Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan memarlığının “Qarabağnamə”sini yaradan alim - Rizvan Qarabağlı-70

Image


İsa Həbibbəyli: "Rizvan Qarabağlı bütövlükdə əmək fəaliyyətini Akademiyaya həsr edib"

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnsititun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent, tanınmış memar Rizvan Qarabağlının 70 illik yubleyi münasibəti keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin söylədiyi fikirlər bir alimin, bir tədqiqatçının, bir memarın mənalı ömür və elmi fəaliyyət yoluna verilən böyük dəyərdir.

Rizvan Qarabağlının 70 illik yubleyində çıxışı zamanı akademik İsa Həbibbəyli R.Qarabağlının (Rizvan Sarı oğlu Babaşov) əmək fəaliyyətinin 40 ilinin AMEA ilə bağlı olduğunu bildirib.

"Biz həyatının böyük bir hissəsini, demək olar ki, bütövlükdə əmək fəaliyyətini Akademiyaya həsr etmiş bir əməkdaşımızın 70 illik yubileyini qeyd edirik. Rizvan Babaşov Akademiyada çalışdığı 40 ilə yaxın müddət ərzində Azərbaycan memarlıq sənətinin tarixi, abidələri və simaları haqqında samballı elmi əsərlər yazıb, qiymətli monaqrafik tədqiqatlar nəşr etdirib. Mən deyərdim ki, Azərbaycan memarlığının Qarabağ qolunu, Qarabağ istiqamətini bizim elmi ədəbiyyatda xüsusi bir məktəb kimi öyrənən və onun bütün yönləri ilə əhatə edən Rizvan Qarabağlı olub. Ona görə də onun Rizvan Babaşovdan Rizvan Qarabağlı təxəllüsünə keçməsi tamamilə qanunauyğundur. Füzuli rayonunda doğulmağından daha çox Qarabağın abidələrinə yeni elmi həyat verməklə, ömrünü bu işə ürəklə, vicdanla, məsuliyyətlə həsr etməklə, o, sözün əsl mənasında Qarabağlı soyadını daşımağa layiq olduğunu isbat edib. Qarabağın həm şəhərsalma, həm də memarlıq abidələrini öyrənmək baxımından Rizvan Qarabağlının gördüyü iş bir böyük şöbənin, bir böyük elmi kollektivın uzun illər görəcəyi işə bərabərdir. O, təkbaşına uzun illərdən bəri həvəslə, məsuliyyətlə Qarabağın tarixini, görkəmli simalarını, mədəniyyətini və memarlıq irsini öyrənib onu bir salnaməyə çevirib".

İ.Həbibbəyli hesab edir ki, R.Qarabağlının Qarabağ haqqında yazdığı müxtəlif kitablar üst-üstə yığılsa, bir neçə cilddən ibarət Azərbaycan memarlığının möhtəşəm bir "Qarabağnamə"si yaranacaq. "Rizvan Qarabağlı Azərbaycan memarlıq elmində Qarabağ memarlığının "Qarabağnamə"sini yaratmış bir alimdir. Bizdə "Qarabağnamələr" daha çox tarixi aspektdə yazdılmış əsərlərdir. Bu cəhətdən Rizvan Qarabağlının memarlıq "Qarabağnamə"si XIX əsrdə, XX əsrin əvvəllərində meydana çıxmış tarixi "Qarabağnamə"ləri tamamlayan, Qarabağın bütöv, tam möhtəşəm obrazını yaratmağa xidmət edən samballı elmi əsərlərdir.

Həm də diqqətlə fikir versək görərik ki, elmi əsərlərinin hamısı təbliğat xarakterli yox, tədqiqat xarakterli olduğu üçün Rizvan Qarabağlının Qarabağ memarlıq irsinə həsr etdiyi bu "Qarabağnamə" salnamə olmaqla bərabər, həm də Qarabağın memarlıq ensiklopediyası da adlandırıla bilər. Uzun illərdən bəri tanıdığım üçün məsuliyyətlə deyirəm ki, Rizvan Qarabağlının sadə, təvazökar, səmimi, mənəvi cəhətdən zəngin bütöv şəxsiyyəti də onun torpağa, vətənə, elmə, memarlıq sənətinə, peşəsinə bağlılığı ilə bağlı idealarını tamamilə üzvü surətdə əlaqələndirir, deyərdim, tamamlayır. Ona görə də bizim Rizvan Qarabağlıya həm elm adamı olaraq görkəmli bir memarlıq irsini öyrənən tədqiqatçı kimi, həm də aydın, bütöv, azərbaycanlı mənaviyyatını yüksək səviyyədə daşıyan şəxsiyyət kimi böyük hörmətimiz vardır".

İ.Həbibbəyli Akademiyanın Rəyasət Heyəti və öz adından Rizvan Qarabağlını təbrik edib, ona möhkəm can sağlığı arzu edib. "Biz indicə Rizvan Qarabağlı ilə bir yerdə gələcək planlardan danışdıq. Rizvan Qarabağlını başqa memarlardan fərqləndirən bir cəhət də odur ki, o həm də peşəkar rəssamdır. Onun qrafika üslubunda çəkdiyi əsərlər Azərbaycan rəssamlığında az inkişaf etmiş bu sahəni tamamlayır, zənginləşdirir, doldurur. Onun Qarabağın memarlıq irsinə, şəhərsalmasına aid elmi əsərləri ilə yanaşı, qrafika əsərləri də bütövlükdə sözün əsl mənasında bir salnamədir. Bu yaxınlarda Akademiyamızın 80 illiyi qeyd olunarkən Akademiyamızın təməllərini yaratmış 15 görkəmli akademikin hər birini ilk dəfə olaraq qrafika ilə portretini yaradıb. Həmin əsərlər Akademiyanın yubileyi günlərində dünya ictimaiyyətinə göstərilib.

