Bazar ertəsi günü, 02 fevral 2026
     

Bakıda yazıçılara qarşı məhkəmə iddiasının perspektivi müzakirə olunur...

Image


Elyar İslamoğlu: “AYB-nin bu bəyanatı məhkəməyə müraciət niyyəti ifadə edir, amma təkcə təşkilatın tənqid olunması hüquqi məsuliyyət yaratmır”

Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçı barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə qurumun yaydığı bəyanatda bildirilir. AYB buna səbəb kimi həmin şəxslərin təşkilatı tənqid etməsini göstərir. AYB-nun bu qurumu tənqid edən yazıçı və şairlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyi məsələsi bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda müzakirə olunur. Buna müxtəlif yanaşmalar var. Müəyyən adamlar hesab edir ki, AYB bu bəyanatı sadəcə onları çəkindirmək üçün verib. Bəziləri isə əksini deyir. Bu fikirdə olanlar qeyd edir ki, qurum belə məsələrə görə indiyə qədər bir neçə şəxsi məhkəməyə verib. Bildirilir ki, AYB vaxtilə mərhum şair-dramaturq Ramiq Muxtarı, şair İlham Qərəmanı və başqa bir neçə yazarla bağlı hüquqi müstəvidə addım atılmasına nail olub.

AYB-nin verdiyi bu bəyanatın nə kimi hüquqi perspektivləri ola bilər?

Təbii ki, AYB o yazarları məhkəməyə verə, onlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma AYB-ni tənqid edən yazarları bu qurumun məhkəməyə verməsi perspektivi nə dərəcədədir? Məhkəmə hansısa bir şairi, yazıçını cərimələyə, cəzalandıra bilərmi?

“Tənqid və fikir bildirməyə görə belə işlərin real hüquqi perspektivi zəifdir”

Hüquqşünas Elyar İslamoğlu baki-xeber.com-a bildirdi ki, hüquqi perspektiv yalnız müəyyən hallarda yarana bilər: “AYB-nin bu bəyanatı məhkəməyə müraciət niyyəti ifadə edir, amma təkcə təşkilatın tənqid olunması hüquqi məsuliyyət yaratmır. İfadə azadlığı çərçivəsində AYB kimi ictimai nüfuzu olan bir qurum sərt və kəskin tənqidə dözməlidir.

Hüquqi perspektiv yalnız bu hallarda yarana bilər ki, AYB və ya onun nümayəndələri barədə konkret, sübut oluna bilən yalan faktlar (böhtan) yayılıbsa, şəxsi təhqir və alçaldıcı ifadələr varsa.

Bəyanatda işlədilən “əsassız məlumat”, “qarayaxma kampaniyası”, “məkrli niyyət” kimi ifadələr isə ümumi və qiymətləndirici xarakter daşıyır və özlüyündə məhkəmə üçün kifayət etmir.

Yəni AYB hüquq-mühafizə orqanlarına müraciət edə bilər, amma adi tənqid və fikir bildirməyə görə belə işlərin real hüquqi perspektivi zəifdir. Bu tip bəyanatlar daha çox təzyiq və çəkindirmə xarakteri daşıyır”.

E.İslamoğlu vurğuladı ki, Elza Seyidcahan kimi yaradıcılığı cəmiyyətdə mübahisə doğuran şəxslərə üzvlük verən bir qurum tənqidlərə daha dözümlü yanaşmalıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Buraxılış siniflərində dil imtahanı qat-qat ağırlaşdırıldı...

Velosiped - skuter zolaqlarının Bakıda xeyirdən çox ziyanları üzə çıxır...

Trampın şübhəli mesajı Azərbaycanda da dollar yığanlara aiddir...

SON XƏBƏRLƏR

02.02.2026 / 10:55
Mehriban Əliyeva Gənclər Günü münasibətilə paylaşım etdi

02.02.2026 / 10:27
Bilal Ərdoğan restoran biznesinə yox, işğaldan azad ərazilərimizə sərmayə qoysa...

02.02.2026 / 09:36
Bakıda yazıçılara qarşı məhkəmə iddiasının perspektivi müzakirə olunur...

02.02.2026 / 09:13
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım etdi

02.02.2026 / 08:27
Bu gün gənclər günüdür...

02.02.2026 / 08:17
İsrail Trampı müsahibəyə razı salmaq üçün Epşteyndən yardım istəyib – 2016-da…

02.02.2026 / 07:49
Tramp BMT-nin maliyyə problemlərini həll edə bilər, ABŞ-ın öz borcu xaric…

02.02.2026 / 00:51
Həkimlərinin Venesueladan getməsi Kubanı çökdürür...

