şənbə günü, 21 noyabr 2026
     

Qışın sağlamlıq mövsümünə çevrildiyi məkan: Türkiyəni bir də belə kəşf edin

Image


Səyahət trendləri sürətlə dəyişdikcə, turistlər artıq təkcə yeni istiqamətlər kəşf etməklə kifayətlənmir, eyni zamanda mənalı və dəyərli təcrübələrə üstünlük verirlər.

Xüsusilə sağlamlıq turizmi son illərdə yenidən formalaşaraq şəxsi transformasiyaya ilham verən səyahətlər, qədim şəfa ənənələri, təbiət əsaslı rituallar və dəriyə qulluqla yenilənməyə fokuslanan “glow-cation” konsepti ilə fərqlənir.

Matador Network Travel Awards tərəfindən 2025-ci ilin “Ən Yaxşı Sağlamlıq İstiqaməti” seçilən Türkiyə, müxtəlif və transformativ təcrübələri ilə bu sahədə xüsusi mövqe tutur.

İstər tək səyahət edənlər, istər ailələr, istərsə də müxtəlif nəsilləri bir araya gətirən qruplar üçün Türkiyə qış mövsümündə sağlamlıqla zəngin, yüksək səviyyəli istirahət imkanları təqdim edir.
Gəlin, qışınızı sağlamlıq və yenilənmə mövsümünə çevirəcək Türkiyə təkliflərinə birlikdə nəzər salaq.

Türkiyənin Qış Klassikası: Təbii İsti Bulaqlarda Zamansız Sağlamlıq
Minilliklərə söykənən şəfa ənənəsi ilə Türkiyə dünyanın ən qədim sağlamlıq istiqamətlərindən biri hesab olunur.
Qədim dövrlərdə Hierapolis və Pergamon kimi mühüm müalicə mərkəzlərinə ev sahibliyi etmiş Anadolu torpaqları min illərdir termal suların müalicəvi gücü ilə formalaşıb.
Bu gün Türkiyə termal ehtiyatların zənginliyinə görə dünyada yeddinci, Avropada isə birinci yerdədir.

Ölkə ərazisində 1 500-dən çox termal bulaq mövcuddur. Afyonkarahisar, Bursa və Pamukkale kimi aparıcı istiqamətlər European Route of Historic Thermal Towns marşrutuna daxildir ki, bu da Türkiyənin zəngin və davamlı termal irsini bir daha təsdiqləyir.
Afyonkarahisar minerallarla zəngin suları və müalicəvi palçıq vannaları ilə tanınır. Bu vannalar ənənəvi olaraq cavanlaşdırıcı təsiri və sağlamlıq baxımından faydaları ilə qiymətləndirilir.
Bursa isə köklü termal mədəniyyəti ilə seçilir — burada isti bulaqlar gündəlik həyatın və müasir fizioterapiya xidmətlərinin ayrılmaz hissəsinə çevrilib.
UNESCO siyahısına daxil edilmiş Pamukkale və qədim Hierapolis şəhəri əsrlərdir həm şəfa, həm də gözəllik axtaran ziyarətçiləri cəlb edir. Mineral tərkibli ağ travertenlər və müalicəvi hovuzlar — o cümlədən rəvayətə görə Kleopatranın çimdiyi deyilən əfsanəvi qədim hovuz — bu bölgənin cazibəsini daha da artırır.
Bu məşhur ünvanlarla yanaşı, Türkiyə Balıkesirdən Yalovaya, Aydından Boluya qədər ilboyu sabit temperaturu ilə seçilən çoxsaylı termal şəhər və kurortlar təqdim edir.
Qış mövsümündə isti termal suların rahatladıcı təsiri ilə bədəni və ruhu yeniləmək istəyənlər üçün Türkiyə həm klassik, həm də zamansız sağlamlıq təcrübəsi vəd edir.
SPA Mərkəzləri və Hamamlar: Böyük Yenilənmə və “Glow-cation” Təcrübəsi
Türkiyə əsrlərə söykənən hamam mədəniyyəti ilə də məşhurdur. Buna görə də burada sağlamlıq səyahəti ənənəvi türk hamamına baş çəkmədən tam hesab olunmur. Ölkənin müxtəlif bölgələrində yerləşən tarixi hamamlarda ziyarətçilər buxar vannaları, kəsə ilə dərinin təmizlənməsi ritualı və rahatladıcı köpük masajı vasitəsilə həm fiziki, həm də mənəvi olaraq yenilənə bilərlər.
Türk hamamı sadəcə keçmişin mirası deyil — bu, bu gün də yaşayan və tətbiq olunan bir ənənədir. Məhz mədəni dərinliyi və özünəməxsus yerli ab-havası sayəsində türk hamamı qlobal maraq doğurmağa davam edir. Bu autentiklik Zeyrek Çinili Hamamı beynəlxalq səviyyədə tanıdaraq onu Time jurnalının “World’s Greatest Places 2024” siyahısına, daha sonra isə National Geographicin “Best of the World Wellness Experiences 2026” siyahısına daxil edib.
Tarixi köklərə əsaslanan çimmə ritualları və immersiv atmosferi bu məkanı fərqləndirən əsas xüsusiyyətlərdir.
Daha müasir yanaşma axtaranlar üçün isə Türkiyənin iri şəhərlərində və sahil kurortlarında fəaliyyət göstərən spa və wellness mərkəzləri ideal seçimdir. Bu məkanlarda ənənəvi hamam konsepti sauna və cakuzi ilə birləşdirilir, masajlardan dəniz suyu terapiyasına, fərdi məşq proqramlarından relaks seanslarına qədər geniş xidmət spektri təqdim olunur.
Bir çox spa və gözəllik mərkəzləri son illərin populyar “glow-cation” trendinə də uyğunlaşaraq baş dərisi SPA-ları, saç baxımı prosedurları, üz qulluğu və fərdiləşdirilmiş dəriyə qulluq proqramları təklif edir.
Təbiətlə harmoniyada istirahət marşrutları
sağlamlıq yönümlü səyahət edənlər getdikcə gündəlik həyatın tempindən uzaqlaşmağa və təbiətlə vəhdətdə istirahət etməyə üstünlük verirlər.
Xüsusilə Bodrum, Fethiye və Antalya kimi sahil istiqamətlərində yerləşən yoqa düşərgələri, orqanik təsərrüfatlar və detoks mərkəzləri dəniz kənarında bərpaedici istirahət üçün ideal şərait yaradır.
Bu proqramlar adətən yoqa, pilates, nəfəs texnikaları və balanslı qidalanma üzərində qurulur. Fərdiləşdirilmiş qidalanma planları həm bədənin, həm də zehnin yenilənməsini hədəfləyir. Sakit mühit, təmiz hava və dənizin rahatladıcı enerjisi bu təcrübəni daha da dərinləşdirir.
Təşkil olunmuş retreatlərlə yanaşı, Türkiyənin “yavaş şəhər” konsepsiyalı Cittaslow şəbəkəsinə daxil olan məkanları və UN Tourism tərəfindən seçilən Best Tourism Villages kəndləri də təbiət və yerli həyat tərzinə söykənən daha sakit wellness alternativləri təqdim edir.
Eyni zamanda, National Geographic tərəfindən “2026-cı ildə səyahət üçün dünyanın ən yaxşı istiqamətlərindən biri” kimi göstərilən Türkiyənin Qara dəniz bölgəsi yüksək dağ yaylaları və taxta evləri ilə seçilir. Burada yürüş (hiking) və velosiped marşrutları sağlamlıq təcrübəsini aktiv istirahətlə tamamlayır.

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