra­da və ne­cə ol­ma­sı haq­qın­da də­qiq mə­lu­mat yox­dur. Da­ha son­ra xris­ti­an­lı­ğın ya­yıl­ma­sı ilə bu mə­bəd­lər kil­sə­lə­rə çev­ri­lib.     

Məş­hur Kür­mük kil­sə­si, da­ha doğ­ru­su, "Aya si­ta­yiş" mə­bə­di­nin qa­lıq­la­rı ki­mi qeyd olun­ma­sı va­cib bi­li­nən mə­bəd­dən bu gün çay da­şı və əhənglə ti­kil­miş ba­rı his­sə­si qal­maq­da­dır. Mə­bəd qa­lıq­la­rı Kür­mük ça­yı­nın sa­hi­lin­də, Əm­bər­çay kən­di­nin ya­xın­lı­ğın­da­kı da­ğın zir­və­sin­də yer­lə­şir. Mə­bəd qa­lıq­la­rı­nın yer­ləş­di­yi əra­zi­də in­şa olu­nan, XIX əs­rə aid pra­vos­lav xris­ti­an kil­sə­sin­də 2005-ci il­də bər­pa iş­lə­ri apa­rı­lıb.

Mə­lum­dur ki, əra­zi­də­ki ti­ki­li­lə­rin, kil­sə­nin, ya­xud mə­bə­din qa­lıq­la­rı­nın ol­ma­sı araş­dı­rıl­ma­yıb. Qax ra­yo­nu əra­zi­sin­də ya­şa­yan xalqla­rı xris­ti­an­laş­dır­maq si­ya­sə­ti­nin qur­ba­nı ol­muş "Aya si­ta­yiş" mə­bə­di­nin in­şa və da­ğıl­ma­sı ta­ri­xi­ni də­qiq­ləş­dir­mək məq­sə­di­lə əra­zi­də ar­xe­o­lo­ji qa­zın­tı iş­lə­ri­nin  apa­rıl­ma­sı­na eh­ti­yac var.

Mə­lu­mat­la­ra gö­rə, in­ven­tar nöm­rə­si 4581 olan, XVIII əs­rə ki­mi Gum­rux kil­sə­si adı ilə qey­diy­ya­ta düş­müş kil­sə­nin həm adı, həm də in­şa ta­ri­xi təh­rif olu­nub. Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Ta­rix Ar­xi­vin­də sax­la­nan mü­qəd­dəs ke­şiş İro­di­on Ok­rop­rid­ze­nin "İn­gi­loy ke­şiş­li­yin­də möv­cud olan aşa­ğı kil­sə təş­ki­lat­çı­la­rı­nin və­ziy­yə­ti haq­qın­da 1892-ci il he­sa­ba­tı"nda Kür­mük kil­sə­si haq­qın­da mə­lu­mat ve­ri­lir. Təd­qi­qat­çı­lar ta­ri­xi mən­bə­lə­rə is­tin­dən Kür­mük kil­sə­si­nin Qaf­qaz­da Pra­vos­lav Ar­xi­ye­pis­kop­lu­ğu­nun bər­pa­sı təş­ki­la­tı­nın və kö­nül­lü ia­nə­lər he­sa­bı­na ti­kil­mə­si­ni gös­tə­rir. Təd­qi­qat­çı­lar ya­zır ki, əha­li­nin qə­dim dövrdən mü­qəd­dəs say­dı­ğı əra­zi­də kil­sə­nin in­şa olun­ma­sı­nın sə­bə­bi isə xris­ti­an­lı­ğı qə­bul et­mək­dən ya­yı­nan əha­li­ni za­man keç­dik­cə təd­ri­cən xris­ti­an di­ni­nə yö­nəltmək idi.

