Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Athaatdı- Yunus Oğuz yazır
Tarix: 29.08.2025 / 13:37
Bölmə: Mədəniyyət
Felyeton Gəncliyimdə bədahətən meyxana deməyim də vardı. Məhəllədə yığışırdıq, iki-üç nəfərə də ipucu verirdik. İpucunun iki sətri hələ də yadımda qalıb. Məncə belə idi: Athaatdı, gəlib atıb vurdular, Əcəb deyib kəlləmizi qırdılar. Hə, "at" sözü çoxşaxəlidir, dərin çalarları var. Məsələn, at heyvan cinsi, güllə atmaq, bıçaq atmaq, çoxmaq -selbələmək, yəni onu atmaq, vıyıldatmaq. Bir də var at sözündən yaranan "atmaq", yəni kəf gələn, atanşik, dolandırıcı, başını və ailəsini dolandıran. Bu barədə yaxşı atalar misallarımız da var. Bu atalar misalları da həmişə ya ikibaşlı, ya da çoxbaşlı olur. Məsələn dovşana qaç deyir, tazıya (it növü) tut. Buradan nə nəticə çıxır? Sözü deyən adam bu yazıq heyvanların hər ikisinə atır. Tazı dovşanı tuta bilməsə sözü deyən adam dovşanın yanında genələcək ki, bəs, gördün, səni itin ağzından necə qurtardım?! Hələ bir itin də üstünə bütün hirsin, pasın tökəcək ki, ə qurumsaq, bir dənə dovşanı da tuta bilmirsənsə, səni niyə yedizdirirəm? İt bu adamın yanında gözükölgəli olacaqdı, sahibini görən kimi quyruğunu qısıb gözdən uzaq bir yer axtaracaq. Yox, əgər tazı dovşanı tutub sahibinin ayaqları altına atanda adam gəriləcək, genələcək, ətrafdakılarına da deyəcək ki, görürsən, vəziyyətdən baş çıxartmaq hər oğulun işi deyil, e... Başqa bir atalar misalı: "Dovşanı araba ilə tutur". Bu da atmağın bir növü. Burada üçüncü tərəf də var. Arabanı müsadirə etmək üçün arabaçıya deyir ki, get dovşanı araba ilə tut. O da gedib tutur. Hə, əsl həngamə bundan sonra başlayır. Üçüncü şəxs arabaçını çəkir haqqı divana, bəs bizim qanunlara görə dovşanı araba ilə tutmaq olmaz. Bu həm də imzaladığımız beynəlxalq konvensiyaya ziddir. Odur ki, arabanı müsadirə edirik. Arabaçı yalvar-yaxar edir ki, ayə qıvlasız, uşaqlarımı bu araba ilə dolandırıram, nə müsadirə. Üçüncü şəxs baş barmağını yuxarı qaldırıb deyir "sən öl" mənlik deyil, oralıqdır. Atan belə olar..e..e.. Bu müsadirədən o yuxarıların heç xəbəri də olmur, əgər səsi çıxmasa. Görürsən atan belə olar, həm yuxarılara atır, həm də aşağılara. Dünyada da athaatdır. Putin Ukraynaya atır (bombalayır), Trampa atmaq istəyir. Ukrayna Rusiyanın neft infrastrukturlarına atır (dağıdır). İzrail Qəzzaya, İrana, Suriyaya atır. Tramp da hamıya atır (hədə gəlir). Hə, bu məmləkətdə də atan atanındır, hətta bunun şiddətləndirmə dərəcəsi var, "athaat". Tuthatut olur, athaat niyə olmasın? O gün biri məndən soruşur: -Mirzə, bu necə olur? Birinin aylıq maaşı dörd yüz manatdır, amma ayda min beş yüz manat xərcləyir. Arvadı da işləmir, iki uşağı da azyaşlıdır. Cavab verdim ki, təkcə sən deyilsən buna təəccüblənən. Bütün dünya məmləkətin belə "savadlı" hərəkətinə mat-heyran qalıb. Hamı o min yüz manatı