çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Mədəniyyət Nazirliyi ətrafında qalmaqal böyüyür...

Image


Bəzi tanınan sənət adamları, müğənnilər, ifaçılar, mədəniyyət sferasında tanınan simalar Mədəniyyət Nazirliyinin yürütdüyü siyasətdən narazılıq edirlər, nazirliyin ünvanına kəskin ittihamlar səsləndirirlər. Lakin bir çoxları sənət adamlarının nazirlikdən narazılığını qrup şəkildə ifadə etməsini təəccüblə qarşılayır.

Hesab edirlər ki, bu, nazirliyə qarşı qarayaxma kampaniyasıdır. Əksini düşünənlər də çoxdur, xüsusən də sosial şəbəkələrdə yazılan rəylərdə sənət adamlarının haqlı olduğu barədə fikirlər yer almaqdadır.

Tanınan müğənni Nura Suri, xanəndə Almaxanım Əhmədli, kamança ifaçısı Şəhriyar Musayev, caz-vokal ifaçısı Təranə Mahmudova, eləcə də başqaları nazirliyin sənətə, sənətkara münasibətindən narazılıq edirlər.

Caz və vokal ifaçısı Təranə Mahmudova mətbuatda Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva haqda iddialar səsləndirib. İfaçı tədbirlərə həmişə eyni adamların göndərildiyini deyib: “Mən Azərbaycan cazını təmsil etmək istəyirəm. Ancaq bu cür tədbirlərə göndərilmirəm. Niyə?! Çünki Mənzər Nurəliyevanın özünün qrupu var və bunu hamı bilir. Neçə illərdir bu adam monopoliya yaradıb. Hər il eyni adamlar gedir. Axı sən 10 dəfə eyni adamları göndərəndə bir dəfə də məni göndərməlisən. Özümə güvənən biriyəm. Ona görə ki, bu dəqiqə Azərbaycanın ən yaxşı caz pianoçuları ilə işləyirəm”.

Kamança ifaçısı Şəhriyar Musayev mətbuata bildirib ki, onların niyyəti Mədəniyyət Nazirliyinin fəaliyyətinə kölgə salmaq deyil: “Nazirliyin fəaliyyəti ilə bağlı mənim nə şübhəm ola bilər? Bu dediklərimiz fərdlə olan problemdir. Biz qurumu yox, fərdi tənqid edirik. Mən Mədəniyyət Nazirliyinin heç bir layihəsində iştirak etməmişəm”.

Almaxanım Əhmədli bildirib ki, onu narahat edən əsas məsələ nazirliyin tədbirlərində şəxsi münasibətlərə dayanan dəvətlərin çox olmasıdır: “Söhbət Mənzər Nurəliyevanın rəfiqəlik etdiyi insanların siyahıya salınmasından gedir. Bunlar adətən eyni adamlar olur. Özbəkistan Mədəniyyət Günlərində Adil Kərimli məni o siyahıya salmışdı. Biz məşqlər də edirdik. Konsertə bir neçə gün qalmış mənə məlumat verildi ki, Mənzər xanım məni siyahıdan çıxarıb. Mənimlə yanaşı, bir neçə həmkarım da çıxarılmışdı, ancaq tək danışan mən oldum”.

Nura Suri mətbuatdakı çıxışında deyib: “Mənim Adil Kərimli ilə heç bir qərəzim yoxdur. İştirak etdiyim forumdan sonra Mənzər xanımın mənə qarşı yaranan aqressiyasının səbəbini də bilmirəm. İki il öncə iştirak etdiyim forumda təkliflə çıxış etdim. Bildirdim ki, nəyə görə Azərbaycanın bu gözəl musiqisi “Qızıl Fond”da qalmalıdır? Dijital platformalara nəyə görə köçürülmür? Orada bir qalmaqal yarandı. İkinci gün isə orada Vaqif Gərayzadənin adını çəkəndə dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki o özü də “qara siyahı”dadır”.

Son yayılan iddialara görə, sözügedən sənətçilərin nazirliyə qarşı qruplaşmasına

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd rəhbərlik edir.Mətbuata görə, onun qızı Almaxanım Əhmədli ilə Mədəniyyət Nazirliyində çalışan Mənzər Nurəliyeva arasında yaranmış şəxsi problem Vüqar Əhməd və qızı tərəfindən bu müstəviyə daşınıb.

İddia olunur ki, Vüqar Əhmədin və qızı Almaxanım Əhmədlinin təşəbbüsünə bir çox sənət adamları qoşularaq Mədəniyyət Nazirliyinə qarşı əsassız və ağır ittihamlar səsləndiriblər.

