şənbə günü, 21 noyabr 2026
     

Cahangir Cahangirov adına 90 yaşlı Dövlət Xoru

Image


(Sevincim, təəccübüm və təəssüfüm)

“Sən alfasan, mən betta” kimi sözlərin mahnıya dönməsini necə bəyəndik? Mikrafonla vuruşan “Elə bu” bəsinizdiylə nə vaxt razılaşdıq? “Beləmi cılızlaşırıq” düşündüyüm günlərin biri idi. C. Cahangirov adına xorun “Sən güldən də gözəlsən” adlı konsertinə dəvət aldım. İlahi, hamının “bəstəkar”, “şair” olduğu vaxtda, Xalq artisti Mehriban xanım Zəkinin aparıcılığının rəng qatdığı konsertdə onların ifalarını dinləmək xərçəngdən xilas olmaq kimiydi.

İlk dəfə 1926-cı ildə tələbə-gənclərdən ibarət xor yaradılsa da, müəyyən çətinliklər, maneələr səbəbindən dağılır. Bu haqda tariximizin ən böyük şəxsiyyətlərindən olan Üzeyir bəy Hacıbəyli xatirələrində yazıb. Ancaq bu sənət fədaisi yenidən 1936-cı ildə Azərbaycan Dövlət Xorunu yarada bilir. Beləliklə, Azərbaycanda xor mədəniyyətinin əsasını qoyur. Üzeyir bəyin qeydlərindən görünür ki, Xor əsasən xüsusi ifaçılıq təcrübəsi olmayan, amma vokal istedadı olan gənclərdən təşkil olunur. 100 nəfərlik xor ilk gündən dördsəsli xor kimi fəaliyyətə başlayır. Üzeyir bəy xor üçün milli repertüar hazırlayır, kiçik xor əsərləri yazır.
Onun böyüklüyünü hələ də anlamayanların olduğunu bilmək çox ağırdır. Amma Üzeyir bəy ilk operasını səhnələşdirəndə də bunu bilirdi. O, bütün fəaliyyətini anlamayanlara yox, xalqının gələcəyinə hesablamışdı. Əsil sənətin yaşayacağına hesablamışdı. Bu xor da yaşadı və yaşayır. Sənəti yaşadır. Sonralar xora rəhbərliyi istedadına inandığı, güvəndiyi Cahangir Cahangirova həvalə edir. Cahangirovdan sonra xora gözəl bəstəkar, xalq artisti Ramiz Mustafayev rəhbərlik edir.

Xor ölməz Cahangir Cahangirovun adını daşıyır. 2023-cü ildən xorun bədii rəhbəri və dirijoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır. Təranə xanım indiki BMA-nın Tarixi nəzəriyyə fakültəsində xor dirijorluğu üzrə təhsil alıb. Əsil sənətin yaşadığına əminlik üçün Təranə Yusifovanın üz ifadələrini, əllərinin hərəkətini izləmək məlhəm kimiydi. Bu necə ifalardı? Bu necə istedadlı gənclərdi. Bu qədər səliqəli, sadə, yaraşıqlı saç düzümündə, geyimdə səsin gözəlliyini, ifanın peşəkarlığını göstərmək olur demə.

Üst geyiminin yarısını, bəzən hamısını unudub, səhnəyə çıxanların hərəkətlərindən baş açmadığın, müsiqidən uzaq mahnılar oxuyanların canlı ifalarını dinləyəndə niyə belə geyinmələrini, səviyyəsiz “mahnılar” oxumalarını anlayırsan. Bunu anlamaq ağırdır. Xalq dediyin insanların belə ifaları bəyənməsi ağırdır. Özünü “sənət adamı” hesab edənlərin gündəmdə qalmaq, pul qazanmaq naminə xalqın mənəviyyatını kirləndirməsini görmək, Tv-lərdə bəh-bəhlə təqdim olunmasına şahid olmaq çox ağırdır. Amma bir də Flora Kərimovanın, Müslüm Maqomayevin səsini eşidirsən. Bu səslər, bu səs sahiblərinin səhnə mədəniyyəti, özünə, tamaşaçısına hörməti illərin arxasından işıq salır bu günümüzə gələcəyimizə -sənət tariximizə. Elə işıq ki, heç vaxt sönməyəcək. Yüzlərlə belə mahnılar olsa da, bu səslərin işığında sönəcək, yox olacaq.

Azərbaycanı, onun musiqisini yaşadan sənət yaradanlar olacaq. Azərbaycan Dövlət Xoru kimi. Xorun üzvlərinə heyrətlə baxırdım. Sevinclə baxırdım. Sənətin-musiqimizin yaşayacağna ümidlə, inamla baxırdım. Konsertdən sonra xorun bir-neçə üzvü ilə söhbətləşdim. “Niyə burda oxuyursuz? Maaş da azdı, həmişə də belə səliqəli, ciddi geyimdə olmalısız. “Niyə getmirsiz xordan?”- marağımı gizlədə bilmədim. Pərviz sualımın qeyri-ciddi olduğunu düşündü bəlkə, bilmirəm. Üzündə qəribə təbəssüm yarandı: Kimi oxuyur, kimi el şənliklərinə gedir, başqa işdə də çalışır. Burdan necə getmək olar? Axı bu sənətdir, peşəkarlıqdır, musiqidir. Əlavə gəlirin olmasa belə, sənəti sevən xordan gedə bilmir”.

