Cümə günü, 16 oktyabr 2026
     

“Övladlarımızın xatirəsini bu gün özümüz yaşadırıq, sabah "Xatirə kitabı" yaşadacaq - kövrək anlar yaşandı...

Image


Nəzakət Məmmədova: “...Qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Redaksiyasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır”

Şəhidlərimiz öz qanları ilə adlarını Vətən torpağına yazdılar. Onlar talelərini ailələrinə yox, əbədi olaraq Vətənə, torpağa bağladılar, əbədiyyən şəhid olduqları torpaqlarda qaldı izləri...

Ağlama daha ana,

Canın köçüb canıma.

Mən uzaqda deyiləm

Vətən hopub qanıma...

Qanı Vətən torpağına hopan, ruhu Vətən havasına, Vətən suyuna, Vətən daşına köçən şəhid oğulların adlarının əbədiləşdirilməsi kimi məsuliyyətli missiya Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının taleyinə düşüb.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyası torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən oğullarımızın xatirəsinə həsr olunan “44 gün – Tarixi zəfər” adlı çoxcildliyi ərsəyə gətirərək şəhid ailələrinə təqdim edir.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası növbəti təqdimatı Azərbaycan Milli Kitabxanasında keçirdi. Bakı şəhərinin Nəsimi, Nizami, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Pirallahı, Qaradağ, Səbail və Nərimanov rayonları üzrə “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatını keçirdi. Bu cilddə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev və başqaları iştirak edirdi.

Tədbirin keçirildiyi zalda əyləşən şəhid valideynlərinin, qardaş-bacılarının, yaxınlarının üzündəki həyacanı asanlıqla sezmək olurdu. Kədərə bürünmüş baxışlarından oxuduqlarımız, yaralı ürəklərindən dinlədiyimiz kəlmələr həm içimizi yandırırdı, həm də bu mətin və əzəmətli insanların Vətənə qurban verdiyi övladları ilə fəxr duyğusu yaşayırdıq.

Təqdimat mərasimini Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşı şair-publisist Hikmət Məlikzadə açdı. Bildirdi ki, bizi bu məkana şəhidlərin əziz ruhu toplayıb. Respublika Xatirə Kitabının yaradıcısı ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Azərbaycanın dövlət himni səsləndirildi.

H. Məlikzadə bildirdi ki, Xatirə Kitabı Redaksiyası 30 ildir Vətən iş görür.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə çıxış edərək bildirdi: “İlk olaraq sizin övladlarınızdan danışmaq istəyirəm. Çünki Vətəni yazan sizin övladlarınızdır. İstənilən mövzuda əsərlər yazmaq olar, amma ən gözəl əsər sizin övladlarınızdır. Biz hamımız Vətənin övladıyıq, amma Vətən şəhid analarının övladıdır. Bəlkə də sizin övladlarınızın biri müharibə vaxtı mənim yanımda olub. 2020-ci iin 27 sentyabrından noyabrın 10-na qədər keçən dövr ərzində Ali Baş Komandanın rəhbərliyi ilə sizin övladlarınız tarixin ən böyük hadisəsinə imza atdı...”

V.Qurbanzadə qeyd etdi ki, ola bilsin, bu gün kimsə bu kitabların mahiyyətini anlamır, amma sabah tarix bu kitablardan oxunacaq. 30 il əvvəl yaradılan Respublika Xatirə Kitabı Redaksiyasının böyük və məsuliyyətli bir missiyanı daşıdığını vurğulayan V.Qurbanzadə bildirdi ki, bu kitablar şəhidlərin əziz xatirəsini yaşadır.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirdi: “Məlumat üçün demək istəyirəm ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisədir.

Respublika Xatirə Kitabında əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi za­ma­nı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrə­man­la­rımız haqqında əhatəli materiallar cildlərə salınır, bugünkü və gələcək nəsillər üçün tarixi hadisə kimi xarakterizə edilir.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Əbəs yerə bu kitabı yaddaşımızın abidəsi adlandırımrıq. Çünki bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir və burada «Heç kim unudulmur, heç nə yaddan çıxmır!» prinsipi əsas götürülür.

Redaksiyamız 1941-45-ci illər Böyük Vətən mühari­bəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qay­dada təşkil edib və bu münasibətlə on altı cilddə A-dan Z-yə kitab nəşr etdirib. Çoxcildliyin əlavələrdən ibarət on yeddinci cildi çapdadır”.

N.Məmmədova vurğuladı ki, Redaksiyanın çap etdirdiyi “Qələbə-75 və “Qələbə-80: Azərbaycan xalqının mübarizə əzmi” xüsusi buraxılışları da bu qəbildəndir. “Redaksiya bu silsilə üzrə eləcə də “Tarixin qan yaddaşı”, “223-cü Qırmızı Bayraqlı Belqrad Diviziyası”, “Gözlə məni, ana”, “Vətənin şöhrətini ucaldanlar” və s. kitablar dərc etdirib.

