Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Tariximizi yeni baxışla öyrənən və yazan yazıçı - Yunus Oğuz

Image


Şəmil Sadiq

Publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent

-Böyük ustadımız İsa Muğanna "türk" sözünə bir az fərqli yanaşırdı. "Tərkiş" deyirdi. Deyirdi "yerini tərk eləyənlər" sözündən yaranan ifadədir və bu gün "türk" sözü kimi ifadə olunur. Yəni, yerini tərk eləyənlər mənasında, "tərk olunmuşlar". Bu əslində şumerlərdən yerini tərk edib, sonradan məcbur qalıb qayıdan mövzusunda Firudin müəllimin də nəzəriyyəsinə gəlib çıxır.

Bu tarix, bu adı kim verib, nə cür verib, nə vaxt işlənib kimi mövzular elmi ədəbiyyatın önəmli məsələlərindən biridir. Amma türklük artıq bir ideologiyadır, düşüncədir, fəlsəfədir, yaşam tərzidir, törədir və bu baxımdan biz bunu yaşatmış oluruq.

İndi çox əziz dostumuz Yunus bəyin yeni kitabını müzakirə edirik. Mən də onun bir neçə tarixi romanını oxumuşam və belə deyək ki, tarixi romanla böyüyən bir müəlliməm. Çox sevirəm tarixi romanları. Tarixi romanlar çox yaxşıdır, amma tarixi romanlar, ümumiyyətlə tariximizə çox ciddi şəkildə bəzən zərbə vurur, bəzən yön verir, bəzən istiqamət dəyişir. Bu baxımdan tarixi romanlar ərsəyə gətirmək çox vacibdir. Kütlənin, publikanın, çoxluğun tarixlə tanışlığı tarixi romanlardan başlayır, tarix kitablarından yox. Yəni, tarix kitablarını ya tarixçilər oxuya bilər və yaxud da qısa bir hissəsi müəyyən dərsdə keçilə bilər, amma əksəriyyətimiz ədəbiyyat üzərindən tarixlə tanış olmuş oluruq.

Əzizə Cəfərzadənin romanlarında Şah İsmayılın dilindən deyilən məşhur bir ifadə vardı: "Mən sizə dilimizi, qılıncımızı miras qoyub gedirəm". Halbuki Şah İsmayılla bağlı elə bir tarixi fakt yoxdur, sadəcə Əzizə Cəfərzadənin romanında istifadə elədiyi bir cümləni bütün tarixçilər tarixi fakt kimi məqalələrində istinad edirlər.

O baxımdan tarixi roman ustadı Yunus Oğuza, hörmətli dostumuza uğurlar arzulayıram. Türk dünyasının böyüklərini, şəxsiyyətlərini bir-bir qələmə alması çox vacibdir. Düzdür, bu mövzuda oxuyandan sonra çoxlu bədii təxəyyül məhsulları çıxır ortalığa. Nizami müəllim çox qəşəng ustadcasına, bizə tələbəlikdə belə məsələlərdə yön verirdi və fikrini çatdırırdı. İndi də eyni formanı görürəm, yazıçılarımıza mesajını vermiş olur ki, "Mən belə qəbul eləyirəm, siz düz qəbul eləyirsiz, siz qəbul eləməyin". İndi yazıçı ola bilər belə qəbul eləsin, amma tarix nəzarətdən çıxmasın.

O baxımdan, Yunus Oğuzu təbrik edirəm. Bizə də nəsib olub ki, sizinlə həm yol yoldaşı olmuşuq, həm də çox önəmli əsərlərinizdən birinin və bir neçəsinin naşiri olaraq burdayam. Sevincliyəm, biz də sizin sayənizdə tarixdə varıq, adımız, imzamız orda gedəcək.

Folklorşünas Əli Şamil, professor

- 90-cı illərdə biz o tərəfə-Güney Azərbaycana gedəndə Təbrizdə naşirlərdə böyük bir həvəs var idi ki, bu tərəfi öyrənsinlər, çap eləsinlər, yaysınlar. Bizdən ən çox xahiş eləyirdilər ki, Məmməd Səid Ordubadinin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın, Fərman Kərimzadənin tarixi əsərlərini gətirək.