Se­le­na (Ay) al­ban mə­bə­di­nin lo­ka­li­zə­si­nə da­ir ya­zan Azər­bay­can Res­pub­li­ka­sı­nın əmək­dar jur­na­lis­ti, ta­rix elmlə­ri dok­to­ru Qa­far Cə­bi­yev qeyd edir ki, an­tik Al­ba­ni­ya­nın et­nik pa­lit­ra­sın­da ol­du­ğu ki­mi, əha­li­si­nin di­ni eti­qad və ba­xış­la­rın­da da rən­ga­rənglik hökm sür­mək­də idi. Müx­tə­lif dil­lər­də da­nı­şan in­san­lar bir sı­ra hal­lar­da həm də müx­tə­lif din­lə­rə si­ta­yiş edir­di: "Ço­xal­lah­lı­ğa qar­şı ha­mı­dan əv­vəl Əhə­mə­ni im­pe­ri­ya­sı çıx­dı. Baş­qa söz­lə, Əhə­mə­ni­lər öz əra­zi­lə­rin­də hökmran olan zər­düştli­yi təd­ri­cən Al­ba­ni­ya əra­zi­sin­də də yay­ma­ğa baş­la­dı­lar. Əhə­mə­ni­lə­rin bu ənə­nə­si­ni son­ra­lar Sa­sa­ni­lər də da­vam et­dir­di. Am­ma zər­düştlik Al­ba­ni­ya­nın heç də hər ye­rin­də ya­yıl­ma­dı. Bu­na ma­ne olan, bir tə­rəf­dən, Al­ba­ni­ya­da xris­ti­an­lı­ğın IV əsrdən eti­ba­rən rəs­mən döv­lət di­ni elan edil­mə­si idi­sə, di­gər tə­rəf­dən, əha­li­nin ib­ti­dai din­lə­rə ina­mı­nın hə­lə də güc­lü ol­ma­sı idi.

An­tik mən­bə­lə­rin mə­lu­ma­tı­na gö­rə, al­ban­lar Zevs, He­li­os və Se­le­na­ya si­ta­yiş edir­di. Stra­bon ya­zır­dı ki, "on­lar, yə­ni al­ban­lar tan­rı­lar­dan He­li­os, Zevs və Se­le­na­ya, xü­su­sən də mə­bə­di İbe­ri­ya ya­xın­lı­ğın­da yer­lə­şən Se­le­na­ya si­ta­yiş edir". Xa­tır­la­daq ki, al­ban­la­rın Se­le­na­ya - Ay al­la­hı­na si­ta­yiş et­mə­si­nə da­ir mə­lu­mat­la­ra di­gər ya­zı­lı qay­naq­lar­da da rast gə­li­nir. Bu mə­sə­lə ilə bağ­lı, de­mək olar ki, al­ter­na­tiv fi­kir yox də­rə­cə­sin­də­dir. Elm üçün qa­ran­lıq qa­lan və təd­qi­qat­çı­lar ara­sın­da mü­əy­yən qə­dər fi­kir ay­rı­lı­ğı do­ğu­ran isə Ay mə­bə­di­nin lo­ka­li­zə­si mə­sə­lə­si­dir. Mə­sə­lən, İ.İ.Şo­pen də, Stra­bon ki­mi, Se­le­na mə­bə­di­nin İbe­ri­ya ilə qon­şu­luq­da, da­ha doğ­ru­su, İo­ri və Ala­zan çay­la­rı­nın Kü­rə qo­vuş­du­ğu əra­zi­də ol­du­ğu­nu eh­ti­mal edir. A.E.Krımski isə Se­le­na­nın Şə­ki əra­zi­sin­də ol­du­ğu­nu gü­man edir. Xa­tır­la­daq ki, bu eh­ti­mal K.V.Tre­ver tə­rə­fin­dən də nə­zər­dən ke­çi­ri­lib.

A.İ.Bol­tu­no­va he­sab edir ki, an­tik mən­bə­lər­də adı çə­ki­lən Se­le­na mə­bə­di­ni Ka­xe­ti­ya­nın şər­qin­də ax­tar­maq gə­rək­dir. He­sab edi­rik ki, bu hal­da, A.Bol­tu­no­va çox cid­di şə­kil­də ya­nı­lır. Bi­rin­ci­si, "Ka­xe­ti­ya­nın şər­qi" de­yən­də onun konkret ola­raq ha­ra­nı nə­zər­də tut­du­ğu bi­lin­mir. Yə­ni bu həm Ka­xe­ti­ya, həm də Al­ba­ni­ya ola bi­lər.

