Qəlbimdəki eşqin bulağı ilki vətəndir,
Qoynunda Xəzər, abidələr sanki əsərdir.
Həsrətlə baxır şəklinə qürbətdə qalanlar.
Xoş xatirələrlə anılır məskənim hər an,
Yurdum! Ey igidlər diyarım şəhri-gülüstan!
Zirvəndə şəfəq rəngidi göy qırmızı yaşıl,
Sinəndə ayın olması bizlərçün əyandır.
Ulduz da ömürlük aya böyründə nişandır.
Uğrunda fəda getdi şəhidlər sənə qurban,
Tarixdə Mübariz1 kimi bir şanlı adın var,
Səthində yetişmiş qoçağın,
qəhrəmanın var,
Torpaqda ovulmuş nə qədər türki qanın var,
Qorxsun yağı düşmən nə qədər canında can var,
Cənnətdi bütün bölgələrin - ətraf al-əlvan,
Baxdıqca gözəl guşənə qalmış hamı heyran,
Fəxr eylə ki Amin, vətənin Azəri-baycan
Çünki ana saydım səni ölkəm…doğulandan!
Yurdum! Ey igidlər diyarım Azəri-baycan!
1. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov nəzərdə tutulur