Fransa polisinin Luvr muzeyində Versalda keçirdiyi əməliyyatda bilet saxtakarlığı ilə məşğul olan şəbəkə ifşa edilib. BBC-nin yaydığı məlumata görə, bu barədə Paris Prokurorluğu məlumat verib. Əməliyyat zamanı 9 nəfər dindirilib. Onların arasında muzey əməkdaşları və bələdçilər də var. İstintaq 2024-cü ilin dekabr ayında muzeyin iki Çinli tur bələdçisinin eyni birdəfəlik biletdən istifadə edərək muzeyə Çinli turist qruplarını dəfələrlə bələdçilik etməsindən şübhələndiyi zaman başlayıb. Prokurorluğun məlumatına görə, videomüşahidə kameraları və telefon dinləmələri bələdçilərin eyni biletlərdən istifadə etdiyini təsdiqləyib. Həmçinin, tur üçün əlavə ödəniş etməmək üçün turist qruplarını daha kiçik qruplara bölüblər (bələdçi qruplar üçün əlavə ödəniş qrupun ölçüsündən asılı olaraq 20 ilə 90 avro arasında dəyişir). İlkin məlumata görə fırıldaqçı şəbəkənin fəaliyyəti nəticəsində təkcə Luvr muzeyinə 10 milyon avrodan (təxminən 20 milyon manat) çox ziyan dəyib.
İradə SARIYEVA