Cümə axşamı günü, 01 oktyabr 2026
     

GİZLİ KAMAL

Image


Bir müəllif ardıcıl olaraq hansısa mövzuda yazırsa onun bir planı vardır. Kamalın Dədə Qorqudu tez-tez o biri dünyada narahat etməsinin səbəbi də öz planları ilə bağlıdı. Dədəm Qorqud yerini rahatlayır ki, Kamalın mənlə işi bitdi, müəllif gecə yatdığı yerdə birdən dik atılır, “yox e, Təpəgözün niyə üç yox, dörd yox, bir gözü var?!”

Kamal bəy bir müəllif kimi labirintdədi. Elə buna görə də kitablarının birinin adını Labirint qoyub. Davamlı labirintdə... Və mənə elə gəlir ki, onun heç bu labirintdən çıxmaq fikri də yoxdu. Bir gün o bu labirintdən çıxsa, sudan atılmış balıq kimi olar. Kamal öz labirintində okeanda akula kimidir. Kamal Abdulla cəncəl yazıçısıdı. Ona həmişə bir cəncəl lazımdı, bir düyün lazımdı, Kamal kubik-rubik yığır. Hərləyib-fırlayıb kvadratları rənginə görə yan yana düzür, yenidən pozub yığmağa başlayır. Kamala düzənli mətnlər maraqlı deyil. Ona görə də bu düzənsizliyi bəzən özü yaradır, düzənsizliyə girir, pozur düzəldir, pozur düzəldir. Labirint sevməsi Dədə Qorqud dastanı ilə əlləşməsinin tək səbəbi deyil. Onu bu dastanla bayaq dediyim yazıçı planı da uğraşdırır. Kamal bir plan yazır. Öz yazdığı dillə desək, onun ifadə planı – (aşkar qatı) Dədə Qorqud dastanını bir alim kimi araşdırmasıdır. Mahiyyət planı – (gizli qatı) isə maarifçi planı, yazıçı, aydın narahatlığı - Gizli Kamaldır.
Gizli Kamal düşünür: Nə olacaq? Mənəvi sistemimiz nədən ibarətdir, onu necə yaradaq, o varmı? Özü də cavab verir: Var! Və bu, Dədə Qoqud dastanıdır. “Gizli Dədə Qorqud - Yeni mənalar axtarışında” kitabında yazır: “Dastan Oğuz cəmiyyətinin varlığını göstərən, onun yaşam normalarını bədiişəşdirib öz içində qoruyub saxlayan və bu gün bizə təqdim edən əsl həyat pasportudur”.
Dədə Qorqud bizim mənəvi məktəbimizdi. Kamal Abdulla israrla mədəniyyətimizi xarici kəşfiyyatdan qurtarmağa çalışır. Yad mədəniyyətlərdən qorumaqla məşğul olur. O, bu mesajı verir: Bizim qutsalımız Dədə Qorqud dastanıdır; Dədə Qorqudda hər şey yazılıb. Bu kitab bizim Qorqudi-Kərimimizdi. Buna görə də hər detalını incələyir, hər personajı açdıqca açır. Mənəvi dəyərlərimizin keçmişini açıb-tökməyə çalışır. Mədəni cəmiyyət mifoloji irsini araşdıran, oradakı kodları görən cəmiyyətdir. Buna görə də alim araşdırır: Niyə Təpəgöz Təpəgözdür, mif bizə nə demək istəyir, Tək göz nəyi simvolizə edir?
Və biz bu nəticəyə gəlirik. Dünyaya tək gözlə baxan varlıq təhlükəlidir.
Şekspir deyib ki, Qədim yunan mifologiyasını bilməyən adamdan yazıçı olmaz. Bu mənada Kamal Abdullanın qədim türk dastanını ələk-vələk etməsi, dastanı yunan mifləri ilə tutuşdurması Şekspirin baxışı ilə onu bəşəri yazıçıya çevirir. Kamal dastanı təkcə mifik və ya ədəbi müstəvidə çözələmir. Təkcə ədəbiyyat elminin predmeti saymır. Böyük alimimiz Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq” kitabında biz əli qopuzlu Dədə Qorqudu riyaziyyat elminin ənginliklərində tapırıq. Fəlsəfədə, sosiologiyada, məntiq elmində dolaş-dolaş görürük. Burada da biz onun xaosa olan sevgisinin daha doğrusu, anlayışının ifadəsini oxuyuruq. Nədir qeyri-səlislik? Bir az da xaos deyilmi? Bəlkə də xaosdan kosmosa yoldur...
Kamal bəy milli-mədəni kodlar yaradır. Dədə Qorqudu aktual saxlamasının əsas səbəbi də budur. O, bu dastanda kef edir. Bu mövzu həm milli gələcək, mənəvi məktəb sistemi yaratmaq üçün ona hava-su kimi lazımdı, həm də yazıçı labirintini doya-doya gəzmək üçün. Özünü bu dastanın içinə bir dolaşıq kimi salır və orada ləzzətlə geninə-boluna “dolaş”-ır. Kamal xaosu sevir, xaos olmayanda onu yaradır və o xaosdan kosmosa yol cızır. Kitabının “Xaos – Kosmos binar oppozisiyası” bölümündə xaosa olan amansız ehtirası duyulur. Kamal qədim şair Orfeyin dili ilə “Qorxulu boşluq” dediyi xaosu həm də bütün düzənlərin təməli sayır. Xaos olmasa, düzəni necə yaradarıq? Onun sualı budur. Kamil insan xaosun içindən doğruları tapıb yerinə qoyandır. O, xaosu öymür, “xaos dağıldı, kosmos yarandı” deyir. Demək, xaos varsa, düzənə gedən yoldayıq. Demək, xaosdan kosmos yaranması elmi hadisədir. Tanrısal bir məziyyətdir. Ol! - əmridir. Oldurmaq, - bax budur insanın bütün təbiət canlılarından fərqi. Problemin əlində giriftar qalmaq deyil, məsələni yoluna qoymağa çalışmaq, ağıl işlətməkdir insan cəmiyyətinin işi. Kamal yazır: “Cəmiyyət üzvünün potensialı imkan verir ki, o, dərinə inkişaf etsin”. Dərinə inkişaf! Əlbəttə, əksi də olur. Dayaza inkişaf edənlər... Amma Kamal dərinə inkişafa yol qazır. (Birinci yazının sonu)
PS. Bu il Gizli Kamalın yubileyidir.

AYSEL ƏLİZADƏ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