Böyük Britaniyada daha çox Rusiya prezidenti Vladimir Putinin qatı “təbliğatçısı” kimi tanınan, daima separatizmə olan açıq “rəğbəti” ilə seçilən Anna Netrebkoya qarşı açıq məktub dərc olunub. Sənədi Böyük Britaniya parlamentinin üzvləri, həmçinin Ukrayna xarici işlər nazirinin birinci müavini və Yeni Zelandiyanın keçmiş baş naziri imzalayıblar. Məktub The Guardian tərəfindən 14 avqust 2025-ci ildə dərc edilib. Məktubu imzalayanlar israr edirlər ki, Kral Opera və Balet Teatrı, Kovent Qarden, Ukraynada Rusiya tərəfindən başladılan və hazırda davam edən ədalətsiz müharibə ilə əlaqədar rus soprano Anna Netrebkonun dəvətini ləğv etməlidir. Kral Opera və Balet Teatrı Anna Netrebkonu Puççininin "Toska" (sentyabr-oktyabr 2025) və Turandot (dekabr-fevral) operalarında baş rolları ifa etmək üçün dəvət edib.
SİTAT: “Kral Operası həlledici seçim qarşısındadır: status və məsuliyyət, mənfəət və dəyərlər arasında, susqunluq və vicdan arasında. Biz sizi həmişə olduğu kimi, sənətin və tarixin etik tərəfində qalmağa çağırırıq”.
Mətləb