Redaksiyanın Azərbaycanın Milli Qəhrəmanları haqqında dərc etdirdiyi kitab da bu işin davamı kimi təzahür edir.

2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə daha mə­suliyyətli bir araşdırmaya başlayıb. Aparılan iş birliyinin məqsədi Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araş­dırılması işi əsas prioritet kimi qəbul olunub. Redaksiya bununla bağlı iki dildə (Azərbaycan və ingilis dilində) 4 cilddə kitab nəşr etdirib, orada itkin düşmüş və girov götürüldüyü ehtimal olunan vətəndaşlarımızın acı taleyi əks olunub.

Respublika Xatirə Kitabı Re­dak­si­yası ümummilli liderin 100 illiyi ilə əlaqədar “2023-cü il – Heydər Əliyev İli”ndə “Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır” adlı kitab nəşr etdirib. Bu kitab Tanrının xalqımıza bəxş etdiyi dahi insan, var­lığı siyasətdən yoğrulmuş qüdrətli dövlət başçısı, xalqımızın xilaskarı, döv­ləti­mi­zin rəmzi, dövlətçili­yimizin, Konsti­tusiyamızın və qanunlarımızın qarantı Heydər Əliyevə tərəfimizdən bir vəfa borcudur. 7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində həmin kitabın təqdimatı keçirilib.

Respublika Xatirə Kitabı Re­dak­si­yası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsilə­sindən Qarabağ mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsi məqsədilə 10 kitab nəşr etdirib, həmin kitabların təq­dimatını keçirib. Layihə üzrə işlər davam etdirilir.

Redaksiya, eyni zamanda, «Vətən daşı... və ya 44 günün das­tanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Respublika Xatirə Kitabı Re­dak­si­yası Vətən uğrunda qəhrəmanlıqla həlak olan, xalqımıza tarixi zəfər bəxş edən cəsur oğulların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – Tarixi zəfər” adlı 4 cilddə ki­ta­b nəşr etdirib, onların təqdimatlarını keçirib. Bu kitablar Azərbaycanın hər yerində şəhid ailələrinə çatdırılıb.

Hazırda sizinlə bu möhtəşəm zalda “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatına toplaşmışıq. Bu cilddə Bakının Nəsimi, Nizami, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Pirallahı, Qaradağ, Səbail və Nərimanov rayonlarından olan cəsur Vətən oğulları haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb.

Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsu­liyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fə­da edən, şərəf tariximizi yazan şəhid oğullar daim yad­da­şı­mızda yaşayacaq, xa­tirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dulmayacaqlar.

Sağlamlıqlarını itir­miş qazilərimiz də bizim fədailərimizidr, onların hü­nəri ilə bu gün ba­şımızın üstündə nikbin bir səma pərvaz edir.

Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Redaksiyasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır. Redaksiya Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nə­sillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəy­yənləşdirmək istiqamətində atılacaq addımlara prioritet yanaşır.

Son olaraq bizə yaratdığı şəraitə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə, əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm”-deyə N.Məmmədova qeyd etdi.

Tədbirdə şəhid Ceyhun Şalıyevin xalası Rəna Məmmədova, şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifzadə, şəhid İslam Əlizadənin bacısı Dürdanə İbrahimova, şəhid Rasim Məmmədovun anası Xuraman Məmmədova, şəhid Aqil Əkbərovun atası Fayəddin Əkbərov və başqaları çıxış etdilər və bu kitabı ərsəyə gətirən Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və əməkdaşlarına təşəkkür etdilər.

Şəhid valideynləri dedilər ki, tarix var qələmlə yazılır, tarix var yaddaşa qanla yazılır, onların övladlarının qanı ilə yazılan tarix unudulmayacaq. Şəhid anası Xuraman Məmmədova “bu gün biz sağıq övladlarımızın xatirəsini yaşadırıq, amma sabah biz olmayacağıq, amma onların adları, xatirələri Xatirə Kitabının səhifələrində əbədi yaşayacaq. Bizim övladlarımızın qəhrəmanlığını gələcək nəsillər bu kitablardan oxuyacaq” dedi. Şəhid anasının dilə gətirdiyi bu duyğulu sözlər zalda əyləşən bütün insanları kövrəltdi. Bəli, onların övladları Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi kitablarda yaşayacaq. Yaşatmaq bu redaksiyanın əzəli və əbədi missiyasıdır.

Tədbirdə Nəzakət Məmmədovanın ideya müəllifi olduğu və Vüsal Nurunun ərsəyə gətirdiyi “Vətən daşı... və ya 44 günün das­tanı” adlı layihə əsasında çəkilən və şəhid Ömər Rəhimliyə həsr olunan film də nümayiş olundu.

Sonda “44 gün – Tarixi zəfər” kitabının IV cildi rayonlar üzrə şəhid ailələrinə təqdim olundu və xatirə şəkli çəkildi...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