çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Ağbaba mahalının xalçaçılıq irsi...

Image


Bütöv Azərbaycanın ucqar qərb hissəsində, Şərqi Anadolu yaylasının Qars bölgəsi ilə həmsərhəd olan, Araz və Arpaçay çayları hövzəsinin orta və yüksək dağlıq hissələrini - Böyük və Kişik Ağbaba qurşaqlarını (Baş Güney, Qaya Güney, Qısırdağ, Keçəldağ, Göydağ, Tayaqaya....) tutan, müqəddəs Haqq ocağı kimi ziyarətgah məqamları - Ağbaba pirinin, Seyid Ağa, Seyid Heydər ocağının... ruhu yayılan Ağbaba mahalı, həm də, Türk-Müsəlman mədəniyyəti və dini-sakral fəlsəfəsi irsinin xroniloji-sənədli tarixi (milli incəsənət, dekorativ-rəsm toxuculuğu, zərif ilmə-naxış xəttatlığı.. da daxil olmaqla) yazılmış milli salnamə çoxcildliyinin zəngin səhifələrindən biridir...

Yeni minilliyin Alban intibahı və İslamaqədərki dövrü əhatə edən Təkamül və Mədəniyyət mərhələlərinin dini-sakral inanc mərasimlərinin və təqva yolunun ocaqları nümunəsində Türk-Müsəlman coğrafiyasında İlahi Haqqa tapınmaqla Ruhun təmizləndiyi məkanlardan biri də adının etimoloji mənasından göründüyü kimi əski, müqəddəs Ağbaba (“Ulu, Müqəddəs Varlıq” anlamında) mahalı kökənli milli-tarixi irsimizi yaşadan bölgə olaraq yaranışdan təbii zənginliyinin abidələri də qalmaqdadır.

Mahalın Ağbaba (haylar “Amasiya” adlandırır) nahiyəsinin qədim-qayım yurd yerləri (Mağaracıq, Düzkənd, Çivinli, Güllübulaq, Quzukənd, Ayıçınqıllı/İbiş, Mağaracıq, Qaraçanta, Qara Namaz, Çaxmaq, Quzukənd, Oxçuoğlu, İlanlı, Güllücə....), kökənli Türk-Müsəlman qövmü həmişə bu zənginliyi İlahi Əmanət sanıblar, torpağını-daşını tutiyə bilib gözlərinə sürtüblər, yurd-ocaq ətrini qəlb ruhunda saxlayıblar, İbadət-Ziyarət ocaqlarının başına ləpir-ləpir dolanıblar. Bu zənginliyi artırmaqla ürəklərindən-əllərindən qopan duyğularını da naxışa çevirib zərgər dəqiqliyi ilə ilmə-ilmə ipək-yun əriş/arğaclarda və daş lövhələrdə yaşadıblar....xanımlarının toxuduqları nəsnələr (corabdan tutmuş xalça-gəbəyə kimi) zərifliyi, gözəlliyi, ölməzliyi...ilə dünya şəhərlərində heyranlıq doğurub, müqəddəs məzarlıqların sənduqə və baş daşlarının oyma hüsn-xətti kimi naxışlanıb mahir ustaların əlləri ilə. Bu səbəbdəndir ki, Ağbaba mahalının daş nəqqaşlığı, miniatür rəssamlığı, dekorativ təsviri, eləcə də, xalçaçılığı qədim Qərbi Azərbaycan mədəniyyəti və incəsənəti mərhələsinin xüsusi tarixi mərhələsini təşkil etmişdir.

Haşiyə. Türk dünyasının əski tarixi səhifəsində şərəfli yer tutan və 2500 illik yaşa malik xalça toxuculu nümunəsi 1949-cu ildə Altay dağlığı guşələrinin birində tapılmış və hazırda Sankt-Peterburq şəhərinin Dövlət Ermitajında saxlanılır.

Şərqi Anadolu bölgəsinin Qars mahalının Arpaçay və Ağyaxa ilçələri ilə (Atçılar, Gülüzü, Meydancıq (əhalisi 1918-ci ildə Göyçə bölgəsindəki soyqırım faciəsindən qurtulanlar olub), Tomarlı, Böyük Pirvəli, Camışlı, İbişköy (Ayıçınqıllı/İbiş kəndinin 1918-1920-ci illər soyqırımı faciələrini yaşayan ailərin yaşadığı kənd), Qaraqaş...) qonşu olan Ağbaba nahiyəsi tarixi-coğrafi bağlılığa rəğmən ÜmumTürk birliyini, milli-mənəvi dəyərlərin kökənliyini, mədəniyyət köklərini qoruya bilmiş, ilk növbədə xalq sənətkarlığı nümunəılərində nəsildən-nəsilə ötürülmüşdür, eləcə də, palaz-sumağ, xalşa-gəbə toxuculuğu timsalında. Bu ərazilərin tarixi-coğrafi və milli-mənəvi bağlılığı dekorativ-miniatür toxuculuq sənətinin eyni kökdən rişələnməsində ifadə olunmuşdur. Ağbaba mahalında intişar etmiş bütün növ münüatür və kilim-palaz, sumağ, marşaf, keçə, xalça-gəbə toxuculuğu eyni ilə Qars-Ərdahan mahalları kəndlərində də eyni üslubda, eyni çeşnidə, eyni rəsm-xəttatlığı ilə icra edilnmişdir. Yerli əhalisi ümumilikdə tərəkəmə elatından-Qarapapaqlılar tayfasının şəcərə soylarından olduğu üçün bölgənin toxuculuq sənəti tarixi inkişaf mərhələsi keçmiş və ənənəvi dəyərləri əxz etmişdir.

