Daha bir türk serialı medianın gündəmindən düşmür. Belə ki, 23-cü "Mipcom"da ən çox satılan türk serialı olan "Aile" yeni bir rekorda imza atıb. Türkiyə mətbuatının yazdığına görə, "Ay Yapım" istehsalı olan serial 140-dan çox ölkəyə satılıb. Bu şirkət üçün beynəlxalq arenada böyük uğur hesab olunur. Qeyd edək ki, serialın baş rollarını Kıvanç Tatlıtuğ və Serenay Sarıkaya paylaşıb.
Mətləb