Cümə axşamı günü, 01 oktyabr 2026
     

Vatikan Apostol Kitabxanasında Azərbaycanın nələri yatır?...

Image


Rizvan Hüseynov: “Orda həqiqətən də Azərbaycan dövlətlərinə aid çox mühüm sənədlər, yazışmalar, əlyazmalar, kitablar, dövlət sənədləri toplanıb”

Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb. Sənədin məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılmasını təmin etməkdir.

1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Zəngin fonduna nadir əlyazmalar, inkunabullar, qədim xəritələr və müxtəlif dillərdə dəyərli nəşrlər daxil olan bu kitabxana yalnız ixtisaslaşmış tədqiqatçılar üçün açıqdır. Vatikan Apostol Arxivi isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq müstəqil qurum kimi formalaşıb. Burada Müqəddəs Taxt-Tacın əsrlər boyu apardığı diplomatik yazışmalar, papaların fərmanları, inzibati qeydiyyatlar və digər rəsmi sənədlər qorunur. Arxiv bu gün dünya üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi mənbələrdən biri kimi tanınır.

Apostol Kitabxanasında Azərbaycana aid nələr var?

Bilirik ki, Vatikanda Azərbaycan aid xeyli sayda tarix, ədəbiyyat, mədəniyyət incilərimiz var. Düzdür, onların əslini götürüb Azərbaycana gətirmək mümkün deyil, ən azından surətlərinin əldə edilməsi mümkündür? Bu əməkdaşlıq onların axtarış prosesinə nə qədər müsbət təsir edə bilər? Bu axtarış bizi prosesə nə qədər yaxınlaşdıra bilər?

Bilirik ki, “Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi mövcuddur. Bundan başqa, orda bizə aid xeyli əlyazmanın olduğu məlumdur. Görək orda bizə aid nə var?

Məlumata görə, kitabxananın tərkib hissəsi olan Vatikan Məxfi Arxivi XVII əsrin əvvəllərində kitabxanadan ayrılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlayıb. Arxivdə 150 min nüsxə mövcuddur. 2012-ci ildə Vatikanın Məxfi Arxivində saxlanılan Azərbaycana aid sənədlərin surəti ölkəmizə təqdim olunub. Respublikamıza gətirilən sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Roma papalarına yazdıqları və onlara göndərilmiş cavab məktublarından, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatlarından ibarətdir. Bir neçə il bundan əvvəlki məlumatda qeyd edilirdi ki, ümumilikdə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunub. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən çox nadir əlyazmalardır. Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri vardır.

Bir neçə il əvvəl AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru mərhum Fərid Urxan oğlu Ələkbərli Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətdə (2011-2014) olub. Ezamiyyətlərin məqsədi Vatikan Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi.

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin tapşırığı ilə aparılmış araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni və sair dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Aşkar edilmiş sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar var. Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.

Vatikan Apostol Kitabxanasında da araşdırmalar aparılıb. Orada 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunub. Bunun nəticəsində, həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə aşkar edilib. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır. Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi və b.) eyni zamanda indiyədək adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri vardır.

Vatikana son ezamiyyət müddətində (2013-2014) Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələri aşkar edilib. XV-XVIII əsrləri əhatə edən bu coğrafi xəritələrinin əhəmiyyəti ondan ibarətdir ki, həmin xəritələr qədimdə və orta əsrlər zamanı “Azərbaycan” adlı ölkənin mövcudluğunu təsdiq edir, “Azərbaycan”, “Qarabağ”, “Midiya”, “Şirvan” və “Arran” kimi coğrafi ərazilərin sərhədlərini müəyyən edir. Burada, erməni alimlərinin uydurmalarına rəğmən, Bakı, Şamaxı, Gəncə, Təbriz, Qəbələ, Qarabağ, İrəvan və Qars şəhərinə qədər uzanan ərazi Azərbaycan torpaqları kimi göstərilir. Bəzi xəritələrdə Xəzər dənizi “Bakı Dənizi” kimi qeyd olunur.

2013-2014-cü illərdə Vatikan Apostol Kitabxanasında araşdırmalar davam etdirilib. Bu zaman anadilli (türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verilib. İlk dəfə olaraq 100-dən çox bu vaxta qədər qeydə alınmamış və təsvir olunmamış türkdilli, o cümlədən azərbaycandilli orta əsr əlyazması aşkar olunub, onlar ilkin tədqiq və təsvir edilib.

Aşkar olunmuş əlyazmaların arasında nəzm və nəsr əsərləri, Azərbaycan tarixini işıqlandıran, Eldənizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və sair Azərbaycan dövlətlərinin tarixindən xəbər verən əlyazmalar vardır. Aşkar olunmuş əlyazmaların kataloqunun hazırlanması üzrə Vatikan Apostol Kitabxanası ilə əməkdaşlıq qurulub və kataloqlar üçün məlumat toplanıb…

Vatikan Apostol kitabxanasının Azərbaycan Əlyazmaları Kataloqu və Vatikan Apostol kitabxanasında aşkar edilən yeni türkdilli əlyazmaların kataloqu.

