Xalq artisti Fatma Mahmudova əsl adının Gülizar olduğunu etiraf edib. Aktrisa bunu "Evdəkilərə salam" proqramında danışıb. O bildirib ki, atası ona ögey anasının adını qoyub
"Öz adım Gülizar olub. Atamın bir aravadı olub, adı Fatma. Birinci sinfə gedəndə öyrənmişəm ki, adım Fatmadır. Məktəbə gedəndə müəllim durğuzdu ki, adın nədir? Deyirəm, Gülizar. Dedi ki, Fatma kimdir? Gəlib evdə öyrəndim ki, ögey anamın adıdır. Allah o xanıma rəhmət eləsin. Ögey bacıma da rəhmət oxuyuram. Həmin bacım mənə ana əvəzi olub. Ona görə də indi mən bu adı nəvəmə qoymaq istəmirəm"-deyə xalq artisti bildirib.
LEYLA