Məşhur “New York Post” nəşri Heydər Əliyev Mərkəzinin beynəlxalq incəsənət mərkəzinə çevrilməsindən bəhs edib.
Nəşr yazır: “Bakının memarlıq rəmzi və qeyri-adi binasına qədəm qoyan ziyarətçilər üçün mesaj aydındır: bura beynəlxalq mədəniyyət mərkəzi kimi ciddi qəbul edilməli olan bir şəhərdir. Bakı beynəlxalq rəqabətli mədəniyyət mərkəzi olması ilə fəxr edə bilər”.
“New York Post” bu əsnada son dövrlərdə beynəlxalq incəsənət layihələri-Amerikanın hiperrealist heykəltaraşı Kerol Förmen, məşhur britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatner, kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə canlandıran Fernando Boteronun Heydər Əliyev Mərkəzində təqdim olunan sərgilərini xüsusilə vurğulayır.
“Əlamətdar haldır ki, Mərkəzdə ilk böyük incəsənət layihəsi 2013-cü ildə Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi olub. Bakı Avropa və Asiya arasında mədəni körpüdür. Beynəlxalq kuratorlar, rəssamlar və incəsənət xadimləri Bakını öz sənət marşrutlarına daxil edir. Bütün bu transformasiyanın mərkəzində isə bina olmaqdan da daha əhəmiyyətli rolu olan miqyaslı memarlıq layihəsi - Heydər Əliyev Mərkəzi dayanır”, - deyə “Nyu York Post”un məqaləsində qeyd olunur.