Əməkdar artist Gövhər Rzayeva "Günə uğurla" verilişində gənc ifaçıları hədəf alan fikirlər səsləndirib. Əməkdar artist bir çox gənclərin incəsənəti gözdən salan hərəkətlər etdiklərini, öz danışıq tərzlərinə fikir vermədiklərini deyib. O, bu yaxınlarda verilişlərin birində yaşanan qalmaqala görə xəcalət çəkdiyini bildirib: "Srağagün bir verilişə baxdım, xəcalət çəkdim. O yerə çatdırmayın. Bizə xalq baxır, onlardan çörək yeyirik. Allaha and olsun, səni bir ay toya aparmasalar, acından ölənin birisən! Niyə fironluq edirsən axı?".
Mətləb