Necə sevindim bir bilsəz. Sakitcə “bu həm də xalqı sevməkdi. Vətənə, xalqına sədaqətdi” dedim.

Amma təəssüf elədim ki, ən çətin dönəmlərdə 100 nəfər ifaçısı olan xorun indi 32 üzvü var. Ən azı isə 36 ifaçı olmalıdır. 32 nəfərin 20 nəfəri tam, 12 nəfəri yarımştatla işləyir.Yəni maaşları 300 manatdan bir qədər çoxdur. Onlar geyimlərini belə öz hesablarına almalı olurlar və bütün ağırlıq, əsasən, xorun bədii rəhbərinin üzərinə düşür. 2025-ci ildə prezident təqaüdünə təqdim olunması da ona da ona dəstəkdir. Təranə xanım deyir: “İşimizdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İstəyirəm bu sənət yaşasın. Azərbaycan müsiqisi çox gözəldi. Çalışıram, çox arzulayıram ki, dünyaya çıxaq, bizim xor mədəniyyətini, musiqimizi dünya tanısın”. Nə möhtəşəm arzu uğruna yaşayır bu gözəl xanım!

Ona görə də heç bir maddi çətinliyə, fiziki yorğunluğa baxmadan xor sənətinin sevilməsinə çalışır. Bir-birindən maraqlı konsert proqramları hazırlayır, geyimlərin hazırlanmasına dəstək olur. Müxtəlif bəstəkar mahnılarının çox hissəsini xor üçün özü işləyir. Düşündüm ki, görəsən MN-nin bu durumdan xəbəri varmı? Yəni 36 nəfərlik xorumuz niyə olmasın ki? İnanıram ki, MN bu məsələyə diqqət yetirəcək, mənəvi sərvətimizi qoruyanların, yaşadanların maddi durumlarına dəstək olacaq.

Xorun konsert biletlərinin qiymətlərini yazmıram. Utanıram. Canım sıxılır. Bahalı konsertlər də olur. Heydər Əliyev adına sarayda və ya başqa səhnələrdə cansız ifaları, musiqiyə aidiyyatı olmayan mahnıları ilə xalqına xəyanət edənlərin konsertlərinə biletlər dəfələrlə baha olur. Amma Vətənə, xalqa, sənətə xidmət, sevgi heç bir maddiyyatla ölçülmür. Bu sənin mənəvi sərvətindir. Onu özün qorumalısan.

2024-cü ildə Gürcüstanda keçirilən klassik musiqi ifaçılarının V1 Beynəlxalq “Word Harmony” müsabiqə-festivalında birinci yerə layiq görülən Dövlət xorunun bu il 90 illiyidir.

Bu il həm də C. Cahangirovun 105, Ramiz Mustafayevin 100 illiyidir. İnanıram ki, səlahiyyətli təşkilatlar, MN bu yubileylərin layiqincə qeyd edilməsi üçün tədbirlər təşkil edəcək.

Hələliksə, heç bir maddi dəstək olmadan onlar könsertlərini özləri hazırlayır. Bu ayda təşkil olunan “İki könül görüşəndə” konsertində olduğu kimi. Konsertə sevimlimiz, nitqi, savadı, səs tembri ilə seçilən Dilarə xanım Əliyeva aparıcılıq edirdi. “Sizi səyahətə aparacam. Bu səyahət nə qatarla, nə təyyarə ilə olacaq. Bu səfər musiqi ilə olacaq”-dedi. Bir də dedi ki, gün var gəlir keçir, gün var hekayəsi qalır. Doğru deyirdi. Bir-birindən maraqlı tamaşalarla müşahidə olunan mahnıları, Q. Xəyal, Q. Rəvan, Ə. Nəzakət, H. Aydan, S. Mədinə, N. Zeynəb, İ. Emin, Ə. Məmmədismayıl, M. Mədinə, Ə. Hüseyn, M. Fidan, R. Ülkər,
S. Pərvin, İ. Elvin kimi istedadlı solistlərin ifaları bir hekayə yazdı tamaşaçıların həyatına. Və bir də söz ehtiyatı tükənməyən Dilarəmiz dedi ki, gün də, ay da, il də, cavanlıq da keçər, keçməz olan sevgimizdi. Nə gözəl olardı sənətə diqqətimiz, qayğımız keçməyəydi. Sənətə sevgimiz yaşayaydı! Və səlahiyyətli təşkilatlar da bu sevgini yaşadaydı.
Musiqi xəzinəmizə əvəzsiz incilər verən C. Cahangirovun 105, Ramiz Mustafayevin 100. Azərbaycan Dövlət xorunun 90 illiyini layiqincə qeyd edəydik.

P. S. Ləzgi balası Xamza Abduraxmanov xorun ən gənc ifaçısıdır. BMA-nın tələbəsidir. İki ildir xorda oxuyur. Amma sənətə sevgisindən. Onu işə götürmək olmur-ştat yoxdur. Sevindim. Təəccüb və təəssüf etdim.

P.S. Sizinlə sevincimi, təəccüb və təəssüfümü bölüşdüm.

Kamalə Abiyeva.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