Düzdür, onların xahişini yerinə yetirirdim, hər dəfə də deyinirdim. Deyirdim: "Ay kişi, bunları çap eləyirsiniz, bunlar siyasi yönlü əsərlərdir. Tarix olsa da, Sovet hökumətinin, sovet təbliğatının təsiri altında yazılmış əsərlərdir, bunlardan uzaq olun". Deyirdilər ki: "Bəs onda sən dediklərin hansı əsərlərdir? Hansıları deyirsən, onları çap eləyək". Baxırdım ki, həqiqətən də o dövrdə bizdə tarixi mövzuda yazılan və sovet, rus təbliğatından kənar qalan əsərlər yox idi. Elə əsərlərin yaranması üçün ən azı 15-20 il çəkdi. 15-20 ildən sonra meydana yeni yazıçılarımız çıxdı. Bundan sonra biz o tərəfə gedəndə və yaxud internetlə yeni yazarların əsərlərini göndərdik. Məsələn, Yunus Oğuzun, Elçin bəyin, Nəriman Əbdülrəhmanlının, Vaqif Sultanlının və başqalarının.

Bu əsərlərdə yenilik ondan ibarət idi ki, onlar yalnız siyasi məzmuna görə yox, həm də dil-üslub baxımından yeni idilər. O əsərlərin bir çoxu o tayda çap olundu, bir çoxuna da İran senzurası icazə vermədi. İran senzurası icazə verməyəndə, onlar da əlifbanı dəyişəndən sonra başladılar internetlə bir-birinə ötürməyə və bu əsərlər çox yaxşı oxundu və yayıldı.

4-5 il bundan əvvəl Şirazda idim, Qaşqaylarla söhbət eləyirdik. Hüseyn bəy Ciddi var, onun evində Yunus Oğuzun əsərlərindən söhbət gedirdi. O, Yunus Oğuzun əsərlərində dil mövzusu haqqında tədqiqat aparırdı. Onun kitabdan seçdiyi sözlər var idi, hardasa 200-dən yuxarı söz. Deyirdi ki: "Bu sizin ədəbiyyatda yenidir, bunları bizim ləhçədən götürübsünüz".

Mən təəccüb etdim. Dedi ki, yəni Fərman Kərimzadədə, Əzizədə, eləcə də Ordubadidə və başqalarında görmədiyimiz sözlərdir. Dedim: "Ay qardaş, sizə elə gəlir ki, sizin ləhçədən götürmüşük. Ancaq o sözlərin bir çoxunu elə mən uşaqlıqdan Göyçədə də, başqa yerlərdə də eşitmişəm. O bizim dialektlərdə var".

Bizim yazıçılarımız da, Yunus Oğuz da sağ olsun, ondan çox məharətlə istifadə eləyib. Bu, bizə onu qazandırır ki, Mərkəzi İranda Şahsevənlər də oxuyur onu, deyir ki: "bu bizim sözlərdir". Elçinin əsərlərindən oxuyanlar, Zəncanlılar deyir ki: "bizim sözlərdən istifadə eləyibsən".

Burda bir məsələ ortaya çıxır. Biz dialekt deyəndə dilçiliklə bir bölgədə yayılmış sözləri nəzərdə tuturuq. İndiyə kimi də bu cür öyrənmişik: Göyçə dialekti, Kürdəmir dialekti və sair. Ancaq indi İrana, Orta Asiyaya gedəndə baxırıq ki, burda dialekt dediyimiz sözlər orada geniş inkişaf eləyib, geniş adi danışıq dilidir. Biz sadəcə onları məhdudlaşdırıb küncə qısnayıb "dialekt" demişik.
O sözlər içərisində elə gözəl sözlər var ki, adamın ruhunu oxşayır. Məsələn, Firuzabad deyilən bir şəhər var, 20-ci yüzilin əvvəlində orada yaşamış İsmayıl adlı bir şairin şeirindən sizə bir iki misranı oxumaq istəyirəm:
"Yeriyəndə kəklik kimi irqanır,
Öz anası onu məndən qorqanır."
Bu iki misradakı "irqanır" və "qorqanır" sözləri bu gün bizim ədəbi dilimizdə yoxdur. Ancaq biz Zəngilan folklorunu toplayıb çap eləyəndə baxıram orda var, Qarabağ folklorunda, Gürcüstanda var. Onda bu qənaətə gəlirəm ki, bizim bu Avropadan gələn bölgümüz düz deyil. Yəni bizim "dialekt" sözümüz bir bölgəyə aid olmur. Yəni əgər Mərkəzi İranda, Qaşqayda bu söz işlənirsə, bizdə də işlənirsə, buna bir yeni ad tapmalıyıq.
Və bizim yazıçılara da təşəkkürümü bildirirəm, xüsusən də Yunus Oğuza ki, həm tariximizi yeni baxışla öyrənir, həm də bu sözlərdən məharətlə istifadə eləyir ki, onlar da oxuyanda qürurla deyirlər ki: "Bu bizim dildə yazır". Belə də yazın, belə də yaradın ki, biz də sizinlə qürur duyaq.

