Türkiyə turizimi yeni rekorda imza atıb. Belə ki, Türkiyənin Çankırı şəhərindən 20 kilometr məsafədə yerləşən və 24.000 kvadrat metrlik qapalı sahəsi olan “Yeraltı Duz Şəhəri” adlanan mağarını 2025-ci ildə 1 milyon 800 min turist ziyarət edib.
Hitit dövründən bəri duz çıxarılması ilə tanınan mağarada heykəllər və sənət əsərləri nümayiş olunur. Çankırı Bələdiyyəsinin rəhbəri İsmail Hakkı Esen bildirib ki, Yeraltı Duz Şəhəri hələ də açıqdır. “İçəridə əlavə sahələr tikəcəyik, lakin turist sayının çox olması səbəbindən tikinti işlərinə hələ başlaya bilməmişik. Ümid edirəm ki, gələn il bu rəqəm daha da artacaq”, – deyə bələdiyyə başçısı bildirib.
SAMİRƏ