Məşhur müğənni Larisa Dolina və onun vəkili ölümlə hədələnib. Bu barədə L.Dolinanın vəkili mediaya özü açıqlama verib. Məlum olub ki, cinayətkarlar Larisa Dolinaya mənzillə bağlı dələduzluq işi üzrə polisə verdiyi şikayəti geri götürməsə, onu amansızlıqla qətlə yetirəcəklərini və ya avtomobilini partladacaqlarını bildiriblər.
Polis ölüm hədələri ilə bağlı cinayət işi açıb. Lakin istintaq hazırda dayandırılıb.
Mətləb