şənbə günü, 21 noyabr 2026
     

Dumandakı dua — Çinarə Ömray yazır...

Image


Kəndimizdən çıxanda 6 yaşım vardı, məktəbə getməyə hazırlaşırdım. Bir çantam, bir məktəb paltarım, bir də dəftərlərim. Saymağı da bilirdim, hər gecə evimizin üstündən uçuşan mərmiləri sayaraq öyrənmişdim. Gecə olanda işıqları söndürürdük ki, ermənilər görüb nişan almasınlar. Amma bu həm də əyləncəli idi. Çünki göydə uçuşan mərmilər daha aydın görünürdü. Mən sayırdım: bir, iki, üç, beş... Nənəm: "Beş yox, üşdən sonra dörd gəlir, qızım". Belə-belə saymağı öyrənmişdim... Səhəri ağlaşma səsinə açırdıq, kiminsə evi vurulmuş olurdu. Sonra bir səhər ən təzə paltarımı (məktəb paltarımı) geyindim, çantamı götürdüm, bütün kəndin qadınları və uşaqları ilə birgə böyük sarı bir avtobusa mindik. Mamamdan soruşdum: hara gedirik? Dedi, məktəbə, özü də şəhər məktəbinə. Sevincimin həddi-hüdudu yox idi. Amma məndən başqa hamı ağlayır, deyinirdi. Bunlar yaşadıqlarımın qısa, həm də çoox qısa təsviridir. Sonra başladı şəhərli günlərimiz. Nənəm də, babam da, elə kəndimizin bütün nənə-babaları da öyrəşə, alışa bilmirdilər bu şəhərli günlərə. Hərdən evimizdə yaxşı bir yemək bişəndə (nadirən yaxşı yemək bişərdi, çünki bir külfət adam idik, yemək çatdırmaqmı olardı?) nənəm deyirdi ki, görən Suya nə bişirib? Ya da bir aş dəmləyəndə evdən kimsə deyirdi ki, Gülzar xalanın aşının qoxusu gəldi. Biz kəndimizi - Müskanlını Sumqayıtda köhnə fabrikin uçuq-sökük həyətində sığındığımız o pəncərəsiz evdə hər gün yaşadırdıq. Hərdən Hüseyn baba gəlirdi bizə. Kənddə qapı qonşusu olmuşuq. Onda "google" nə idi, bilmirdim, amma indi olsa, deyərdim, Hüseyn baba canlı "google" idi. Onun zəkası, yaddaşı, məlumat bazası, bilgisi sadəcə heyrətamiz idi. Hüseyn babanın bizə gəlişi mənimçün toy-bayram olurdu. Uşaq idik, amma onların söhbətinin enerjisindən doymaq bilmirdik. İndi düşünürəm ki, bir evdə qalmamaq üçün ana övladla düşmən olur, gəlin ərindən boşanır, qardaş qardaşı öldürür. Amma biz qaçqın düşəndə ana nənəmgil Qəndab nənəylə bir evdə qalırdılar. Həm də bu, illərcə belə davam etdi. Bildiyiniz bir evdə, ayrı-ayrı otaqlarda. Mən elə bilirdim ki, nənəmlə Qəndab nənə bacıdırlar. Elə rahat onların otaqlarına keçir, orda yeyib-içib evə gəlirdim ki… Heç bir qohumluq bağı, qan bağı bu qədər doğmalaşdıra bilməzdi adamı. Onların sirləri də, süfrələri də, istəkləri də, məqsədləri də bir idi. Şəhərdəki insanların bir-birinə ögey, laqeyid münasibətlərini gördükcə öz kökümə, öz kəndimə daha çox dönüb kilidlənirdim. Mənim üçün ən böyük and Mirsədi babanın ocağıydı, ən böyük dərd vətən dərdi, ən müqəddəs yer kəndimiz idi. Çünki nənəm bizə bunu aşılamışdı. Nənəmin bütün xatirələrinə şərik çıxmışdıq. O gün olmazdı ki, evimizdə kənddən söz düşməsin. Biz hər süfrə başına yığışanda kənddən söz düşər, bir anlıq da olsa xəyallarımız bizi ot basmış yollarla, Sumqayıtdan daha-daha uzağa, doğmalarımızın ruhlarının ziyarət yerilərinə çevrilən, boş qalmış yurdumuza, sahibsiz bağlara, bağçalara aparırdı. İllər sürətlə geçirdi, babalarımız, nənələrimiz "vətən" deyə-deyə dünyalarını dəyişdilər. Və bizə görə böyük