Mətbuatda V.Əhmədin məsələ ilə əlaqədar səs yazısı da yayılıb. V. Əhməd səs yazısında bildirib ki, onların ağsaqqalı mənəm: “Mən başlamışam söhbətə. 20 nəfər auditə yazıb. Bu söhbətin ağsaqqalı mənəm. Bir gəlib adımı da çəkəydi. Bir Xatirənin adını çəkib. Almaxanım, mən, Nura Suri, idmançı – xanəndə Pərviz, tar çalan Mənsim İslamov, tar çalan Ədalət, kamança çalan Şəhriyar Musayev, Təranə caz ifaçısı. Bizə deyir. Amma əsas mənəm. Hər gün səhifəsində oxuyur, o gün də telefonda danışdıq. Mənə “qüsur” deyir. Mübarizə aparmaq istəyirsə aparaq, o başqa söhbətdir. Mənim rəhbərliyimlə 20 nəfərik. Fanat “ordumuz” da qoşulacaq. Heç olmasa təxminən 1000 nəfər...İnzibati orqanlar da var, bu təhqirə cavab verməlidir. Deyir ki, “qüsursan”.

Ağsaqqallıq edib ədalətdən danışır, özü bilmir heç ədalət nədir. V.Əhmədin səs yazısına və özünün nazirlikdən narazıların ağsaqqalı olduğunu deməsinə müğənni Nura Suri rəsmi Facebook hesabında cavab verib.

N.Suri yazıb: “Hələ ki gözləyirəm, görüm daha hansı addımlar atılacaq. Deməli, Vuqar Əhməd öz qızını qoruyur və hansısa jurnalistə səs atıb ki, “onların ağsaqqalı mənəm”, bu sözdən tutublar ki, guya bizi Vuqar Əhməd öyrədir”.

Müğənni qeyd edib ki, o, Vüqar Əhmədlə görüşməyib: “Verin məhkəməyə. Mən öz telefonomun bütün zəng və mesajlarını da çıxarmağa hazıram, Təranə Mahmudova da, Şəhriyar da sübut edin ki, nə vaxtsa Vuqar Əhmədlə danışmışıq, ya da görüşmüşük. Hər addığınız qərəzli addıma, mən arqumentlərlə və faktlarla cavab verəcəm”.

Qeyd edək ki, ayrı-ayrı mədəniyyət adamları, sənətçilər iddia edirlər ki, nazirlikdə çox güclü qruplaşma var və bu da sənət adamlarına qarşı ayrıseçkilik yaradır. Ekspertlər deyirlər ki, nazirlikdə həmişə qruplaşmalar olub, amma onlar özlərini indiki kimi qabarıq şəkildə göstərməyiblər. Təbii, nazirliyin daxilində nə baş verdiyini biz bilmirik, amma sənətçilərin çıxışlarından aydın görsənir ki, orada “hava” elə də xoş deyil.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, mədəniyyət və incəsənət sahəsində olan narazılıqlar uzun illərdir davam edir:

“Yaradıcı insanların əksəriyyəti ticarətlə məşğul deyil, onların əsas gəlir mənbəyi dövlət maaşı və şəxsi fəaliyyətləridir. Dövlət qarşısında yeganə tələbləri diqqət və qayğıdır. Təəssüf ki, son illər Mədəniyyət Nazirliyinin bu məsələdə fəaliyyəti zəifləyib. Qurumda əsasən müəyyən çevrələrə, yaxın adamlara diqqət göstərilir, tədbir və layihələrdə eyni şəxslər təmsil olunur. Nazirlik xətti ilə həyata keçirilən qrant layihələrin çoxu mədəniyyət və ədəbiyyatla əlaqəsi az olan təşkilatlara verilir. Mədəniyyət, kreativ sənaye ilə bağlı ideyaları və layihələri olan xeyli mütəxəssisə maraq göstərilməyib. Bu vəziyyət yaradıcı insanların ruhdan düşməsinə və bu sahədə durğunluğa gətirib çıxarıb. Nazirlik yanında İctimai Şuranın isə sadəcə adı var, fəaliyyəti görünmür”.