Hazırda Rəyasət Heyətinin binasında, üçüncü mərtəbədə sərgidə daimi ekspozisiyada yer alır. Buna görə tədqiqatçı Rizvan Qarabağlı, eyni zamanda rəssam Rizvan Qarabağlı və şəxsiyyət Rizvan Qarabağlı bax, bu möhtəşəm tamlıq 70 yaşında Azərbaycan cəmiyyətində onu alnını açıq və başını uca edir. Bir daha ürəkdən təbrik edirəm. Biz də Akademiya olaraq ona sürpriz etmişik. Biz bu gün Rizvan Qarabağlını Akademiyanın 80 illiyində təsis edilən Üzeyir Hacıbəyov döş nişanı ilə təltif edirik".

Rizvan Qarabağlı: "İsa müəllim, çox sag olun. Rəssamların, memarların, ümumiyyətlə sənətkarın qabiliyyəti əlində olur, dilində olmur. Əlavə edim ki, İsa müəllimin şəxsi təşəbbüsü ilə Rəssamlar İttifaqının üzvü olmuşam. Haqqımda dediyiniz yüksək fikirlərə və elmi fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə sizə bir daha təşəkkür edirəm!"

Akademik İsa Həbibbəylinin 70 illik yubiley münasibətilə etdiyi bu çıxış adət edilən təbrik nitqi çərçivəsindən çıxaraq, Rizvan Qarabağlının elmi, bədii və şəxsi irsinə konseptual baxışı ilə yanaşı, akademik-analitik dəyərləndirmə səciyyəsi daşıyır.

Çıxışın elmi-nəzəri kontekstdə müqayisəli təhlili bir neçə əsas istiqamət üzrə aparıla bilər...

Çıxışda alimin fəaliyyəti sadəcə "təbliğat" və ya "populyarlaşdırma" kimi deyil, birbaşa fundametal tədqiqat kimi qiymətləndirilir.

Ənənəvi "Qarabağnamə"lər və "Memarlıq Qarabağnaməsi": XIX əsrdən başlayan klassik Qarabağnamələr (Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Əhməd bəy Cavanşir və b.) əsasən siyasi, hərbi və sosioloji tarixi əks etdirirdi. Çıxışda vurğulanır ki, Rizvan Qarabağlı məhz "Memarlıq Qarabağnaməsi" konsepsiyasını elmi dövriyyəyə daxil edərək həmin tarixi silsilənin maddi-mədəniyyət, şəhərsalma və memarlıq baxımından boşluqlarını tamamlamışdır.

Çıxışda irəli sürülən mühüm elmi tezislərdən biri də odur ki, Rizvan Qarabağlının təkbaşına gördüyü iş "bütün bir elmi şöbənin və ya kollektivin uzunillik fəaliyyətinə" bərabər tutulur. Bu müqayisə alimin tədqiqat miqyasının və məhsuldarlığının institusional səviyyədə olduğunu göstərir.

Çıxışda alimin soyad/təxəllüs dəyişimi sadə bir formal prosedur kimi deyil, elmi-mənəvi qanunauyğunluq kimi təhlil olunur. Füzulidə doğulmaq coğrafi faktor olduğu halda, Qarabağın memarlıq abidələrinə "yeni elmi həyat vermək" funksional və peşəkar missiyadır. Akademik İsa Həbibbəyli bu keçidi alimin elmi fəaliyyətinin onun mənəvi identikliyinə çevrilməsi kimi əsaslandırır.

Çıxışın diqqətdaşayan digər elmi aspekti tədqiqatçının çoxsahəli bacarıqlarının qabardılmasıdır. Tədqiqatçı-memarın həm də peşəkar qrafik-rəssam olması onun tarixi obyektlərə yanaşmasında həndəsi dəqiqliklə estetik duymun sintezini yaradır. AMEA-nın 80 illiyi münasibətilə 15 akademikin qrafik portretinin yaradılması və bunun Rəyasət Heyətində daimi ekspozisiyaya daxil edilməsi elmi irsin təsviri sənət vasitəsilə əbədiləşdirilməsinin bariz nümunəsidir.

Nəticə etibarı ilə Akademik İsa Həbibbəylinin çıxışı Rizvan Qarabağlının 70 illik yubileyinə sadə bir təbrik kimi deyil, onun Azərbaycan memarlıqşünaslıq elmində tutduğu mövqeyin konseptual elmi pasportu və Qarabağ memarlıq irsinin sistemləşdirilməsindəki rolunun yüksək akademik təsdiqidir.

Son olaraq bir məqamı qeyd etmək yerinə düşərdi ki, vaxtilə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) prezidenti, akademik Şamil Fətullayev və AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə Rizvan Qarabağlının Əməkdar memar fəxri adına layiq görülməsi üçün əlaqədar qurumlara təqdimat göndəriblər. Təəssüf ki, hələ də R.Qarabağlı haqq etdiyi Əməkdar memar fəxri adını almayıb. Ümid edirik ki, həm R.Qarabağlının 70 illik yubileyi, həm də "Şəhərsalma və Memarlıq İli" münasibətilə tanınmış alim və memar R.Qarabağlı Əməkdar memar fəxri adına layiq görüləcək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