Bazar günü günü, 09 avqust 2026
     

“Bir qadın, bir ömür, bir səhnə” - Turan Etibaroğlu yazır...

Image


“Qadın olmaq özü bir sənətdir, səhnədə qadın olmaq isə ikiqat məsuliyyət.”
©Odri Hepbern (ingilis aktrisa)

Səhnə — işığın, nəfəsin və sükutun birləşdiyi yer. O işıq altında insan öz kimliyindən soyunur, başqasının dərisini geyinir, ruhuna başqa bir insanın taleyini hopdurur.

Sənubər İsgəndərli bu sehrli məkanın qadınıdır — hər dəfə səhnəyə çıxanda bir ömür yaşayır, bir qadın ölür, bir qadın doğulur.

O, həyatı ilə sənətini birləşdirən nadir aktrisalardandır. Hər rol onun özündən bir parça, hər tamaşa onun həyatının davamıdır. O, səhnədə oynamaq üçün yox, yaşamaq üçün oynayır.

Söhbət Azərbaycan səhnəsinin sevilən siması, Azərbaycan Respublikasının Əməkdar Artisti Sənubər İsgəndərlidən gedir.

O, 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.

1980-ci illərin sonlarından bəri o, həm teatrın, həm də ekranın tanınmış simalarından biridir. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Bu illər arasında o, həm səhnənin, həm də həyatın məktəbini oxuyub.

Bir qızı var Amma onun üçün ən böyük “övlad” səhnə olub – min qadının səsini, hissini, taleyini daşıdığı o səhnə.

Uşaqlığının ən dərin izləri anasızlıqdan başlayıb.

“Anamı itirəndə 13 yaşım tamam olmamışdı... Yeganə övladıydım. Özüm də çox ədalıydım. Anam nazımla oynayırdı. Anamdan sonra anladım ki, ana, ata, var-dövlət varsa, səndən yoxdur. Əgər bunlar yoxdursa, sənə başqa cür baxacaqlar.”

Bu cümlə təkcə bir xatirə deyil — onun bütün yaradıcılığının təməl fəlsəfəsidir.

Səhnədəki qadınlar niyə bu qədər yanğılıdır? Niyə hər dialoqda bir ağrı gizlənir?

Çünki o ağrının başlanğıcı bir qız uşağının içindəki itkidən gəlir.

Amma o, ağrını gücə çevirdi. Tənha bir qızdan, səhnənin güclü qadınına dönmək — bu, sadəcə istedadla deyil, dəmir iradə ilə mümkündür.

O, bir dəfə demişdi:

“İnstitutda diplom xətrinə daxil olmuşdum, amma bitirəndə artıq iki filmdə, iki televiziya tamaşasında çəkilmişdim. Akademik Dram Teatrında işləyirdim. Yəni artıq mənim rollarım var idi. Ailə öz yerində, amma diplom lazımdır, karyera qurmaq lazımdır. Hər qadın öz ayaqları üstündə durmalıdır. Bunu həmişə düşünürdüm.”

Bu “öz ayaqları üstündə durmaq” düşüncəsi onun sənətinin və şəxsiyyətinin əsas dayağı oldu.

Sənubər İsgəndərli 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil oldu.

Bu illərdə teatrda yeni nəfəs, yeni ruh yaranırdı. O isə bu ruhun qadın siması idi.

O, səhnədə Həlimə xanım (“Qətl günü”), Tamara (“Dadaşbala əməliyyatı”), Leyli (“Leyli və Məcnun”), Fərizə (“Şəhidlər”), Bahar, Tomris, Müğənni qız, Yelena, Aqrippina və daha neçə obrazla tamaşaçının yaddaşına həkk olundu.

Onun qadınları məğlub deyildi — onlar sınırdı, amma sınmadıqlarını göstərmək üçün susurdu.

1997-ci ildən etibarən Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyətini davam etdirən aktrisa burada öz sənətinin ikinci nəfəsini tapdı.

Siyan Şi, İcraçı, Burla Xatun, Nisə xanım, Ulduz, Aysel, Gertruda, Firəngiz, Nora, Klara, Falçı, Həcər, Sərvinaz bəyim – hər biri qadın təbiətinin bir tərəfini, bir yarasını, bir ümidini daşıyır.

O, səhnədə nakam Fərizə idi, qonşusu Dadaşbala ilə sevgisini yaşayan Tamara idi, dillərə dastan Leyli idi, ailəsi ilə türməyə düşən Tomris idi, Teymurun sevimlisi Nisə idi, sevgisinə qovuşmayan Firəngiz idi.

Hətta Falçılıq belə etdi, Burla Xatun oldu, Generalın məşuqəsi oldu, 21:15 qatarına bilet alıb yol gözlədi, milyonçu Klara olub adam ölümünə bais oldu, xaricdə həkimlik edib dəli sağaltmağa gəldi, Kəbirlinski kimi fərsiz aktyorla evləndi.

Dəyişdi, çox dəyişdi… amma səhnədə dəyişdi.

Həyatda isə eyni sima qaldı – səmimi, dürüst, sadə və öz sözünün arxasında dayanan qadın.