axtarır ki, bəs bu vəsait nəyin hesabına formalaşır. Hə, indi mən sizə deyim haradan formalaşır. Hamı bir-birinə atır, bir sözlə athaatdı. Süpürgəçidən tutmuş ta "vicdanlı" məmurlara qədər. Deyəcəksən süpürgəçi də atır? Bəs nə bilmişdiniz?! O gün qəzet almağa gedəndə görürəm ki, o nimdaşı çıxmış süpürgə ilə zir-zibili bir mağazanın qapısı ağzına itələyir. Barmağımı dişləyib, dedim ki, aha, mağaza sahibi bunun aylığını verməyib. Uzağı deyəcək ki, küləyin burulğanı bütün bunları sənin qapına yığıb. Yadıma bir əhvalat düşdü. İkimininci illərin əvvəlində ABŞ səfirliyi ərazisini genişləndirmək üçün ətrafdakı binaların mənzillərini şəhər icra hakimiyyəti vasitəsilə satın alırdı. Bir gün redaksiyaya yaşlı bir kişi gəldi ki, bəs Hacıbala müəllim mənzilimin pulunu vermir. Mirzə, bunu yaz, yazdım. Bir aydan sonra gəldi ki, Mirzə, sən yazdın, pulumun bir hissəsini aldım yenə. Baxdım ki, bu kişi məni qazlamaq istəyir. Dedim ki, get ver məhkəməyə, səfirin qəbulunda ol. İndi baxın, o vaxtdan bəri şəhərin müxtəlif hissələrində söküntülər olub, nə qədər adama atıblar. Elə mənim özümə də atıblar. Mirzəağa Əliyevdə evim söküləndə mansardımın pulunu vermədi Hacıbala müəllim. Daş atıb başın tutdu ki, olmaz. Başını daşın altına tuta-tuta mənə atdı. Böyük "atanşik"lərdən biri də toy mərasimidir. Gedib şadlıq evində toyun keçirilməsini müəyyən qiymətə danışırsan. Sarayın sahibi şərt qoyur; toydan sonra saraydan heç bir ərzaq apara bilməzsən. Niyə, a kişi, bu ərzağın pulunu verməmişəm, niyə apara bilmirəm? Sənə nə var bu ərzağı hara göndərəcəm? Bəlkə yetimləri sevindirəcəm bu ərzaqlarla. Yox, adamın üzünə dururlar ki, olmaz. Xoruzun quyruğu burada görünür. Qalan ərzağı növbəti toyun ərzaq siyahısına salır. Hələ mən demirəm, zirzəmilərdə istehsal edilən araqlar, müxtəlif içkiləri xarici mal adı ilə necə sırıyırlar. Hara baxırsan, AQTA? Hara lazımdır, ora da baxır. Ağrımayan başına yaş dəsmal niyə qoysun? Ən böyük "atanşik"lərdən biri də marketlərdir. Market sahibləri üçün Allah ölüb. Nə Allahları var, nə dinləri var, nə də imanları. Baxın, mənim cibimdə on manat pul var. Girirəm marketə on manatlıq ərzaq götürürəm. Bilirəm ki, ƏDV (əlavə dəyər vergisi), yəni on səkkiz faiz bu qiymətin içindədir. Yaxınlaşıram kassaya, kassir deyir ki, on bir manat səksən qəpik. Niyəsini, soruşanda cavab verir ki, on səkkiz faiz ƏDV. Bah atonan, sən demə bunlar alıcıdan ərzağın qiymətinin otuz altı faizini çığırda-çığırda alırlar. Elə ərzaq var ki, topdansatışda iki manata aldığı bir nəsnənin üstünə yüz əlli faiz qiymət artırır, yəni beş manata satır. Odur ki, camaat küçə ticarətinə daha çox üstünlük verir. Çek verməsələr də, bir manatın üstünə ƏDV gəlmirlər. Bu marketlər var ha, adamı göz görə-görə soyurlar. Gedirsən "Ramazan" çörəyi almağa, çəkisi 360-390 qram, qiyməti bir manat on qəpik. Hardasa