1918-1920-ci illərdə dinsiz hay-daşanak kilsəsi və general M.M.Silikyanın (1862-1937), polkovnik P.Poqosyanın (1864-1922), qaniçən-cani İ.X.Baqramyanın.(1897-1982, sonralar Sovet İttifaqı Marşalı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olub)...silahlı-quldur dəstələri Ağbaba mahalının 33 kəndində yerli əhaliyə qarşı soyqırım faciələrini yaşatmaqla yanaşı, həm də Türk-Müsəlman əhalisinin 3000-dən çox xalça-gəbə mülkünü qarət edib aparmışlar, bu nümunələrdən əksəriyyəti Qərbi Avropa ölkələrinin muzeylərində, sərgilərində “erməni irs nümunələri” adı altında nümayiş etdirilmişdir.

Əl toxuculuğunun kiçik nəsnələri (əlcək, corab, heybə, yük örtüyü...) də naxış-ilmə incəliyi ilə seçilmişdir. Toy mərasimlərində “Şah”ın bəzədilməsində, “Şah Bəyinin təltif edilməsi”ndə də bu nümunələrdən istifadə olunmuşdur.

Dəvə və qoyun yunundan toxunan dekorativ-xəttatlıq sənəti inciləri sırasında xalça-gəbə xanaları demək olar ki, bölgənin, o cümlədən, Ağbaba nahiyəsinin bütün Türk-Müsəlman kəndlərinin evlərində qurulurdu, uzun qış gecələrində isti ocaqlardan həvə-kirgit səsləri eşidilirdi, ərişlərin arasına vurulan ilmələr dəqiqliklə naxışlanırdı, məriş-arğacların yığılıb-açılmasıı...incəliyi sezilirdi... Güllübulaq kəndində də...

Tarixən toxuculuq gələnəklərində corablardan xaral-çuvallara, saya palazlardan tutmuş sumağ, xalça-gəbələrədək...əl işləri xüsusi məzmun, məna və mistik duyğuların təsviri/təsiri ilə yaranırdı, özünəməxsus gözəllik kəsb edirdi, el şənliklərinin bəzəyinə, hüznlü günlərin təsəllisinə çevrilirdi.

Nahiyənin bütün Türk-Müsəlman kəndlərində bu kimi dekorativ-minatür sənət növləri inkişaf etmişdir, amma Güllübulaq kəndində xalça-gəbə toxuculuğu Qars mahalının Ağyaxa nahiyəsinin Qızıldaş/Çuxuryurd kəndi ilə (araları 500 m olardı) eyni ümumi məktəbə malik olduğundan, qonşu kəndlərdən (Balıqlı, Güllücə...) gəlib bu sənətin incəliklərini ustad toxuculardan (Nərgiz nənə (1859-1969), Leyli İbrahim qızı Vəliyeva (1910-2006), Minayə Apo qızı Rzayeva (1945), Piruzə Zemin qızı (1946-2017, əslən qonşu Oxçuoğlu kəndindən olub, bu kənddə Kamil Baboy oğlu Quliyevin (1941-2015) həyat yoldaşı), Qızxanım Məcid qızı Elləzova (1947-2015), Məleykə Məhəmmədəli qızı Yusifova (1953, Şəfiqə Orucova, Hənifə Nəsib qızı Ellazova (1961-2023), Tükəzban Çoban qızı Məmmədova (1959), Səkinə Məhəmmədəli qızı Abdullayeva (1962)...) öyrənir və inkişaf etdirirdilər.

Ən çox “Qarabağ” (Qarabağın rəngarəng təbiətinin təsviri), “Atlı çapar” (Qoça atı yüyəndinə saxlayan çapar), “Çahar bağ”(Dörd bağ mənzərəsi), “Bahar”....xalça-gəbə (ölçüləri 0,70 x 1,2, 1 x 2 m, 2 x 3 m olmaqla), “Göl-göl”, “Qaynaq”..sumağ (xovsuz) çeşnilərindən istifadə olunmuş, adicə əlcək-corab naxışları da xüsusi olaraq seçilirdi.

1970-80-ci illərdə toxunan bütün xalça-gəbələrin (şeçnisindən asılı olmayaraq) baş tərəfində “Qarabağ” sözü yazılırdı...1927-ci ildə toxunan “Atlı çapar” xalısı 1980-ci illərin sonuna kimi qalırdı...

1970-ci illərin əvvəllərində kənd sakini şamil Nəsib oğlu Murtuzovun (1929-2006) evinin 1-ci mərtəbəsində yaranan xalçaçılıq sexi 1975-ci ilədək davam etmiş, sonralar daha böyük müəssisəyə çevrilmişdir.

Təsadüfi deyil ki, 1979-1980-ci illərdə İrəvan şəhərində keçirilən müsabiqədə Güllübulaq kəndinin xalça ustaları qalib olmuşlar, nahiyə mərkəzindəki “Şərəf lövhəsi”ni Salatın Əlirza qızının (1938-2014) şəkli bəzəyirdi...

Ağbaba mahalının toxuculuq-xalçaçılıq sənəti irsinin millilik-özəllik üslubu XV-XVI əsrlər Təkamül dövründə xeyli zənginləşmiş, Çuxur-Səəd bəylərbəyliyinin dekorativ-rəssamlığı, Qars-Urmiya miniatür xəttatlığı...məktəbləri, Təbriz-Naxçıvan/Ordubad nəqqaşlığı təsviri...daş-oyma üslubu, Ərzurum xovlu toxuculuq sənəti...gələnəklərin yaradıcılıqla inkişaf etdirərək yeni xovlu-xovsuz toxuculuq yaradıcılığına yiyələnərək xüsusi mərhələ yaradılmışdır. Belə ki, nahiyədə toxunan xovlu-xovsuz sumağ-xalça çeşnilərinin naxışları-ilmələri ümumilikdə Öksüz və Çaxmaq kənlərində mistik-ruhani duyğulardan (yarpaq və budaq təsvirləri, sənduqə naxışları, xəncər və tişə ucluqları şəklində..görünüşündə), ilk növbədə ərazidə ziyarət olunan “Öksüz piri”nin, “Şiş dağı ocağı”nın müqəddəs hesab edilən İtburnu kollarının siluetindən, Güllübulaq kəndinin “Seyidlər ocağı”na ruhani bağlılığdan, e.ə. IV əsr Alban məbədinin silinməmiş daş oymalrından, “Kilsə bulağı”nın gözündən, Mağaracıq kəndi yaxınlığındakı Göydağdan çağlayan bulaqların (“Soyuq bulaq”, “Daşlı bulaq”, “Şalxam gözlü bulaq”, ”Südlü bulaq”...üstündəki əsrarəngiz daşlı-sucaqlı relyef mənzərəsindən, bu kəndin “Ömər dərəsi”ndə “Seyid Məhəmməd məqamı”na edilən ruhani zikr dualarından, müqəddəs ”Göy dağ”ın ətəyindəki Çivinli kəndi mərkəzində, çayın kənarındaki 2 daş sütunlar(qalınlığı 40-50 sm, hündürlüyü 3 m-ə çatan) üzərində oyulmuş (amma oxunmamış) yazı xəttinin təsvirindən, Arpaçayın sol sahilinə yaxın “Ocaqqulu yeri”ndə 30 m-ə kimi boy verən qədim “Qara qala”nın hörgülərinin yatımından, Qaraçanta kəndi məzarlığında 1940-cı və 1958-ci illərdə inşa edilmiş Seyid Ağa Seyid Bayram oğlunun (1820-1896), Seyid Məhəmməd Seyid Ağa oğlunun (1872-1953) məqbərələri üzərində nəqş edilmiş “Qurani-Şərif” ayələrinin möhründən.. yaranmışdır...

Göründüyü kimi, Qərbi Azərbaycan xalçaçılıq məktəbinin təməl dəyərlərinin öyrənilməsi sırasında xalqımızın dini-sakral, ruhani-fəlsəfi irsinin elmi-nəzəri təhlili, milli-mənəvi mədəniyyət nümunələrinin tədqiqnə ciddi zərurət yaranmışdır.

Bu baxımdan Zəngi çayı və Alagöz dağı hövzələrinin zənginliyi də istisna deyil.

(Ardı növbəti yazımızda)

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Ağbaba mahalının mərkəzi Ağbaba nahiyəsinin adını mürtəce, dinsiz hay-daşnak kilsəsi dəyişərək-“Amasiya”, Çaybasar/İlanlı kəndini-“Aravet”, Çivinli kəndini-“Yeğnacur”, Düzkənd kəndini-“Axuyan”, Mağaracıq kəndini-“Qtaşen”, Güllübulaq kəndini-“Byurakan”, Oxçuoğlu kəndini-“Boxçi”, Arpaçay çayının adını-“Axuryan”...adlandırır..

Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Ağbaba bölgəsinin Ağbaba/Amasiya nahiyəsinin Güllübulaq kənd sakinləri Rza Müseyib oğlu Ellazovun (1949), İsa Qurban oğlu Məmmədovun (1954) və Əhməd Məmməd oğlu Rzayevin (1964) məlumatlarından da istifadə olunmuşdur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