möcüzə gerçək oldu artıq - Qubadlı azaddır! Hər şey sürətlə dəyişirdi. Adamlar ölür, onları yeniləri əvəz edir, evlər sökülür, yerində yüniləri tikilir, şəhərlər görüntüsünü, çaylar axarını, dövlətlər konstitusiyalarını, ölkələr ərazi bütövlüyünü dəyişdirirdi. Bu kainatda bircə dəyişməyən bizim kəndin adamları idi. Baba, nənə mirasına, sevgisinə sadiq qalan kəndimin adamları. Bir qrupumuz var: "Müskanlıdan gələnlər" . Əlində silah, qolunda güc, ürəyində süvgisi ilə düşmənlə döyüşən, ona meydan oxuyan o cavan oğlanlar indi babalarımızı əvəz edir, ağsaqqallıq edirlər Müsganlıdan gələnlərə. Babalarımız, nənələrimiz o sevgini elə qoruyub saxlayıblar ki, elə böyük bir mərhəmətlə özlərindən sonrakılara ötürüblər ki, onlar da artıq o sevginin daşıyıcılarına çevrilib və həmin missiyanı, o vətən sevgisini, doğma yurda bağlılığı ürəklərində qoruyub saxlayaraq bu günə gətirə biliblər. Necə ki, qədimdə insanlar odu qoruyub saxlayar, onun sönməməsi üçün yanında dayanardılar ki, o alovu gələcək nəsillərə ötürə bilsinlər – bizim ağsaqqallarımız, ağbirçəklərimiz, Qubadlıdan, el-obadan köçən o qoca nənə-babalarımız da eyni qaydada o sevgini, o müqəddəs missiyanı qoruyub saxlayıblar. Ümid edirəm ki, bu günün nəsli də eyni inamla, eyni sevgi ilə o doğmalığı, kəndimizin ab-havasını, o ruhu qoruyub saxlayacaq və gələcək nəsillərə ötürə biləcək. Qubadlıya gedirik... İçimdəki həyəcanın, sevincin yaşı çox böyükdü, hardasa 70-i keçər. Yol boyu maşında anamgilin xatirələri fonunda düşünürəm: "Nənəm olsa, nə deyərdi", "babam bu günü görsə, necə sevinərdi". Görülən ilk iş qəbiristanlığı təmizləmək oldu. Bəlkə də kənardan baxan üçün bu, sadəcə ot biçmək, daş düzəltmək, torpağı silib-süpürmək idi. Əslində bu adamlar o gün torpağın yaddaşını silir yox, oyadırdı. Onlar orda torpağa qarışmış adların tozunu deyil, yaddaşımızın üstünü örtən illərin tozunu silirdi. Qəbiristanlıq — üç mərtəbə kimi idi: biri keçmişin səsi, biri bu günün nəfəsi, biri gələcəyin duası. Kəndimin kişiləri o məzar daşlarını silərkən, elə bil hər daşın altından bir nəfəs qalxırdı — "unutmayın bizi" deyən bir səs. Əslində, bəlkə də məhz buna görə bu işdən başladılar. Çünki bir yeri yenidən qurmaq üçün əvvəlcə orada uyuyanları oyatmaq, onların ruhunu sakitləşdirmək lazımdır. O ruh sakit olmadan, o torpaq da dirilmir. Bu gün o qəbiristanlığı təmizləməyimiz – keçmişlə barışmaq, soykökə salam vermək, torpağın ruhuna hörmətlə baş əymək idi. Bu, bərpanın ilk mərhələsi idi — ev tikməkdən, yol çəkməkdən öncə xatirələri diriltmək mərhələsi. Bəlkə də o gün, o qəbiristanlıqda biz yalnız torpağı deyil, özümüzü də təmizləyirdik. Çünki hər oraq vuruşunda bir xatirə oyandı, hər toz dumanında bir dua qalxdı. O dua bu torpağın üstündə yenidən kök atdı. Və mən anladım: bəzən bərpa bir daşdan deyil, bir sevgidən başlayır. O sevgi – keçmişlə gələcək arasında körpü kimi – bu torpağın ruhunu yaşadan ən müqəddəs tikilidir. Bu kənd həm də Eldar Baxışı Azərbaycana bəxş etmiş o böyük ürəkli, şair ruhlu kənddir. Sizi sevirəm kəndimin adamları!

Çinarə Ömray yazıçı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