İkin­ci­si, A.İ.Bol­tu­no­va nə­zə­rə al­mır ki, Stra­bon Se­le­na­nın İbe­ri­ya əra­zi­sin­də de­yil, məhz "İbe­ri­ya ya­xın­lı­ğın­da" ol­du­ğu­nu ya­zır.

Üçün­cü­sü, Al­ba­ni­ya­dan kə­nar əra­zi­lər­də, o cüm­lə­dən Bol­tu­no­va­nın gü­man et­di­yi Ka­xe­ti­ya əra­zi­sin­də Se­le­na­ya si­ta­yi­şin bu və ya di­gər ele­mentlə­ri­ni özün­də ya­şa­dan heç bir mə­bəd yox­dur.

Gö­rün­dü­yü ki­mi, A.E.Krımski və A.İ Bol­tu­no­va is­tis­na ol­maq­la, di­gər mü­əl­lif­lə­rin Se­le­na­nın təq­ri­bi ko­or­di­nat­la­rı ba­rə­də eh­ti­mal­la­rı bir-bi­ri­nə çox ya­xın­dır. Mə­bə­din ye­ri­ni bil­mə­dik­lə­ri hal­da, müx­tə­lif mü­əl­lif­lə­rin ox­şar mü­la­hi­zə­lər söy­lə­mə­si, tə­bii ki, on­la­rın ha­mı­sı­nın ey­ni mən­bə­dən bəh­rə­lən­mə­si eh­ti­ma­lı­na gə­lir. Baş­qa söz­lə, bü­tün son­ra­kı mü­əl­lif­lər bu hal­da, sa­də­cə, Stra­bo­na is­ti­nad et­miş­lər".  Q.Cə­bi­ye­vin yaz­dı­ğı­na gö­rə, Stra­bon­dan baş­la­ya­raq, bu gü­nə­dək Se­le­na (Ay) mə­bə­di ba­rə­də ya­zıb­lar və müx­tə­lif ta­ri­xi dövrlər­də ya­şa­yan mü­əl­lif­lə­rin, de­mək olar ki, ək­sə­riy­yə­ti heç bir konkret ün­van gös­tər­mə­dən, sa­də­cə, eşit­dik­lə­ri­ni və ya oxu­duq­la­rı­nı tək­rar et­mək­lə ki­fa­yət­lən­miş­lər. Alim bil­di­rir ki, za­tən, biz də bi­zə qə­dər­ki ya­zı­lan­la­rı tək­ra­rən di­lə gə­tir­dik. Onun vur­ğu­la­dı­ğı­na gö­rə, mə­gər bun­dan ar­tıq nə isə de­mək im­ka­nı yox­dur­mu? Gə­lin mə­sə­lə­ni bir qə­dər konkret­ləş­dir­mə­yə cəhd edək: "Elə isə əv­vəl­cə Al­ba­ni­ya­da­kı mə­bəd­lə­rin coğ­ra­fi­ya­sı­na nə­zər sa­laq: Gir­di­man mə­bə­di, Kil­sə­dağ mə­bə­di, Kiş mə­bə­di, Gən­zə­sar mə­bə­di, Aqu­en mə­bə­di, Kür­mük mə­bə­di, Qum mə­bə­di, Lə­kit mə­bə­di, Za­qa­ta­la ra­yo­nu­nun Pi­pan əra­zi­sin­də­ki mə­bəd qa­lıq­la­rı və s. Ba­xın, al­ban mə­bəd­lə­ri, de­mək olar ki, öl­kə­nin bü­tün re­gi­on­la­rı­nı əha­tə edib. Tə­bi­i­dir ki, Se­le­na bu mə­bəd­lər­dən bi­ri ola bi­lər. Elə isə sa­da­la­nan mə­bəd­lər­dən məhz han­sı­nın Se­le­na ol­maq eh­ti­ma­lı da­ha çox­dur? Əl­bət­tə, bu hal­da da­ha çox Al­ba­ni­ya­nın qərb və şi­mal-qərb böl­gə­lə­rin­də­ki, özü də "İbe­ri­ya ya­xın­lı­ğın­da" yer­lə­şən mə­bəd­lər üzə­rin­də da­yan­maq da­ha məq­sə­də­uy­ğun­dur. Bu hal­da ən əv­vəl, is­tər-is­tə­məz, Qax, Za­qa­ta­la və Ba­la­kən ra­yon­la­rı əra­zi­sin­də­ki al­ban mə­bəd­lə­ri ba­rə­də dü­şün­mə­li olu­ruq. Ona gö­rə ki, hə­min mə­bəd­lər həm də Ala­zan və İo­ri çay­la­rı höv­zə­si­nə nis­bə­tən da­ha ya­xın əra­zi­də yer­lə­şir. Han­sı ki, Se­le­na­nın lo­ka­li­zə­sin­dən bu və ya di­gər for­ma­da bəhs edən mü­əl­lif­lər də onun məhz hə­min çay­la­rın Kü­rə qo­vuş­du­ğu əra­zi­də ol­du­ğu­nu eh­ti­mal edir.

