Astanada keçirilən ilk Asiya vokal müsabiqəsi olan “Silk Way Star” yarışının finalındaa Azərbaycan və Ermənistan nümayəndələri arasında maraqlı hadisə yaşanıb.
Tengrinews.kz xəbər verir ki, azərbaycanlı münsif üzvü Samirə Əfəndi və erməni finalçı Saro Gevorgyan qucaqlaşıblar. Azərbaycan Ermənistana maksimum bal (12) verib. Samirə Əfəndi Saro Gevorgyan haqda xoş sözlər deyib.
Samirə Əfəndi “Silk Way Star”ın münsiflər heyətinin üzvüdür. O, Azərbaycanı 2021-ci ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil edib.
"Silk Way Star" musiqi şousu 12 ölkədən - Qazaxıstan, Azərbaycan, Ermənistan, Gürcüstan, Çin, Qırğızıstan, Malayziya, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistan və Cənubi Koreyadan ifaçıları bir araya gətirib. Beynəlxalq əhatə dairəsi və iştirakçıların müxtəlifliyi səbəbindən ekspertlər artıq şounu "Eurovision"la müqayisə edirlər.
TAHİR