Tədqiqatlar zamanı aşkar edilmiş Azərbaycan əlyazmalarının rəqəmləşdirilməsini təmin etmək üçün bu əlyazmaların siyahısı tərtib edilərək Heydər Əliyev Fonduna və Vatikan Apostol Kitabxanasının müdiriyyətinə təqdim edilib. Əlyazmaların yüksək keyfiyyətli rəqəmsal surətlərinin hazırlanması onların gələcək nəsillər üçün qorunub saxlanmasına daha böyük zəmanət yaradır. Heydər Əliyev Fondunun tapşırığı ilə Azərbaycan əlyazmalarının yüksək keyfiyyətli rəqəmsal surətləri artıq Vatikan tərəfindən hazırlanıb.

Aşkar olunmuş Azərbaycan əlyazmalarının Vatikan tərəfindən bərpa olunması üçün Heydər Əliyev Fondu tərəfindən danışıqlar aparılıb, razılıq əldə edilib, maliyyə ayrılıb və əlyazmalar artıq bərpa olunub.

Mətbuatdan əldə etdiyimiz bu məlumatlar kifayət qədər maraqlıdır və gərəklidir. Bunlar, əlbəttə, yeni əməkdaşlıq çərçivəsində daha geniş şəkildə araşdıracaq.

“O xəritələr ki, orda Azərbaycan ərazisi, əhalisi haqqında çox dəyərli məlumatlar var”

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanla Vatikan arasında belə bir sənədin imzalanması təqdirəlayiq haldır. “Vatikan Kitabxanası, Vatikan arxivi ilə xüsusi olaraq əməkdaşlıq etmək lazımdır. Orda həqiqətən də regionumuza, Azərbaycan dövlətlərinə, orta əsr dövlətçiliyimizə, başqa ölkələrlə münasibətlərimizə aid çox mühüm sənədlər, yazışmalar, əlyazmalar, kitablar, dövlət sənədləri toplanıb. Sözsüz ki, araşdırmalar aparılmalıdır. Amma bunun üçün yerli elmi potensialımız olmalıdır. Müqayisə edək. Biz Qazaxıstandan olan alimlərlə sıx əməkdaşlıq edirik. Hansılar ki, 25-30 ilə yaxındır həm Vatikan, həm başqa Avropa və Amerika kitabxanaları, arxiv mərkəzləri ilə əməkdaşlıq edirlər. Qazaxıstan təcrübəsindən görsənir ki, bu məsələyə strukturlaşmış münasibət var. Akademik səviyyədə xüsusi qruplar yaradılıb, Qazaxıstan alimləri qrant əsasında bu işləri görürlər. Vatikanda və digər ölkələrdəki kitabxanalarda, arxivlərdə işləmək üçün yunan, latın, Avropa dilləri və sair kimi orta əsr dillərini bilmək lazımdır. Həm də konteksti bilmək tələb olunur. Yəni həmin dövr tarixçisi bütün hadisələri bilməlidir. Adamın yanında tərcüməçi olmaqla iş bitmir. O, sənədlərdən anlamalıdır ki, hansı yerlər bizə vacibdir, hansı yox. Əfsuslar olsun ki, mən Elmlər Akademiyasında bu sahədə ciddi iş görüldüyünü görmürəm. Vaxtilə yaxşı mütəxəssisimiz var idi - Fərid Ələkbərli. Allah rəhmət eləsin, o, Vatikanda çox dərin araşdırmalar apardı, xeyli sayda sənədlər gətirdi. Amma o sənədlərin emalı, üzərində işləməyi və son nəticəni hələ ki görməmişik. Fərid müəllim dünyasını dəyişdi. Yəni strukturlu bir iş olsaydı, əvvəldən bu işə tam ciddi yanaşma olsaydı çox gözəl olardı. Çox vacib məsələdir. İlkin olaraq məsləhət görərdim ki, bizə ən yaxın ölkələrdən biri olan Qazaxıstan təcrübəsindən istifadə edilsin. Qazaxıstandan mütəxəssislər Azərbaycana gəlib öz təcrübələrini bölüşsəydilər yaxşı olardı. Çünki bizim regionla bağlı araşdırmanın bir hissəsini onlar aparıblar. Əsasən də xəritələrlə bağlı. Orta əsrə aid 1400-ə yaxın xəritə toplayıblar. O xəritələr ki, orda Azərbaycan ərazisi, əhalisi haqqında çox dəyərli məlumatlar var. Bu arxiv sənədlərinin, xəritələrin böyük bir qismi elə Vatikandan gətirilib. Biz sadəcə bu işlə məşğul olan Qazaxıstan alimləri ilə əməkdaşlıq edib həm təcrübə, həm iş baxımından irəli gedə bilərik”.

R.Hüseynov ümid edir ki, bu məsələyə xüsusi diqqət ayrılacaq və bu sahədə təcrübəsi olan alimlərlə işləmək işimizi daha rahat edəcək. Ekspert hesab edir ki, bu işdə biz Qazaxıstan alimlərinin təcrübəsindən istifadə edib daha irəliyə gedə bilərik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