Varis Yolçiyev, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, Mədəniyyət Fondunun direktoru:
-İndi üçüncü minillikdə ədəbiyyatın qarşısında qoyulan vəzifələr də fərqlidir. Bu gün dünyada tam başqa ədəbiyyat oxunur. Təəssüf ki, hələ də ötən əsrin 50-60-cı illərindəki kimi, bizdə ən çox detektiv kitablar oxunur. Dünya bunu, yəni, 80 il əvvəl yaşayıb, biz indi yaşayırıq. Çox təəssüf.
Bununla belə, Yunus bəy kimi yazıçılar var ki, onlar dövrün nəbzini tuta bilirlər. Bu gün dünyada ən çox non-fiction, yəni sənədli proza oxunur. Sənədli prozanın da əsas qolu tarixi romanlardır. Hətta bu gün, məsələn, Amerika, Britaniya kimi ölkələrdə bütün tarix romanlarda əks olunub deyə, onlarda indi fake history, yəni saxta tarixi romanlar yazılır ki, təki oxucular oxusun.
Yunus bəy tarixi roman yazmaqla həm o nəbzi tutur, yeni nəsli oxumağa vadar edir. İndi "Z nəsli" deyilən bir nəsil var ki, 1996-cı ildən sonra doğulan, mobil telefon, internet, kompüter asılılığında olan bir nəsil. Hazırda kitab oxuyanlar 80%-i bunlardır. Və onların da tələbi yeni dövrün tələbləridir və buna uyğunlaşmaq lazımdır.
Yunus bəy nəbzi tutub. Bilir ki, gec-tez tarixi romanlar bütün dünyadakı kimi bizdə də oxunacaq, sənədli romanlar daha çox oxunacaq. Bu, onun uğurunun birinci səbəbidir ki, yolu düz tutub.
İkincisi də ki, Yunus bəy elə-belə tarixi romanlar yazmır, Türk dünyası barədə yazır ki, bu da bizə daha doğma, daha əziz bir arealdır. Yəni ki, bizim gələcəyimiz Türk dünyasıdır və biz Türk ailəsiyik. Ona görə də Yunus bəyin bundan sonra da daha gözəl romanlarla həm oxucularını, həm də bizi sevindirəcəyinə əminəm və ona uğurlar arzulayıram".

Jurnalist Sahil Tahirli, "Hədəf" şirkətlər qrupunun direktor müavini:
-Yunus müəllim həm də Naxçıvan tarixinin tədqiqində müstəsna xidmətləri olan bir yazarımızdır. Xüsusən "Atabəy Eldəniz" romanı hesab edirəm ki, böyük tarixi əhəmiyyət daşıyır. Həm tarixi roman prizmasından yanaşdıqda, həm Naxçıvan tarixinin, Naxçıvanın dəyərli şəxsiyyətlərinin araşdırılması baxımından xüsusilə əhəmiyyətlidir. Mən də öz təbriklərimi çatdırıram, uğurlar arzulayıram və düşünürəm ki, bu romanlar, bu əsərlər həm də bizim yeni nəslin öz milli tariximizə sahiblənməsi, öz milli tariximizlə bağlı faktların gələcək nəsillərə daşınması baxımından xüsusi əhəmiyyət daşıyır.

