Bazar günü günü, 06 sentyabr 2026
     

GİZLİ KAMAL – İkinci hissə

Image


Birinci hissəni buradan oxuya bilərsiniz –

Onu deyirdim, axı, dərinlik... Qara-qışqırığın, parazit gündəmin içində əlinə qədimliklə müasirliyin elmləşdiyi kitab düşür. Ayrı bir pəncərə, ayrı ekran;

Keçən yazıda Kamal bəyin kosmik dolanbaclarından yazmışdım. Xaosdan kosmosa, bəzən də kosmosdan xaosa get-gəllərlə xoşbəxt olduğunu düşünürəm. O, eyni mövzunu həm öldürücü istehza ilə yaza bilər, həm də çox ciddi dramatikləşdirə. Elə - Gizli “Dədə Qorqud” kitabında da öydüyü Oğuz bəylərini kitabın Dədə Qorqud hissəsində bir cümlə ilə alt-üst edib. Ora gələcəyik...

Hələlik, Kamalın dərinliklə əlləşməsindən danışaq. Nədir?

Kantsayağı yanaşsaq, dərinliyi iki cür görmək olar - hisslərlə, ağılla. Məntiq elminə görə bir doğru bir yalanla birləşirsə cavab yalan olur. Sual yaranır, niyə yalan doğrunu aparır, doğru yalanı yox? Bu, yalanın qələbəsi deyilmi? Cavabım var. Doğru elə bir ciddi qavramdır ki, ona yalan qarışanda korlanır. Doğrunun içində yalan ola bilməz. Mövzunun içində sənin öz, mənim öz doğrum ola bilər, amma yalan yox.

Dastanın özündə hardansa islami detalların peyda olması doğruya yalan qatmaq kimidir. Məsələn, ağacın təsvirində: “Ağac, Ağac deyirəmsə çəkinmə, Ağac. Məkkə ilə Mədinənin qapısı ağac”. Bu, sonradan əlavə kimi görünür. Mətnə yalan qatır, sadəcə mətnin doğrusu elə güclüdür ki, iti göz bu əlavə qatqını görə bilir. Yaxud da “Qazan xan alnını yerə qoydu, iki rükət namaz qıldı, adı gözəl Məhəmmədi yada saldı”.

Bunu təkcə mən demirəm, alimlərin arasında əlavəni görənlər var. Elə Kamal bəy də öz kitabının bir neçə yerində başqa mövzuyla bağlı bunu qeyd edib. “Ordun üstünə kim qorsan” – bölümündə deyir: “Əl gəzdirmə”ni görməmək mümkün deyil.

Dədə Qorqud dastanı başdan-başa türk dili, türk gündəliyidi. Oğuz xanları, bəyləri şərab içir, onların bir qadını var. Ama hardansa belə bir cümlə qarşımıza çıxır. “Bəylər namaz qıldılar”.

Bu eposda bircə ərəb adında bəy yoxdur, amma mətndə anidən Həsən və Hüseyn adı peyda olur.

Bir də qadın... Beyrəyin atası necə bir qızla evlənmək istədiyini soruşduqda o deyir: Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o durmuş olsun, mən qaracıq atıma minmədən o minmiş olsun. Mən döyüşə getmədən o mənə baş gətirmiş olsun. Atası Baybura xan cavab verir: Oğul, sən qız yox, özünə silahdaş istəyirsən.

Qanturalının evlənmə səbəbi də Beyrəklə eynidir. Kamal Qanturalını Parislə tutuşdurub, fərqlərini isə belə yazır: “Parisdən fərqi budur ki, Paris üstünlüyü gözəlliyə, Qanturalı isə hünərə, şücaətə verir”.

Sevgini – o çiçək duyğusunu da unutmur: “Məhz Yelena Troya müharibəsinin əsl mifoloji səbəbkarına çevrilir. Yəqin ki, bunun ictimai-siyasi əsası da var. Amma bu gün də məhəbbət alovunda qovrulan hər adam üçün Troya müharibəsinin səbəbkarı Yelenadır. Sevgi yolunda müharibə aparmağa dəyər”.