Tə­bi­i­dir ki, Se­le­na (Ay) mə­bə­di xro­no­lo­ji ba­xım­dan xris­ti­an­lıq­dan əv­vəl­ki döv­rə aid­dir. De­mə­li, mən­ti­qi ba­xım­dan hə­min mə­bəd çox­say­lı di­gər xris­ti­an mə­bəd­lə­rin­dən fərqli ola­raq, xris­ti­an ol­ma­yan in­san­lar üçün də si­ta­yiş ye­ri ola bi­lər­di. Fik­ri­miz­cə, bu əla­mət­lə­ri ba­xı­mın­dan Qax ra­yo­nu əra­zi­sin­də­ki Kür­mük mə­bə­di da­ha çox diq­qət çə­kir. Bi­rin­ci­si, ona gö­rə ki, Kür­mük mə­bə­di xris­ti­an­lı­ğın qə­bu­lun­dan çox-çox əv­vəl də in­san­la­rın si­ta­yiş ye­ri olub. İn­san­lar min il­lər­dir ora­da­kı qa­ra da­şı mü­qəd­dəs bi­lə­rək zi­ya­rət edir. Gö­rü­nür, əv­vəl­cə xris­ti­an di­ni mis­si­o­ner­lə­ri, da­ha son­ra isə al­ban ka­to­li­ko­su və ye­pis­kop­la­rı xris­ti­an­lı­ğın tez və asan ya­yıl­ma­sı­nı tə­min et­mək məq­sə­di­lə son­ra­lar ora­da xris­ti­an mə­bə­di ucal­dıb. Ma­raq­lı­dır ki, Kür­mük mə­bə­di yu­xa­rı­da sa­da­la­nan al­ban mə­bəd­lə­ri içə­ri­sin­də ye­ga­nə mə­bəd­dir ki, in­san­lar bu gün də di­ni inancla­rı­na uy­ğun ola­raq ora­nı zi­ya­rət edir. Kür­mük mə­bə­di ye­ga­nə al­ban mə­bə­di­dir ki, zi­ya­rət­çi­lər ar­zu və niy­yət­lə­ri­nə qo­vuş­maq üçün nə­zir edə­rək may və no­yabr ay­la­rın­da ora­ya gə­lir, qa­ra da­şın üzə­rin­də şam yan­dı­rır və qur­ban kə­sir­lər. Diq­qə­ti cəlb edən mə­qam­lar­dan bi­ri də bu­dur ki, et­nik və di­ni mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq, Qax və ət­raf ra­yon­lar­dan, ha­be­lə Gür­cüs­tan­dan çox­say­lı in­san küt­lə­si hər il Kür­mük mə­bə­di­ni zi­ya­rət edir. Zi­ya­rət­çi­lər ara­sın­da azər­bay­can­lı­lar­la ya­na­şı, gür­cü­lər, avar­lar, in­gi­loy­lar, sa­xur­lar, lak­lar, bir söz­lə, böl­gə­də ya­şa­yan bü­tün et­nos­la­rın nü­ma­yən­də­lə­ri­ni gör­mək olar.

