Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar" - Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb

Image


Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb. Tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova sərgi barədə məlumat verib. O qeyd edib ki, “Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi mədəni yaddaşımızın, mənəvi dəyərlərimizin və tarixi irsimizin qorunmasına xidmət edən mühüm hadisədir. Əminə Məlikova vurğulayıb ki, Zirə Cümə məscidində unikal eksponatların mövcudluğunun şahidi olub və bu nümunələrin toplanması, qorunması, eləcə də ictimaiyyətə təqdim edilməsi mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında sərginin gözəl təşəbbüs və uğurlu ideya olduğunu bildirib. O qeyd edib ki, məscidlərimiz və dini məkanlarımız xalqımızın və tariximizin ayrılmaz hissəsidir.

“Bu məkanlar bu gün də fəaliyyət göstərir, mənəvi həyatımızda öz yerini qoruyub saxlayır. Eyni zamanda, muzeylərimizdə, xalça sərgilərində və müxtəlif ekspozisiyalarda nümayiş olunan tarixi-mədəni irsimiz cəmiyyətimiz üçün böyük dəyər daşıyır. Bu sərgi məhz həmin iki aləmi - dini məkanla mədəni irsi bir araya gətirməsi baxımından xüsusilə əhəmiyyətlidir”, - deyə o əlavə edib.

Deputatın sözlərinə görə, bundan sonra digər muzeylər, o cümlədən Azərbaycan Milli Xalça Muzeyi də bu cür sərgilərin təşkilinə daha geniş şəkildə qoşula bilər. O vurğulayıb ki, bu, həm zəruridir, həm də cəmiyyət üçün faydalıdır. Ən əsası isə məscidlərlə mədəniyyət ocaqları arasında vəhdətin yaranmasıdır ki, bu da müsbət haldır.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, maddi və qeyri-maddi mədəni irsimizin qorunması, müasir dövrdə təbliği və gələcək nəsillərə ötürülməsi Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir.

Günay Əfəndiyeva vurğulayıb ki, təmsil etdiyi Xəzər və Pirallahı rayonlarının ərazisində çoxsaylı mədəni, dini və tarixi abidələr mövcuddur. Onun sözlərinə görə, sərgidə təqdim olunan eksponatlar uzun illər məscidin özündə, eləcə də sakinlərin arxivlərində, evlərində, nənələrin sandıqlarında qorunub saxlanılıb. Deputat, həmçinin qeyd edib ki, Zirə Cümə məscidi qədim dini ibadət məkanlarımızdan biridir: “Məscid 2016-cı ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunub. Bu məscid kiçik bir muzeyi xatırladır. Burada yalnız Azərbaycana məxsus əl sənəti nümunələri deyil, müxtəlif ölkələrdən - Özbəkistan, Türkiyə, İran, İraq, Türkmənistan gətirilmiş dəyərli eksponatlar da yer alır”, - deyə Günay Əfəndiyeva qeyd edib.

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sərginin xalqımızın böyük tarixinin, yaddaşının və mədəni irsinin təcəssümü olduğunu diqqətəçatdırıb. Onun sözlərinə görə, belə təşəbbüslərə dövlət başçısı tərəfindən hər zaman xüsusi diqqət və önəm göstərilir. Bu cür layihələr cəmiyyətimizi daha da birləşdirəcək, milli-mədəni dəyərlərimizin qorunmasına və təbliğinə mühüm töhfə verəcək.

Elşən Salahov bu cür eksponatların qorunub saxlanılmasının mədəni irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra Zirə Cümə məscidinin dini icmasının sədri Hacı Qədir Nəcəfov çıxışında məsciddə qorunan tarixi əşyaların illər boyu insanların inancına, dualarına və mənəvi həyatına şahidlik etdiyini vurğulayaraq, bu irsin qorunması və ictimaiyyətə təqdim olunması istiqamətində göstərilən diqqəti yüksək qiymətləndirib. “Biz bilirik ki, ölkəmizdə dəyərlər həssaslıqla qorunur. Əgər bir insan nənəsinin kəlağayısını, babasının papağını əmanət kimi gətirib təqdim edirsə, bu, böyük etimaddır. Bu əmanətləri möhkəm qorumaq, saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır. Çünki milli irsi qoruyanda, həmin irs də sonda səni qoruyur”, - deyə Hacı Qədir Nəcəfov qeyd edib. Onun sözlərinə görə, İrəvanda bir zamanlar Sərdar, Rəcəb Paşa, Hacı Novruzəli bəy, Sərtib xan məscidləri və digər ibadət ocaqları fəaliyyət göstərib. O bildirib ki, bu gün yeganə Göy məscid Qərbi Azərbaycanın dini-mədəni ənənələrinin yaşadılmasında xüsusi rol oynayır.

Dini icmanın sədri vurğulayıb ki, məscid təkcə ibadət yeri deyil, eyni zamanda mədəniyyətin, maarifin və tarixi irsin qorunduğu məkan, gələcək nəsillərə körpü olan mənəvi ocaqdır.

Natiqlər layihənin təşəbbüskarı Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevaya və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində Zirə Cümə məscidi haqqında Mübariz Nağıyevin rejissoru olduğu “Tarixin əmanəti” adlı qısametrajlı film nümayiş olunub. Həmçinin “Zəfər” muğam qrupu tərəfindən milli musiqilər səsləndirilib, Şüvəlan qəsəbə Mədəniyyət Evinin “Səma” rəqs ansamblı rəqslər ifa edib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilmiş milli irs nümunələri nümayiş olunub. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin nadir əlyazma kitablar yer alıb. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.

Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi fevralın 8-dək davam edəcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