Xəyalə Rəis: “Bu narazılıqlar sadəcə bir qrup sənətçinin şikayəti kimi yox, mədəniyyət siyasətinin yenilənməsinə ehtiyac olduğunu göstərən siqnal kimi qəbul edilməlidir”

Baş verənlərlə bağlı Sənətşünas, Xpress.az saytının baş redaktoru Xəyalə Rəis “Bakı-Xəbər”ə bildirdi ki, son günlər sənət adamlarının Mədəniyyət Nazirliyinə qarşı səsləndirdiyi narazılıqlar mədəniyyət siyasətində uzun müddətdir yığılıb qalan problemlərin üzə çıxması kimi görünür. Kimisi xarici festivallara gedə bilmədiyini, kimisi isə nazirlikdə müəyyən qrupların öz dost və tanışlarına üstünlük verdiyini deyir. Hər iki iddia əslində eyni kök problemin nəticəsidir: şəffaflığın olmaması və prinsiplərə deyil, şəxsi əlaqələrə əsaslanan qərar mexanizmləri.

Mədəniyyət sahəsində çalışan insanlar illərlə zəhmət çəkir, ölkəni xaricdə layiqincə təmsil etmək üçün çalışırlar. Lakin onların qarşısına qoyulan maneələr - qeyri-şəffaf seçim prosesləri, dəvətlərin kimlərəsə “xüsusi qayğı ilə” verilməsi, festival və layihələrə gedənlərin adının əvvəldən “müəyyənləşdirilməsi”-sənət adamlarında ədalət hissinin pozulduğu təəssüratı yaradır. Mədəniyyət kimi yaradıcı və azad düşüncə tələb edən sahənin idarəetməsində qapalı çevrələrin dominantlığı nəinki sənətçilərin motivasiyasını sındırır, həm də ölkənin mədəni nüfuzuna zərbə vurur.

Əgər bu iddialar həqiqət payı daşıyırsa, problem təkcə bir neçə festival bileti və ya dəvət məsələsi deyil. Bu, sistemli şəkildə formalaşmış bir idarəetmə böhranıdır. Qərarların açıq meyarlara əsaslanmaması, şəffaf müsabiqə mexanizmlərinin olmaması, proseslərin ictimaiyyət üçün izah edilməməsi-bütün bunlar nazirliyə olan etimadı zəiflədir.

Mədəniyyət Nazirliyinin işi təkcə tədbirlərə kimlərin gedəcəyini bölüşdürmək deyil, ölkənin yaradıcı potensialını daha geniş və inklüziv şəkildə inkişaf etdirməkdir. Bunun üçün isə favoritizmin deyil, peşəkarlıq və açıqlığın hakim olması, hər bir sənət adamının eyni imkanlara çıxış əldə etməsi vacibdir.

Bu narazılıqlar sadəcə bir qrup sənətçinin şikayəti kimi yox, mədəniyyət siyasətinin yenilənməsinə ehtiyac olduğunu göstərən siqnal kimi qəbul edilməlidir. Əks halda mədəniyyət sahəsində yenilik, inkişaf və beynəlxalq rəqabətlilikdən danışmaq çətin olacaq”-deyə X.Rəis bildirdi.

Mədəniyyət Nazirliyi: “Nazirlik tərəfindən bu iddialara baxılıb və xidməti yoxlama aparılıb”

Bu qədər narazılığa, nazirliyə qarşı qalmaqallı iddialara və ittihamlara Mədəniyyət Nazirliyinin özünün yanaşması, daha doğrusu cavabı necədir?

Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə bildirildi: “Son günlər sosial media istifadəçilərinin Mədəniyyət Nazirliyinin 2004–2022-ci illərlə bağlı səsləndirilən iddialarına dair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub.

Bundan əlavə, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçim qaydaları ilə bağlı faktlara söykənməyən məlumatlar yayılmaqdadır.

Bununla əlaqədar ünvanlanan sorğuya cavab olaraq bildiririk ki, nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, zəruri hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir.

İncəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə gəldikdə isə, Nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb, Nazirlik tərəfindən bu iddialara baxılmış və xidməti yoxlama aparılıb. Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir.

Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçimi qaydalarına gəlincə bildirmək istərdik ki, bu seçim tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmunun bu formata uyğunluğuna əsasən aparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir”.

Nazirlikdən xatırladılıb ki, Mədəniyyət Nazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmiş fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə Nazirliyin bugünkü fəaliyyətinə kölgə salınması yolverilməzdir. “Bir daha diqqətinizə çatdırırıq ki, konkret faktlara söykənmədən dövlətin mədəniyyət strategiyasını həyata keçirən nazirlik barədə həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan, habelə ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması hüquqi məsuliyyət yaradır”-deyə nazirlikdən bildirilib.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