Stra­bon ya­zır­dı ki, Al­ba­ni­ya­da ka­hin­lər "bö­yük və əha­li­si sıx olan mü­qəd­dəs vi­la­yət­lə­rə baş­çı­lıq edir, həm də mə­bə­din qul­la­rı­nı iş­lə­dir­di". Ora­da (yə­ni Al­ba­ni­ya­da) "ka­hin və­zi­fə­si­ni hökmdar­dan son­ra ən hör­mət­li adam ye­ri­nə ye­ti­rir­di". Ka­hin­lər ge­niş tor­paq sa­hə­lə­ri­nə ma­lik ol­maq­la bə­ra­bər, həm də mə­bə­də məx­sus qul­la­ra da nə­za­rət edir­di. Tan­rı­la­ra, da­ha doğ­ru­su, Se­le­na­ya - Ay Al­la­hı­nın qur­ban­ver­mə mə­ra­sim­lə­ri­nə nə­za­rət və rəh­bər­lik də ka­hin­lə­rin və­zi­fə və funksi­ya­sı­na aid idi.

Qur­ban­ver­mə mə­ra­si­min­də əsa­sən hey­van kə­sir­di­lər. Bu­nun­la be­lə, qul­lar­dan da qur­ban məq­sə­di­lə is­ti­fa­də olun­du­ğu bil­di­ri­lir. Bir da­ha tək­rar edi­rik, Azər­bay­ca­nın şi­mal-qərb böl­gə­sin­də bu gü­nə­dək möv­cud olan qə­dim al­ban mə­bəd­lə­rin­dən yal­nız Kür­mük mə­bə­di, et­nik və di­ni mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq, bü­tün in­san­lar tə­rə­fin­dən zi­ya­rət edi­lir. Fərqli din­lə­rin və fərqli et­nos­la­rın təm­sil­çi­lə­ri tə­rə­fin­dən Kür­mük mə­bə­din­də di­ni ayin­lə­rin ic­ra­sın­da da, de­mək olar ki, fərqlər hiss olun­mur. Ma­raq­lı­dır ki, həm mü­səl­man­lar, həm də xris­ti­an­lar qur­ban ola­raq ya xo­ruz, ya da qoç kə­sir­lər. 

Bü­tün bu xü­su­siy­yət­lə­ri Kür­mük mə­bə­di­nin bir eti­qad ye­ri ola­raq is­lam­dan və xris­ti­an­lıq­dan çox-çox əv­vəl möv­cud ol­du­ğun­dan xə­bər ve­rir. Əs­lin­də, mə­bə­də aid il­kin ti­kin­ti qa­lıq­la­rı da bu cür dü­şün­mə­yə əsas ve­rir. Xa­tır­la­daq ki, ha­zır­da Kür­mük mə­bə­di ola­raq bə­zi­lə­ri­nin təq­dim et­di­yi kil­sə bi­na­sı XIX əsrdə Çar Ru­si­ya­sı­nın hi­ma­yə­si ilə ora­da­kı al­ban mə­bə­di­nin qa­lıq­la­rı üzə­rin­də ti­ki­lib. Söh­bət təq­ri­bən era­mı­zın I əs­rin­də in­san­la­rın zi­ya­rət ye­ri olan qa­ra da­şın üs­tün­də yo­nul­muş çay da­şı və ki­rəc məh­lu­lun­dan is­ti­fa­də edil­mək­lə in­şa olun­muş ti­kin­ti qa­lıq­la­rın­dan ge­dir. Han­sı ki, hə­min mə­bəd əsrlər bo­yu re­gi­on əha­li­si­nin si­ta­yiş ye­ri olub.

