Cümə axşamı günü, 01 oktyabr 2026
     

İftixar Piriyev - 65...

Image


Teatr, kino, mədəniyyət adamı olmaq sözün həqiqi mənasında çətindir, bunun üçün, təbii ki, insanda fitri istedad olmalıdır. Fitri istedadı cilalamağa görə isə sevgi, təmənnasız istək, əzmkarlıq və fədakarlıq, dayanmadan işləmək, zəhmətlərə qatlaşmaq lazımdır. Haqqında danışacağımız tanınmış sənətkar, teatr, kino, söz adamı fitri istedadının, Tanrının ona bəxş etdiyi bu keyfiyyətin işığında hədəflərinə çatıb, məqsədinə nail olub, sadə dildə desək, arzularına qovuşub.

Bəlkə də heç ağlına gəlməzdi ki, bir gün xəyallarında canlandırdığı teatrın içində olacaq, obrazlar yaradacaq, tamaşa qoyacaq, filmlərdə oynayacaq, özü ssenari yazacaq, qələmindən çıxan əsərlər səhnənin, kinonun, ədəbiyyatın malı olacaq, seviləcək, qəbul olunacaq. Amma bir gün bunlar gerçək oldu. İnsan zəhmət çəkirsə mütləq bir gün onun bəhrəsini görür. İftixar Piriyev Azərbaycan teatr sənətində özünəməxsus yeri, çəkisi olan sənətkardır. İ.Piriyev 25 ildir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur. Fədakarlıqla böyük ənənələri olan bu teatra rəhbərlik edir. İrəvan Teatrının xalqımız üçün dəyəri çox yüksəkdir və bu teatrın yaşamasında, inkişafında teatrın fədakar kollektivinin də, onlara rəhbərlik edən İ.Piriyevin də böyük əməyi var.

Teart səhnəsində öz sözünü deyən İ.Piriyevin saysız rolları içində bir obraz da var ki, o, ona aktyor kimi böyük şöhrət gətirdi. Bu da İrəvan Teatrının hazırladığı “Xilaskar” tamaşasında İftixar Piriyevin Heydər Əliyevin obrazını yaratmasıdır.

Tamaşa və İftixar Piriyevin yaratdığı obraz barədə tanınmış dramaturq-yazıçı Əli Əmirli belə yazır: “... İrəvan teatrının monumental üslubda hazırlanmış tamaşasında isə Heydər Əliyevin möhtəşəm obrazını teatrın direktoru, istedadlı aktyor və dramaturq İftixar Piriyev mükəmməl yaradır. Təsadüfi deyil ki, uzun illərdir "Xilaskar" İrəvan teatrının vizit kartına çevrilib. Tamaşa, demək olar ki, Azərbaycanın bütün bölgələrində böyük uğurla nümayiş etdirilib. İrəvan teatrının kollektivi məhz "Xilaskar"la bir neçə xarici ölkədə qastrol səfərlərində olmuşdur...”

Fikrimizcə, bu, İftixar Piriyevin öz rolunun öhdəsindən yüksək səviyyədə gəlməsinə, Heydər Əliyevin obrazını parlaq şəkildə təcəssüm etdirməsinə verilən qiymətdir. Hesab edirik ki, onun bu ifası tarixdə özünə yer alacaq bir örnək kimi yaşayacaq.

İftixar müəllim haqda həmişə yazmaq maraqlıdır, çünki o, hər zaman yeniliklərlə sənət aləmində öz sözünü deyə bilir. Ola bilsin, özünü, gördüyü işləri, tamaşalarını, rollarını, əsərlərini o qədər reklam etmir, amma bununla belə, gördüyü işlər göz özündən çəkilmir, hər şey tamaşaçının, oxucunun diqqətindədir.

Çağdaş Azərbaycan mədəniyyətinin tanınmış simalarından biri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, teatr və kino aktyoru, teatr rejissoru və ssenarist İftixar Piriyevin 65 yaşı tamam olur.

İftixar Fərhad oğlu Piriyev 7 sentyabr 1960-cı ildə ildə Gürcüstan Respublikasının Qaraçöp mahalının (Saqareco rayonu) Düzəyrəm kəndində anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M.A.Əliyev, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub.

İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirib. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Burada o, müxtəlif səpkili və xarakterli 30-dan çox obraz yaradıb.

İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir.

O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış edib, "Ozan" folklor toplusunun aparıcısı olub.

İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaradıb, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərib. O, çoxşaxəli fəaliyyət növü ilə məşğul olan həmin teatrın nəzdində yaratdığı "Dastan" turizm şirkətinə də rəhbərlik edib. O, AMEA-nın dissertantıdır. "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş" adlı şerlər kitabının, H. Əliyevə həsr olunmuş "Böyük Turanın Himni" himn-poemasının, "Ucal", "Könüllərə dolan nur" şeirlərinin, "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı" pyeslərinin müəllifidir. "Dan yeri söküləndə" pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının müştərək layihəsi əsasında tamaşaya hazırlanıb.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunub, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin edilib.

İ. Piriyev 2000-ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunub.

16 oktyabr 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif olunub.

9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.

İ.Piriyevin yaradıcılığı, rolları, tamaşaları, xidmətləri barədə daha çox danışmaq olar. Çünki onun yaradıcılığı çoxşaxəlidir, şairliyi, yazıçılığı, aktyorluğu, rejissorluğu və sair hamıya məlumdur. Vətənpərvər ziyalı olduğunu hər kəs bilir. Daşıdığı missiya çox böyükdür, məsuliyyətlidir, müqəddəsdir. Ona da şübhə etmirik ki, günlərin birində, heç də uzaq olmayan bir zamanda İ.Piriyevin rəhbərliyi ilə İrəvan Teatrının doğma İrəvanda - ana ocağında söndürülən çırağı bir daha yanacaq, bir daha bu müqəddəs məbədin səhnəsində tamaşalar qoyulacaq, zalı alqış səsi bürüyəcək…

65 illik yubileyini qeyd edən hörmətli sənətkarımız İftixar Piriyevi təbrik edirik və ona yeni yaradıcılıq uğurları, cansağlığı arzulayırıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