çərşənbə günü, 30 sentyabr 2026
     

Xalq Şairi Vahid Əziz – 80

Image


Şanı-Şöhrətiniz, İzzəti-Şərəfiniz mübarək!..

(Bir az gecikmiş, bir az da vaxtını qabaqlamış məktub)

Ey... şeirlərinin möhürbəndində Tanrının iki adı həkk olunan Vahid Əziz – Baldan Ləziz qardaşım! Tale elə gətirdi ki, tanışlığımız 1977-ci illərə təsadüf etsə də, doxsanıncı – ikimininci illərdə daha çox ünsiyyətdə olduq... Görünür bunun əsas səbəblərindən biri də ümummilli faciəmizin bu zamanının ilkin dövrlərində alovlanan vətən, millət qeyrətinin kəskin çəkim yanğısı oldu... Kifayət qədər itkilər verdik. Çox acılar çəkdik... Zaman keçdikcə də bu acıların, ağrıların nisgili içimizi oyur-oyur oydu, sökdü, dağıtdı. (Qəlbimizdə, dilimizdə şeirə, bayatıya çevrildi). Mənəvi sarsıntılar, əzablar azmış kimi, cismani əzablar – xəstəliklər, maddi çətinliklər, dözülməzliklər kəllə-çarxa qalxdı... Qədribilinməzlik, saymamazlıq, hörmətsizlik, bir sözlə əsl insanlara qarşı biganəlik və s. qeyri-insani münasibətlər, laqeydliklər baş alıb getdi. Bütün bunların fonunda isə şəxsi-mənafe güdənlərin işlərinin xod getməsi, buna müvafiq olaraq da ölkənin sərvətinin talanması bizi hədsiz sarsıtdı... Belə olan təqdirdə Tanrıdan başqa sığınacaq yerimizin olmadığını bir daha idraki-bəsirətimizlə anladıq. Bu səbəbdən də yönümüzü bütövlükdə Yaradanımıza çevirdik... O, da öz lütfünü bizdən əsirgəmədi: Sizin şairlik qüdrətinizi, mənimsə tədqiqatçılıq bəsirətimi artırdı... Siz, Tanrı qatlarından gələn sözləri eşidib köçürməyə, mən isə bu qatlardan gələn səsləri eşidib, yer üzünün minilliklərdən o yana olanlarının görüntülərini anlayıb yazmağa başladım... Beləliklə, Sizin iri həcmli cild-cild şeir kitablarınız, millətimizin və dövlətimizin mənafeyi naminə qüdrətli tənqidi yazılarınız, xalqımız üçün yüksək əxlaqi dəyərli müsahibələriniz müntəzəm olaraq dərc olunmağa başladı... Mənimsə "Muğam dilli tarix" adı altında geniş əhatəli söhbət-serialım, xalqımızın "Milli, irsi mənəvi-mədəni tarixi" ilə bağlı iri həcmli tədqiqatı, tənqidi-monoqrafiya səviyyəli yazılarım, o cümlədən də "Muğamın tarixi və fəlsəfi mahiyyətinin əsaslarına dair" – gələcək tədqiqatlar üçün vacib bir "açariyyə"m, bir neçə xırda kitabçalarım, həmçinin tədqiqatlarımın qısa informatik xarakterli məcmusunu əhatə edən bitkin səviyyəli "Müdrikliyin səlahiyyət zirvəsi" kitabım ərsəyə gəldi... Daha sonralar isə Sizin çoxcildli külliyyatınızın nəşri başlandı... Doğrudur, bunların əksəriyyəti daha sonralar oldu. Lakin qeyd etdiyim kimi bizim mənəvi bağlılığımızın əsas tarixi həyatımızın ən çətin anlarına təsadüf etdiyindən, bu dövrlərdə Allah bizə imkan verdi ki, bütün dost-tanışlarımızı xəlbirdən, ələkdən və daha nazik süzgəcdən keçirək... Mümkün qədər keçirdik də... Təəssüflər olsun ki, bu xəlbir, ələk və nazik-sıx süzgəclərin mədaxilində olan ilqarlıların sayı çox az, məxaricində çıxdaş-çıxarda qalan ilqarsızların sayı isə daha çox oldu... O zamanlar biz tez-tez görüşərdik; demək olar ki, hər gün, ən geci isə günaşırı. Və mümkün qədər də bir-birimizin haqsızlıqdan zinhara gəlmiş mənəvi iztirablarına məlhəm olmağa çalışardıq. Təəssüflə deməliyəm ki, Sizi çox şeydən məhrum edənlər, bu "məlhəm"dən də məhrum etməyə çalışırdılar... Mənim Sizinlə dostluğumun paxıllığını çəkənlər də az deyildi, Sizi tamamilə tək qoymağa çalışanlar da... Hətta mənə bir fikri tez-tez təlqin edirdilər ki, "nə qədər ki, Vahid Əzizlə dostluq edirsən, sənə heç vaxt iş verməyəcəklər". Bu da işə yaramayanda zati-nəcabətlərinə xas olan iyrənc, ürəkbulandırıcı şər-böhtanlar yayıb bizi bir-birimizdən, dost-tanışlarımızı da bizdən rəncidə salmağa çalışanlar da tapılırdı... Əlbəttə ki, nə əsl dost-tanışlarımız bizdən, nə də biz bir-birimizdən rəncidə düşmədik... Əksinə, Siz, həmin çətin dövrlərin əzabı içində çabalayan bütün dost-tanışlarınıza bacardığınız qədər, yəni imkanınızın çatdığı qədər yardım etməkdə davam etdiniz.... Gündəlik cibxərcinizi özünüzə yox, məhz onların gündəlik çörəyi üçün xərclədiniz... Hansı ki, Siz heç də onlardan az maddi ehtiyac içində deyildiniz... Bununsa ən bariz canlı şahidi mən özüməm... "Daimi görüş yerimizdə" oturub Sizin gəlişinizi həsrətlə gözləyən neçə-neçə tanışlarımızın intizar gözlərinin necə alacalandığının da şahidi mən özüməm... Gəlişinizin onlar tərəfindən necə bayram edilməsinin də... Hətta həmin zamanlarda müəyyən vəzifə imkanı olan sadiq dostlarınızın köməyindən istifadə edib, neçə-neçə çətin həyat sürən bu insanların, yaxud da onların ailə üzvlərindən heç olmazsa birini işə düzəldib evinə çörək pulu aparmasına necə səbəb olduğunuzun da yenə şahidi mənəm... Torpağı sanı yaşayasınız... Hamı böyük Səməd Vurğunun etdiyi yaxşılıqlardan bu gün də ağızdolusu danışır... Amma Sizin bu ali-ilahi xüsusiyyətlərinizdən, xeyirxah əməlinizdən nədənsə heç kim danışmır... Təbii ki, buna Sizin heç ehtiyacınız da yoxdur. Lakin bir Allah və mən şahidik ki, Siz, bütün bunları böyük sıxıntı və ehtiyaclar içində yaşadığınız vaxtlarda etmisiniz... Bu yerdə yadıma bir əhvalat düşdü; Sovet dövründə ADU-nun filologiya fakültəsinin bir neçə tələbəsi yüksək hökumət vəzifəsi daşıyan bir xalq şairinə yaxınlaşıb (maraq xatirinə) bir qədər yardım istəyirlər.

O, da mədəni şəkildə imtina edir. Tələbələr ona S.Vurğunu misal göstərirlər. Şair də özünü sındırmır: "Nə mən Səməd Vurğunam, nə də zaman o zamandı" – deyib uzaqlaşır... Mən tanıdığım Vahid Əziz, Siz, isə hər iki ictimai-siyasi quruluşda elə Vahid Əziz olaraq da qaldınız... Bəlkə də elə ona görə də bu gün Tanrının ən əziz bəndəsisiniz... Heç şübhəsiz ki, Tanrının Sizə bəxş etdiyi bu ali-insani xüsusiyyət mənəvi dünyanıza hakim kəsilərək, möhtəşəm sənətinizdə – bədii yaradıcılığınızda öz ecazkar təzahürünü tapmışdır. Mənəvi varlığına Yaradanımızın ali-insanlıq lütfü hopmuş ləziz qardaşım! Təbii ki, mənim Sizin haqqınızda olan hiss və duyğularımı bir təbrik məktubuna sığışdırmaq sözsüz ki, mümkünsüzdür. Lakin sağlıq olsun, Tanrım imkan versə, yəqin ki, bu duyğularım nə vaxtsa bir "esse povest"ə çevriləcəkdir. * O ki qaldı yaradıcılığınız haqqında olan düşüncələrimə... hə.... bax, buna söz verə bilmərəm... Ona görə ki, bunu mən öz ampulamda görə bilmirəm... Yəni mürəkkəbi qurumamış şeirlərinizin ikilikdə etdiyimiz təhlili zamanı söylədiyim fikirləri çox bəyənsəniz də... bu qeyri-adi möhtəşəm yaradıcılığınızın təhlili üçün düşünürəm ki, yetərli ola bilməz... Çünki mən özümü o qüdrətdə görmürəm... Yəni mən fitrətən anlayıram... və qəti əminəm ki, Sizin yaradıcılığınızı bütövlükdə təhlil edib dəyərləndirmək üçün ədəbiyyatşünaslığa, dilşünaslığa, musiqişünaslığa, təbiətşünaslığa, dinşünaslığa, tarixşünaslığa, siyasətşünaslığa bütövlükdə isə fəlsəfənin bütün şaxələrinə mükəmməl bələd olan, çox qiymətli əsərlərinizi ən yüksək səviyyədə təhlil etməyi bacaran və bu bacarıqlarını bütövlükdə öz idrakında cəmləşdirib birləşdirə bilən, təxminən orta əsrlərin elm adamlarına xas bir təfəkkür sahibi elm insanı – akademik gərəkdir... Əminəm ki, buna görə məni üzrlü sayacaqsınız...

Əgər xatırlayırsınızsa, Siz darıxanda, bəziləri Sizə kəskin olmağı söyləyərdilər (bilərəkdən, ya annamazlıqdan, ya da ürəyi yananlıqdan, demək çətindir...). Onda mən Sizə səbrli olmağı təklif edərək, deyərdim ki, Allah səbirli olanların yanında olar... Sonra da "Qurani-Kərim"in surəsindən bir ayə söyləyərdim: "Allah hər şeyi ölçü ilə yaratmışdır. Onun rizası olmadan bir kimsə bu ölçüləri yarım saat o yana, yarım saat bu yana çəkə bilməz" – sonra da vaxt, zaman yetişəndə hər şey öz yerini tapacaqdır, deyərdim. Əziz qardaşım! Bu məktubu mən illər öncə yazmışdım. Lakin çap etdirməmişdim. Görünür, qismət işıqlı yubileyinizə imiş… Əlbəttə ki, Allah deyən oldu. Uzun illərdən bəri xalqımızın yüksək dəyərləndirdiyi yaradıcılığınızı Zəfərlər Sultanı, ölkə başçımız Cənab İlham Əliyev də gördü və layiqincə qiymətləndirdi. Sizi həm xalq şairi fəxri adı həm də özünün fərdi təqaüdü ilə mükafatlandırdı – şərəfləndirdi. Əminəm ki, Sizin ləyaqət və yaradıcılığınız dövlətimiz tərəfindən bundan sonra da şöhrətləndiriləcək. … Sağlam yaşayın, yaradın və daha da şöhrətlənin!.. Tanrı Sizi qorusun!.. Bütün uğurlarınıza sevinən və mübarək deyən:

Binnət HÜMBƏTOĞLU



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