Azər­bay­can Ru­si­ya tə­rə­fin­dən iş­ğal edil­dik­dən son­ra mü­qəd­dəs yer­lə­rin zi­ya­rə­ti­nə də təd­ri­cən rəs­mi və ya qey­ri-rəs­mi qay­da­da qa­da­ğa­lar tət­biq olu­nub. Məhz hə­min dövrdə Kür­mük mə­bə­di də çar çi­nov­nik­lə­ri tə­rə­fin­dən da­ğı­dı­la­raq onun ya­nın­da biş­miş kər­pic­dən xris­ti­an kil­sə­si ti­ki­lib. Xoş­bəxtlik­dən Kür­mük mə­bə­di­nin bü­növ­rə his­sə­si və ət­ra­fa sə­pə­lən­miş ti­kin­ti qa­lıq­la­rı çox qiy­mət­li ta­ri­xi də­lil-sü­but ki­mi bu gü­nə­dək qal­maq­da­dır. Bir da­ha bil­dir­mək is­tər­dik ki, qa­ra da­şın ya­xın­lı­ğın­da qır­mı­zı kər­pic­dən gür­cü me­mar­lı­ğı sti­lin­də in­şa olun­muş kil­sə bi­na­sı­nın al­ban mə­bə­di olan Kür­mük mə­bə­di­nə heç bir ai­diy­yə­ti yox­dur. Sirr de­yil ki, hə­min kil­sə­nin ti­kin­ti­sin­də əsas məq­səd ve­li­ko­rus şo­vi­niz­mi­nin ide­o­lo­gi­ya­sı­na uy­ğun ola­raq, mil­li uc­qar­lar­da ya­şa­yan xalqla­rı ta­ri­xən for­ma­laş­mış olan mil­li-mə­nə­vi də­yər­lə­ri sis­te­min­dən məh­rum et­mək­lə, on­la­rı as­si­mil­ya­si­ya­ya mə­ruz qoy­maq idi.

Xü­su­si vur­ğu ilə bir da­ha bil­di­ri­rik ki, Kür­mük mə­bə­di re­gi­on­da zi­ya­rət­çi­lə­rin et­nik və di­ni tər­ki­bi­nin rən­ga­rəngli­yi və küt­lə­vi­li­yi ba­xı­mın­dan ana­lo­qu ol­ma­yan abi­də­dir.

1990-2003-cü il­lər­də böl­gə­də­ki xid­mə­ti fə­a­liy­yə­tim­lə bağ­lı hər il may və no­yabr ay­la­rın­da Kür­mük mə­bə­di­ni zi­ya­rət mə­ra­si­mi­ni iz­lə­mək im­ka­nım olub. Bu, hə­qi­qə­tən, ol­duq­ca küt­lə­vi bir mə­ra­sim­dir. İki gün ər­zin­də ora­ya tək­cə Qax, Za­qa­ta­la, Ba­la­kən, Şə­ki və di­gər ra­yon­lar­dan de­yil, qon­şu Gür­cüs­tan­dan da on min­lər­lə in­san gə­lir. Özü də ha­mı bay­ram­sa­ya­ğı bir əh­val-ru­hiy­yə­də olur. Əv­vəl­lər, adə­tən, hər il may ayı­nın ikin­ci, no­yabr ayı­nın isə so­nun­cu ba­zar gü­nü Kür­mü­ko­ba­nı (Qax və ət­raf ra­yon­la­rın əha­li­si Kür­mük mə­bə­di­ni məhz bu cür ad­lan­dı­rır) zi­ya­rət edir­di­lər. Diq­qə­ti cəlb edən odur ki, son il­lər gür­cü ke­şiş­lə­ri­nin təh­ri­ki ilə zi­ya­rət gün­lə­ri­nin vax­tı bir qə­dər də konkret­ləş­di­ri­lib. Ar­tıq ne­çə il­dir may ayı­nın 6-sı və no­yabr ayı­nın 23-ü həm Azər­bay­can, həm də gür­cü ic­ma­sı tə­rə­fin­dən Kür­mük mə­bə­di­nin zi­ya­rət gü­nü ki­mi qeyd olu­nur. Hə­min gün­lər Gür­cüs­ta­nın müx­tə­lif böl­gə­lə­rin­dən, o cüm­lə­dən Tif­lis və Ba­tu­mi­dən Qa­xa çox­say­lı in­san gə­lir. Gə­lən­lə­rin də ək­sə­riy­yə­ti ke­şiş­lər və rəs­mi döv­lət adam­la­rı­dır. Gür­cüs­ta­nın Azər­bay­can­da­kı Sə­fir­li­yi­nin nü­ma­yən­də­lə­ri Kür­mü­ko­ba zi­ya­rə­ti­nin təş­ki­lin­də xü­su­si fə­al­lıq gös­tə­rir".