bir kilosu üç manat otuz qəpik. Tarif Şurası bəs deyirdi ki, çörəyin qiymətini qaldırmaq olmaz. Bu qiymətə beş yarım "zavod" çörəyi almaq olar. Deməli "Ramazan" çörəyinin bir tonu, üç min üç yüz edir. Vay dədə, vay! Qaz vurub, qazan doldurmaq buna deyərlər, e.., cınqırını da çıxarda bilmirsən. Cınqırını çıxartmamaq üçün elə bil marketlərin hamısına "atanşik" duası yazıblar. Qaz demişkən, orada borulara elə hava vururlar ki, sən özündən çıxarsan, hava borudan çıxmır. Dörd saat gözləyirsən ki, sözün əsl mənasında bu zəhrimar qaz boruya nə vaxt dolacaq? Bu MTK-lardan heç danışmağa dəyməz. Pay sahiblərinə elə atırlar ki, əlin üzündə qalır. Elə oyunlardan çıxırlar ki, adam deyir bu nə oyundur düşmüşəm. Nazirlər Kabinetinin təsdiq etdiyi "Mənzil Məcəlləsi" onlar üçün tuneldən keçən qatara bənzəyir. Uzun fit verib tunelə girir. Ordada qaranlıq, zülmət. Paravoz işıqlarını yandırmasa elə bilirsən ki, sonsuzluğun içindəsən. MTK pay sahiblərinə yeriyən pul qabı kimi baxırlar. Nə isə MTK-lar atmaq üzrə rekord qırdıqlarına görə, onlardan ayrıca yazmaq lazımdır. Bu it-pişiyin idarəsi var, hə onu deyirəm. O idarə itlərə, pişiklərə atır. Şəhər doludur küçə itlərilə, pişiklərilə. İt kimisə qapır, pisiklər bit-birəni küçələrə doldurur. Hətta bəzi insanların bu küçə heyvanlarına yazıqları gəldiyi üçün onları yemləyirlər də. Daşdan səs çıxır, bu idarədən səs çıxmır. Onlarda şəffaf heç yoxdur. Bir dəfə mətbuata çıxıb demirlər ki, bu işləri gördük. Daha küçə itləri üstünüzə tullanmayacaq, sizi qapmayacaq. Əvəzində pul silmək üçün sovetlərdən qalan "pripiska"ları köhlən ata mindirib "Cıdır" düzündə cövlan edirlər. Kücələri işıqlandıran idarə küçə işıqlarına atır. Banklar müştərilərinə, müştəri də krediti ödəyə bilmədiyi üçün qaçıb gizlətməklə banka atır. Bulvar İdarəsi dənizə atır, sonra da gedib "Ağ şəhər"də altı-yeddi mənzil alır. Kənd təsərrüfatına su yönəldən idarə sahibkara göz-qaş eləyir ki, cibimi doldurmasan susuz qalacaqsan. Liftlərin tros idarəsi trosa atır. Hansını deyim? Bir sözlə athaatdı. Sən də deyirsən ki, dörd yüz manat maaş alan adam, necə min beş yüz xərcləyir? Hə, di bəsdir. Yazını bitirim, durum görüm mən də kimə atıram. 29.08.25
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
Tarix: 25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ:
YADDAŞIN İKİ MƏDƏNİ FORMASI
Tarix: 25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...
Tarix: 24.09.2026 / 15:59
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
Tarix: 23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...
Tarix: 23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin -
FOTOLAR
Tarix: 22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi”
- MÜSAHİBƏ
Tarix: 22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”
Tarix: 22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