İslandiya da Avroviziya-2026 mahnı müsabiqəsində iştirakdan imtina edib. Bu barədə İslandiyanın ictimai televiziyası məlumat yayıb. Bildirilib ki, İsrailin mahnı müsabiqəsinə qatılması səbəbindən İslandiya yarışdan geri çəkilib. Qeyd edək ki, 4 dekabrda Avropa Yayım Birliyinin İsrailin Avroviziyada iştirakına icazə veriləcəyini elan etdikdən sonra İspaniya, İrlandiya, Niderland və Sloveniya müsabiqədən imtina edib. Yarışma 2026-cı ilin may ayında Avstriyada keçiriləcək.
Mətləb