“Dədə Qorqud qadını” Xatundu. (Khatun, katın, qadın... Şahzadə anlamında, Katun yüksək qatda olan, kraliça - A. Ə) Yaşmaqlıdı, hicablı deyil. Kişisinin həyatında tək qadındı. Onunla döyüşmədən, onunla at yarışdırmadan könül vermir. Bütün bəşəriyyətin qız övladlarını öldürdüyü vaxtlarda Dədə Qorqud dastanında Baybicən bəy qız atası olmağı arzulayır. Bəylərdən qızı olması üçün alqış etmələrini istəyir. Bəylər də edirlər.

“Ol zaman bəylərin alqışı alqış, qarğışı qarğış idi”. Bəyliyin ucaldığı yerə baxsanıza. Necə bir bəy olmalısan ki, Tanrı sənin sözünü, alqışını ciddiyə alsın. Sözün söz, əməlin əməl...

Kamal da deyir:
“Oğuz cəmiyyətinə üzv olmağın əsas şərtlərindən biri sözə ehtiram və itaətdir. Sözlə qeyri-ciddi, istədiyin kimi davranmaq, onu havaya atmaq, boş-boşuna işlətmək, nəhayət Yalana tapınmaq Söz tərəfindən, deməli, Mif tərəfindən bağışlanmır”.

Kamal bəy Tanrıya Mif deyir. Onun Mifi - var olmayan deyil, olub gözəgörünməyən Mifdir. Var, həm də yoxdur. Bilinir, görünmür. Dədə Qorqudun tənhalığı kimi...

Mənim üçün Kamal Abdullanın kitabının tac məqamı bu bölümdür: Qorqudun tənhalığı. Onu belə anıb: “Hərdən gələsən, istəyəndə çıxıb gedəsən. Yenə yox olasan. Havada əriyəsən. Gözdən könüldən itəsən. Hörmətin də qalar, sözünün kəsəri də. Hətta səndən bir də gördün qorxmağa başladılar. Elə bunda deyilmi ən ağır, kədərli həqiqət? Gedər-gəlməz yollara (Təpəgözlə danışığa) Dədə Qorqudu zor, yaxud qılıqla göndərən həşəmətli Oğuz bəyləri onu yenidən sağ-salim görməkdən həqiqətənmi məmnunluq duydular? Söyüşə, hədyana düçar olduğu zaman (Dəli Qacaq tərəfindən) bundan həzz alanlar olmadımı?”

Bayaq dediyim bəyləri alt-üst etmə məqamı budur. Onları öyür-öyür və birdən də "saxtasız" deyir. Yenə də xaosla kosmos arasında gedib gəlir, gəlib gedir. Həm də mənə elə gəldi ki, o, bu yerləri kövrələ-kövrələ yazıb. Kitabın Everesti isə Dədə Qorqud tənhalığını açdığı hissədi: “Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər. Kim deyər ki, tənhalıq ona yaraşmadı? İntihar etməyi arzuladımı, arzulamadımı? Bəlkə intihar edənlər zaman-zaman dirilir, Allahın onlara bağışladığı ömrü tamamlamağa çalışırlar? Heç kim deyə bilməz ki, tənhalıq ona yaraşmadı. Heç kim deyə bilməz...”

Buradakı Tənha Dədə Qorqud elə Gizli Dədə Qorquddu – mənə görə. Qorqud atanın gizli tərəfi onun yalqızlığıdı – Kamala görə. Bu sətirlərin dərinliyindən mənə də onun özü - yalqız tərəfi boylandı - Gizli Kamal...

Aysel Əlizadə



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

06.09.2026 / 11:22
İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan gəmiləri vurmaqla hədələdi...

06.09.2026 / 11:04
Trampın elçilərinin Moskva danışıqlarının bəzi detalları açıqlandı...

06.09.2026 / 10:23
Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

06.09.2026 / 10:11
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - YENİLƏNDİ

06.09.2026 / 09:36
İran ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisini vurdu…

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi – birini vursanız üçünü vuracağıq…

05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…

05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi - Kiyevə hücumlar təxirə salındı…

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

04.09.2026 / 15:10
Prezident İsveçrə və Niderlanda yeni səfirlər təyin etdi

04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu - Qarabağla bağlı təhriflərə etiraz olundu

04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu - Naxçıvanda

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