Q.Cə­bi­ye­vin yaz­dı­ğı­na gö­rə, yu­xa­rı­da de­yi­lən­lə­ri ümu­mi­ləş­di­rə­rək be­lə bir qə­na­ə­tə gə­lə bi­lə­rik ki, qə­dim al­ban­la­rın si­ta­yiş et­di­yi, Stra­bo­nun da İbe­ri­ya ya­xın­lı­ğın­da ol­du­ğu­nu bil­dir­di­yi Se­le­na - Ay Al­la­hı­nın adı­nı da­şı­yan mə­bəd məhz Kür­mük mə­bə­di­dir. Bu mə­bəd min il­lər­dir, et­nik və di­ni mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq, re­gi­on­da ya­şa­yan bü­tün in­san­la­rın ümu­mi inanc ye­ri­dir.

Alim vur­ğu­la­yır ki, XIX əsrdən baş­la­ya­raq Çar Ru­si­ya­sı­nın Qaf­qaz­da ye­rit­di­yi şo­vi­nist və mil­lət­çi si­ya­sə­tin nə­ti­cə­si ola­raq, Kür­mük mə­bə­di­nin "xris­ti­an­laş­dı­rıl­ma­sı" is­ti­qa­mə­tin­də fə­al iş apa­rı­lıb. Gür­cü kil­sə­si­nin, de­mək olar ki, bü­tün re­sursla­rı bu işə cəlb olu­nub: "Bir da­ha tək­rar edi­rik, bə­li, qə­dim al­ban­la­rın vax­ti­lə qa­ra daş üzə­rin­də, çay da­şı və əhəng məh­lu­lun­dan is­ti­fa­də olun­maq­la, in­şa et­dik­lə­ri Se­le­na mə­bə­di XIX əsrdə məhz çar hö­ku­mə­ti­nin tap­şı­rı­ğı əsa­sın­da da­ğı­dı­la­raq, onun ya­nın­da gür­cü kil­sə­si in­şa edi­lib. Am­ma bu da heç nə­yi də­yiş­mə­yib. Yə­ni əv­vəl­lər re­gi­on əha­li­si­nin hə­min oca­ğa mü­na­si­bə­ti ne­cə idi­sə, in­di də o cür­dür. De­mə­li, kim­lə­rin­sə Kür­mük mə­bə­di­nin sırf xris­ti­an abi­də­si ki­mi gör­mək ar­zu­su re­al­la­şa bil­mə­di. Kür­mük mə­bə­di is­lam­dan və xris­ti­an­lıq­dan çox-çox əv­vəl ol­du­ğu ki­mi, son­ra­lar da, yə­ni əv­vəl­cə xris­ti­an­lı­ğın, da­ha son­ra isə is­la­mın rəs­mi döv­lət di­ni ol­du­ğu dövrlər­də də, lap elə Çar Ru­si­ya­sı və So­vet im­pe­ri­ya­sı tə­rə­fin­dən mil­li-mə­nə­vi də­yər­lə­rə qar­şı təz­yiq və rep­res­si­ya­la­rın tüğ­yan et­di­yi dövrdə də ulu ba­ba­la­rı­mız olan al­ban­la­rın mü­qəd­dəs bi­lə­rək eti­qad və zi­ya­rət et­di­yi, nə­zir-ni­yaz de­yib üs­tün­də qur­ban­lar kəs­di­yi mü­qəd­dəs bir inanc ye­ri­miz­dir".

Bu abi­də­lər bir mul­ti­kul­tu­ra­lizm, azər­bay­can­çı­lıq ün­va­nı ki­mi ta­ri­xi­miz­də özü­nə bö­yük yer tu­tur.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