Zaur Ustac, AYB və AJB-nin üzvü:

-Bu kitabın xüsusi bir mahiyyəti var. Kitabı oxuyanda elə bil uşaqlıqdan, körpəlikdən öz valideynlərimizdən, qocalardan, nənələrdən, dastanlardan eşitdiklərimizi dillə tarixin vəhdəti şəklində insana həzm etdirir. "Bu kitab bizə nə verir, hər bir gəncə nə verə bilər?" - sualının bir cümlə ilə cavabı bax, budur.
İstər toy, istər yas adətləri olsun, idarəçilik, tarixə ekskurslar olsun - hamısını bir-birinə zəncir kimi bağlayır və həcmi də yığcam, tam bir dillə tarixin toplusunu bizə təqdim edir. Bu mənada böyük iş görmüşük.
Son dövrlərdə də ümumi bütün "türk" sözü, türk dili barədə bir çox söhbətlər olur. Bir bənd şeir deyib, ənənəvi olaraq yeni kitabların nəşrinə görə Yunus müəllimə "Yazarlar" Jurnalı tərəfindən təqdim olunan "Ziyadar" kitab mükafatını təqdim edəcəyəm:
Əgər yoxsa o atəşdən bircə zərrə,
Ya ruhunda, ya cismində,
Min cür eyib axtaracaq Qoca Turanın ismində.
Çaqqal kimi doğulanlar çaqqal kimi sürünəcək, sümsünəcək dərələrdən.
Əyri-üyrü, milyon-milyon nələr varsa sizin olsun,
Bizə yetər Uca Türkün Tək Tanrısı.
"Tanrı" sözü burda həm də söz kimi qiymətlidir. Hamınıza minnətdaram, hamınıza təşəkkürlər!!!

İlqar Türkoğlu, şair, Hüquqşünas:

-O vaxt Türkiyədə Maliyyə Bakanı Atatürkün yanına gəlib deyir ki, bəs bizim millət vəkillərinin maaşları azdır, onu artırmaq lazımdır. Atatürk cavab verir ki, baxın da, nə formada artıra bilirsiniz artırın, ancaq müəllimlərin maaşından çox olmasın". Yəni bu gün ziyalısına, müəlliminə dəyər verən ulusun gələcəyi uca olmalıdır.
Məclisin əvvəlində türk etimologiyası ilə bağlı polemikalar oldu. Mən o məsələlərə çox dərindən varmaq istəmirəm, ancaq məsələ burasındadır ki, indi "Türkə kitab verilmədi", "Türkün əlifbası olmadı"- deyə çox yanlış fikirlər var. Əslində, min illərlə Türk-Şumer mədəniyyətini bəşəriyyətdən gizlətdilər. Sonra italyan alimi söylədi ki, bəs etrusklar təmiz türklərdir. Deməli, müasir italyanlar da türklərdir. Runlar haqqında, run əlifbası haqqında məlumatlar, bizim min illərdən öncə dastanlarımız türkcə yazılmamışdı? Türk bütün yazılarını o daş kitabələrdə əks elətdirdi. Tur Heyerdal Qobustan yazılarını oxudu və dedi: "Türkcədir bunlar".
Yəni türkə, türklərə qarşı uzun illər bəlli bir mərkəzdən basqılar olub. Xüsusilə də ərəbin türkün məişətinə daxil olmasından sonra türkün dilinə, onun tarixinə basqılar çox olub. Tarix əks olunan bütün kitabları yandırdılar, məhv elədilər.
Şübhəsiz bütün bunların çoxunu dəyərli Yunus Oğuz öz əsərlərində ifadə eləyib. 2025-ci ildə Yunus Oğuzun həm də yubileyi idi. "Olaylar" qəzeti üçün bir təbrik göndərmişdim. O təbrikimlə bərabər Yunus Oğuza bir şeir də yazdım. Dostlar bilir ki, mən həmişə dostlarımı çox vaxt şeirlə təbrik eləmişəm:

Yunus Oğuz
İllər ötür, gələn yaşdır yaş üstünə,
Dostlarını yenə götür, göz üstünə, qaş üstünə.
Altımış beşi yüz oxşasın, ocağını köz oxşasın,
Şanlı bayraq göz oxşasın, qaldır yenə baş üstünə.
Ulus üçün ərənləri, tanıtdırdın Nuhdan bəri,
İstəmirəm dərdi-səri, götürməsin kaş üstünə.
Oğuz yurdun, Oğuz elin, dayanmasın verən əlin,
Çoxdur qoyan zərin, ləlin, daş altına, daş üstünə.
Ulusundur ey Türk oğlu, bu cığırın sağı-solu,
Qutladıq ki, hər iyulu, illər gələ xoş üstünə.

Ramiz Göyüşov, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü:
-Yunus Oğuzu çoxdan tanııyıram, münasibətlərimiz çoxdandır. Həm də onu bir oxucu kimi daim izləyirəm, əsərlərini oxuyuram. "Olaylar" qəzetini daim izləyən oxuculardan biriyəm. Yunus Oğuzun tarixi mövzuda yazdığı romanlar cəmiyyət tərəfindən qəbul olunub, kifayət qədər bu geniş arealda yayılıb və çox yaxşı rəylər də verilib. Bunlar hamısı Yunus Oğuza yaxın olan adam kimi, eyni zamanda oxucu kimi məndə qürur hissi yaradır.
Yunus Oğuzun tarixi romanları haqqında çox fikirlər deyilib və hələ çox deyiləcək. Nə yaxşı ki, Yunus Oğuz müstəqillik dövründə bu tarixi romanları yazdı, yoxsa pantürkist kimi çoxdan onu cəzalandırardılar, bəlkə harasa da göndərərdilər. Və bunlar hamısı bizim xalqın kimliyini, xalqın yaddaşını bərpa eləyir, xalqın yaddaşını duru saxlayır. Bu mühüm əhəmiyyət kəsb eləyir.
Belə əsərlər həm də bu gün üçün çox vacibdir, çox aktualdır. Yunus Oğuz öz felyetonlarında bir ziyalı, publisist olaraq cəmiyyətdə, gündəlik həyatımızda baş verən hadisələrə müntəzəm olaraq kəskin sözünü deyir. Bunlar hamısı təqdirəlayiqdir, alqışlanmalıdır. Qaldı bu sonuncu əsərə oxumuşam, tanış olmuşam, doğrudan da qürur hissi keçirmişəm. Çünki Yunus Oğuz bir az da dərin qatlara gedib.
Burada qeyd olundu ki, Yunus Oğuz harada olursa mübahisəli məsələlər çıxardır ortaya. Belə bir fikir var ki, tarixçilər həmişə deyirlər yazıçılar, ədəbiyyatçılar qoymadı biz tarix yazaq. Əslində o fikirlə qətiyyən razı deyiləm. Bu gün meydan var və Yunus Oğuz da əsərlərində maraqlı məsələləri ərsəyə gətirir. Mən Yunus Oğuza, uğurlar arzu edirəm. Daha yeni-yeni əsərləri ilə bizi sevindirsin.

Fəxrəddin Teyubov, Şair:
-Yunus Oğuza "Ağac adam" dedim. İlin dörd fəslində təvazökarcasına başını aşağı salıb barını-bəhrini verən bir ağac. Özümə borc bilirəm ki, Yunus Oğuzun insani keyfiyyətlərindən bir məqamı qeyd edim. Sumqayıtda Əli Kərim adına Poeziya Evində kitabımın təqdimatı idi, Yunus Oğuz lap arxa sırada oturmuşdu. Tədbirin sonunda hamıya təşəkkür elədim, təbiidir ki, adam bir az həyəcanlı olur və Yunus Oğuzu unutdum. Tədbirdən sonra üzrxahlıq elədim". Dedi burda nə var ki? Deyirəm: "Necə yəni nə var? Burda hər şey var". Bu onun böyüklüyü idi, cılız, xırda hisslərin girdabına özünü salmadı bu adam".
Kənan Hacı, Yazıçı-publisist

-Yunus Oğuz müasir dövr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindəndir. O, təkcə romanları ilə deyil, akademik araşdırmaları, elmi-publisistik yazıları ilə daim Azərbaycan ədəbiyyatında diqqət mərkəzində olan ədəbi imzalardan biridir. Sovet dönəmində tariximizi əsasən Əzizə Cəfərzadə, Fərman Kərimzadə, Məmməd Səid Ordubadi kimi müəlliflərin əsərlərindən öyrənirdik. İndiki dövrdə Yunus Oğuz bir az da irəli gedərək tarixin daha dərin qatlarına nüfuz edib. Bilirik ki, insanlar tarixi tarix kitablarından daha çox tarixi romanlardan, bədii əsərlərdən öyrənirlər. Çünki tarixi romanlar daha çox yaddaşlarda qalır. Bu baxımdan, Yunus bəyin tarixi roman janrında xidmətləri çox böyükdür. Türk ideologiyasının yayılmasında da çox böyük xidmətləri var. Xüsusən də "Türk" etnonimi və törələri" kitabı son dəfəcə faydalı, mühüm və əhəmiyyətli kitabdır.

Yazıçı-tərcüməçi Xanım Aydın

"Müasir Azərbaycan ədəbiyyatında və elmi-publisistik düşüncəsində özünəməxsus yeri olan Yunus Oğuzun yeni kitabı - "Türk" etnonimi və törələri" oxucularla yenicə görüşüb. Bu əsər müəllifin türk tarixi, etnogenezi və mənəvi dünyasının uzun illər davam edən araşdırmalarının məntiqi davamı kimi dəyərləndirilə bilər.
Yunus Oğuz bu kitabında türk etnoniminin formalaşma yollarını, qədim adların semantik qatlarını və onların tarixi mənbələrdə izlərini araşdırmaqla yanaşı, türk törə sistemini mərkəzi mövzuya çevirir.
Yunus Oğuzun yaradıcılığında tarixi romanlar xüsusi yer tutur. Onun əsərləri yalnız bədii təxəyyülün məhsulu deyil, eyni zamanda tarixi faktlara, milli yaddaşa və türk düşüncə sisteminə söykənən mətnlərdir. Bu romanlar gənc oxucular üçün çoxşaxəli bir vasitə rolunu oynayır: onlar gəncləri ədəbiyyatın estetik dünyasına cəlb etməklə yanaşı, tarixi hadisələri anlamağa, milli kimlik və türkçülük ideyalarını dərk etməyə də yönəldir. Yunus Oğuzun tarixi romanları oxucunu həm düşünməyə, həm də öz köklərinə qayıtmağa çağıran təsirli bir məktəb funksiyasını daşıyır.
"Türk" etnonimi və törələri" kitabı isə Yunus Oğuzun yalnız yazıçı deyil, həm də milli yaddaşı sistemləşdirən tədqiqatçı mövqeyini bir daha təsdiqləyir. Şübhəsiz ki, bu əsər də geniş oxucu kütləsində maraq doğuracaq və türk tarixini, mədəniyyətini anlamaq istəyənlər üçün dəyərli mənbəyə çevriləcək".

Yazıçı-publisist Yunus Oğuz:
"İşimizi davam etdiririk. Yəqin ki, növbədə Qara Yusifdir. Üzərində işləyirəm, mənbələrlə araşdırmanı bitirmişəm, artıq əlavə məlumatlar axtarıram. Bilmək istəyirəm Qara Yusif haqqında daha nələr deyilib. Fikirləşirəm ki, Qara Yusif haqqında yazmağa dəyər. İki türkməndən biri Qaraqoyunlu, biri Aağqoyunlu, ikisi də eyni oyrat tayfasından olmaqla aralarında mübahisələr olub və ayrılıblar. Əvvəl Qaraqoyunlular dövlət yaradıb, sonra Ağqoyunlular. Hər ikisi diqqətə layiqdir.
Elçinlə biz artıq bəshəbəs etmişik. Gördüm Elçin Gültəkindən yazdı, dedim mən Azərbaycanın içindən yazıram. Elçin Azərbaycanın içərisindən yazsa, mən çıxacam Türk dünyasına. Odur ki, ardı gəlsin!

Alim HÜSEYNLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