02.02.2026 / 00:01
Trampın İran təhdidləri, İlham Əliyevin prinsipləri, Maduroya "qardaş" deyib susanlar... Aydın QULİYEV yazır...

01.02.2026 / 23:32
Azərbaycan XİN Pakistanda terror hücumlarını pislədi...

01.02.2026 / 23:17
Bakı ilə şəkər biznesi qurmaq istəyən Aleksanyan kimdir?...

01.02.2026 / 22:37
ABŞ Yaxın Şərqə havadan müdafiə sistemləri yerləşdirməyə başladı – təhlükə artır…

01.02.2026 / 20:38
Rusiya Ukraynada fəhlə avtobusunu vurdu - 15 ölü, 7 yaralı...

01.02.2026 / 20:15
Putinin də adı milyarder Epşteyn dosyasında çıxdı - əgər o öldürülməsə, Putini əvəz edəcək…

01.02.2026 / 16:57
İran Avropa ölkələrinin hərbi attaşelərini ölkədən çıxarır - deputat XİN-ə çağırış etdi…

01.02.2026 / 16:33
Rusiya Azərbaycan üzərindən Ermənistana daha 25 vaqon taxıl göndərdi... - FOTO

01.02.2026 / 16:01
Zelenski yeni şərt irəli sürdü - ərazi məsələsi yalnız Putinlə birbaşa görüşdə həll edilə bilər…

01.02.2026 / 14:33
İrandan ABŞ-ı qəzəbləndirəcək addım - Amerikalı əsgərlər üçün minlərlə qəbir qazdılar…

01.02.2026 / 13:42
ABŞ-la İran arasında danışıqlar başladı - ABŞ-ın təyyarə gəmisini geri çəkdiyi iddia edildi...

01.02.2026 / 13:04
Quterreş xəbərdarlıq etdi - BMT iflas təhlükəsi ilə üzləşdi...

01.02.2026 / 11:50
Tovuzda kafedə adam bıçaqlandı...

01.02.2026 / 11:35
İran Parlamenti AB Silahlı Qüvvələrini terror təşkilatları kimi tanıdı

01.02.2026 / 11:05
BMT TŞ Kiprdə Sülhməramlı Qüvvələrin mandatını uzatdı, ŞKTC bəyanat yaydı

01.02.2026 / 09:04
Ayətullah Xamnei bunkerindən çıxdı - İran İnqilabının ildönümünü qeyd etmək üçün, ya…

01.02.2026 / 08:35
Tramp Obamanı saxtakarlıqda suçladı - "Bədəl ödənməsi zamanıdır..."

31.01.2026 / 22:06
Gömrükçü general-mayor özü barədə ziddiyyətli media xəbərlərinə niyə susur?...

31.01.2026 / 21:50
Tokayev çeçen müxalifətçisini bilə-bilə Ramzan Kadırovun "ölüm maşınına" atır...

31.01.2026 / 21:37
Tehranda yeraltı sığınacaq sistemi hazırlıqları başladı

31.01.2026 / 21:07
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi

31.01.2026 / 17:50
İranın dörd şəhərində ard-arda partlayışlar, sui-qəsd iddiası... Ölən və yaralananlar var…

31.01.2026 / 17:15
Fransada bu dəfə polis əməkdaşları hökumətə qarşı etiraza qalxdı…

31.01.2026 / 16:19
Starmerin Çinə səfəri Trampı qəzəbləndirdi - Britaniya seçim qarşısında qala bilər...

31.01.2026 / 14:34
Səudiyyə Tehrana verdiyi sözü unutdu, Trampa xəbərdarlıq etdi - İrana hücum etməsəniz…

31.01.2026 / 14:08
Azərbaycanda ilk dəfə ürək köçürülən şəxs danışdı - Əməliyyat 5-6 saat davam etdi...

31.01.2026 / 13:51
Keçmiş məmurun şirkəti Təhsil Nazirliyindən 5,6 milyonluq sifariş aldı...

31.01.2026 / 13:37
Zelenskidən Tramp və Putinə net mesaj - Donbası döyüşsüz təslim etməyəcəyik...

31.01.2026 / 13:10
Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlandı

31.01.2026 / 12:56
Qızıl almaq istədiyini deyib soyğunçuluq etdi...

31.01.2026 / 12:42
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Kollegiya iclası keçirildi

31.01.2026 / 12:33
"Azərbaycanda uğurlu transplantasiyalar donorluğa marağı artırdı" - Əhliman Əmiraslanov

31.01.2026 / 11:45
Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı açıqlandı

31.01.2026 / 11:22
Azərbaycan-BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə təliminə hazırlıq başladı - VİDEO

31.01.2026 / 10:24
"Epşteyn işi"ndə Trampın adı çox pis hallanmağa başladı...

31.01.2026 / 09:59
NATO Baş katibi Rütteyə qarşı Trampın ucbatından basqılar başladı....

31.01.2026 / 09:23
ABŞ-dan sensasion iddia - Tramp bazar günü İrana hücum əmri verəcək…

31.01.2026 / 00:55
18 kq qızılla tutuldu, evindən silah çıxdı - həm də nazirliyin əməkdaşı...

31.01.2026 / 00:45
Leyla Əliyeva Cenevrədə “Xəzər dənizinin qorunması..." müzakirələrində iştirak etdi

31.01.2026 / 00:21
Süleyman Mikayılovun vəzifədən çıxarılma səbəbi açıldı - bəzi cinayətlərdə...

31.01.2026 / 00:08
Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış oldu - FOTO

30.01.2026 / 23:18
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb - FOTO

30.01.2026 / 22:50
Avropa liderləri Trampın acığına 2 nəhəng Asiya dövləti ilə dostlaşır...

30.01.2026 / 21:35
Paşinyan dəmiryollarını tədricən Putinin cəngindən qurtarmağa başladı - ilk addım Qarsda...

30.01.2026 / 21:19
Böyük summativ qiymətləndirmə şagirdlərə əsl fəlakət yaşadır…

30.01.2026 / 20:51
Mətbuat Şurasında Umud Rəhimoğlunun 65 illik yubileyi ilə bağlı toplantı keçirilib - FOTO

30.01.2026 / 20:23
Həm taksiyə pul ver, həm də yolun bir hissəsini piyada get...

30.01.2026 / 20:11
"Qurtuluş" Reabilitasiya Mərkəzinin direktoru və iki əməkdaşı həbs edildi - YENİLƏNDİ

30.01.2026 / 20:00
Azərbaycanda məşhur blogerlər dərman reklamı qaydalarını kobudcasına pozurlar...

30.01.2026 / 19:44
Qaradağın icra başçısı vəzifəsindən azad edildi

30.01.2026 / 19:09
Məhkəmələrin bir səlahiyyəti müstəntiqlərə verildi...

30.01.2026 / 18:51
Özü ilə sıravi işçilərin maaşı arasında anormal fərq yaradan müdirlər....

30.01.2026 / 18:36
Banklar ziyankar işləyir - 16 milyard manatın çox hissəsi...

30.01.2026 / 18:20
AYB bir qrup şair və yazıçıya xəbərdarlıq etdi - hüquq-mühafizə orqanlarına müraciət ediləcək

30.01.2026 / 18:00
"İran rejiminin sonu görünür" iddiaları başladı…

30.01.2026 / 17:57
Azərbaycan dövlətinin qızıl kimi qızıl strategiyası...

30.01.2026 / 17:50
Moskva yenə İrəvanı hədəf taxtasına qoydu - sərt xəbərdarlıq...

30.01.2026 / 17:46
Qarşılıqlı ABŞ-İran təhdidləri nefti sürətlə bahalaşdırır...

30.01.2026 / 17:40
Ermənistan müxalifəti İranı yenidən TRIPP-ə qarşı körükləyir...

30.01.2026 / 17:38
Gürcüstan da Zəngəzur dəhlizinə qoşuldu...

30.01.2026 / 17:33
İqtisadi Şuranın iclası keçirildi

30.01.2026 / 17:25
Zelenski Kremlin dəvətini rədd etdi - cəsarəti çatırsa, qoy Putin Kiyevə gəlsin...

30.01.2026 / 17:09
Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Dostluğun süfrəsi: Anadolu səhər yeməyi görüşü”... - FOTO

30.01.2026 / 16:55
Azərbaycanlı alimlərin müəllifi olduğu kitab beynəlxalq mükafata layiq görüldü - FOTO

30.01.2026 / 16:30
Prezident bir qrup gənci mükafatlandırdı

30.01.2026 / 16:25
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planı təsdiq edildi - Sərəncam

30.01.2026 / 16:20
İran Hörmüz boğazında hərbi təlim keçirəcək - Əl-Ərəbiyyə

30.01.2026 / 16:06
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin ilk iclası keçirildi - FOTO

30.01.2026 / 15:48
İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

30.01.2026 / 15:41
İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

30.01.2026 / 15:32
İlham Əliyev Norveçin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

30.01.2026 / 15:23
İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

30.01.2026 / 15:07
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

İKT nailiyyətləri özü ilə süni zəkanın bəlalarını da gətirir...

XƏBƏR ARXİVİ