Ankara rəsmi olaraq 2026-cı il üçün Türk Dünyasının Turizm Paytaxtı titulunu qazanıb. Bununla bağlı mərasim Qırğızıstanın Manas şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təşkil etdiyi tədbirdə baş tutub.
Türk Dünyası Turizm Paytaxtı titulu Manas Bələdiyyə başqanı Ernisbek Ormokov ilə Ankara vali yardımçısı İzzettin Sevgili tərəfindən Ankara Vilayəti və Turizm direktoru Erhan Karakayaya təqdim edilib.
Tədbirdə iştirak edənlər arasında Türk Dünyası Turizm Assosiasiyaların, Türkiyənin Bişkekdəki səfirliyinin təmsilçiləri və qonaqlar yer alıb. Məqsəd Türkiyə və Türk dünyasının turizm potensialını beynəlxalq aləmdə tanıtmaqdır.
2026-cı il ərzində Ankaranın bu titulla bir çox fəaliyyətə ev sahibliyi edəcəyi bildirilir. Layihəni Ankara Valiliyi, Mədəniyyət və Turizm İdarəsinin koordinasiyası ilə dövlət qurumları, yerli idarələr və akademik dairələr birlikdə həyata keçirəcək.
Xatırladaq ki, 2025-ci ildə Türk Dünyasının Turizm Paytaxtı olaraq Qırğızıstanın Manas şəhəri seçilmişdi. Sözügedən tədbirdə estafet Ankaraya təqdim olunub.
SAMİRƏ