Sənubər İsgəndərli yalnız teatr səhnəsində yox, ekran qarşısında da öz sözünü dedi.

O, kamera üçün “oynamırdı”, sadəcə yaşayırdı. Onun baxışı kadrın içində bir sükut yaradır, sükutun içində isə tamaşaçı ağlayırdı.

“Kişi sözü”ndə Solmaz, “Fəryad”da İsmayılın arvadı, “Şahid qız”da Rəna, “Hökmdarın taleyi”ndə Tubu xatun, “Ata ocağı”nda Zəminə, “Qayınana”da Afət xanım – bu obrazlar təkcə rollar deyil, Azərbaycan qadınının min bir üzüdür.

O, həm sərt qayınana, həm də qırılmış qadın ola bilir. Həm məğrur, həm kövrək, həm yanmış, həm bağışlayan.

Ekranda onun səsi titrəyəndə, insanın içi titrəyir.

Sənubər İsgəndərlinin sənəti dəfələrlə dövlət tərəfindən qiymətləndirilib.

2002-ci ildə o, “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.

2012, 2019, 2020, 2021, 2023, 2024 və 2025-ci illərdə Prezident Mükafatı ilə təltif olunub.

2016-cı ildə “İlin işgüzar xanımı”, “Qızıl Dərviş” və “Sənətkar” medalı kimi nüfuzlu mükafatlar da onun sənət ömrünə yazılıb.

Amma o, heç vaxt bu təltifləri “qalxan” kimi qaldırmadı.

O, hər dəfə eyni təmkinlə, eyni sadəliklə dedi:

“Ən böyük mükafat tamaşaçının alqışıdır.”

65 il – bir qadının səhnə salnaməsi

Bu gün Sənubər İsgəndərli 65 yaşını qeyd edir.

Amma o, illəri yaşlanmaqla deyil, rol oynamaqla ölçür.

Hər rol bir il, hər tamaşa bir ömür kimi yadda qalır.

O, səhnədə dəyişdi, obrazlar dəyişdi, zaman dəyişdi — amma o, dəyişmədi.

Çünki onun siması bir simadır – sənətin və qadınlığın siması.

Səhnədə ağlayan, həyatda gülən, rollarda ölən, amma həyatda yaşayan bir qadın…

Bu, Sənubər İsgəndərlidir.

Bu 65 il təkcə bir sənətkarın yubileyi deyil, həm də Azərbaycan teatrının yaddaşında silinməz imzadır.

Onun adı səhnə tarixi ilə bərabər çəkilir, çünki o, bu səhnənin övladıdır – işıqdan, hissdən, sədaqətdən yoğrulmuş qadın.

Bəzən səhnədə onun oyununa baxanda unudursan ki, qarşındakı aktrisadır. Elə bil o, səhnəni deyil, səhnə onu oynayır.

O, tamaşaçı ilə bir ruh bağ qurur – baxışla, sükutla, tənəffüslə.

Hər çıxışında sanki səhnə bir az daha istilənir.

Bu yazı – təkcə bir sənətkarın yubileyinə ithaf deyil.

Bu yazı – bir qadının həyatla, səhnə ilə, zamanla savaşının hekayəsidir.

Və bu hekayənin adı Sənubər İsgəndərlidir.

65 yaşınız mübarək, Sənubər xanım.

Səhnə sizi sevir. Tamaşaçı sizi sevir. Və ən əsası – sənət sizi heç vaxt unutmayacaq.

Turan Etibaroğlu



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

08.08.2026 / 21:20
İsrail İrana hücum etməyə hazırlaşır…

08.08.2026 / 20:53
Xocavənddə buldozer minaya düşdü - YENİLƏNDİ

08.08.2026 / 20:37
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb

08.08.2026 / 19:57
İrandan PUA ilə Füzuliyə keçirilən narkotiki satmaq üçün Bakıya gətirənlər Sabunçuda yaxalandı - VİDEO

08.08.2026 / 19:42
“Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu və TRIPP layihəsinə start verdi” - ABŞ dövlət katibi

08.08.2026 / 19:35
Prezident sülh gündəliyinə töhfələrinə görə Trampa minnətdarlığını bildirdi

08.08.2026 / 19:28
Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirdi

08.08.2026 / 19:20
Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

08.08.2026 / 18:57
"Tramp Azərbaycan və Ermənistan arasında sülhü təmin edib" - Rubio

08.08.2026 / 18:23
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoffdan 8 avqust paylaşımı...

08.08.2026 / 17:22
Hörmüzdə BƏƏ tankeri vuruldu - Əbu-Dabi İranı günahlandırdı…

08.08.2026 / 16:55
“Ermənistan "Rusiyaya qarşı qoç" kimi əhəmiyyətini itirən kimi Qərb onlara arxa çevirəcək” - Medvedev

08.08.2026 / 16:25
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla...

08.08.2026 / 16:08
Ukrayna dronları Rusiyada daha iki neft emalı zavoduna hücum etdi…

08.08.2026 / 15:41
Ukrayna ABŞ-a söz verdi - Qara dənizdə Qazaxıstan tankerlərinə hücum edilməyəcək…

08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…

08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı" - VİDEO

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - VİDEO

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür - Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