Bazar günü günü, 04 oktyabr 2026
     

Qara dənizin təbiət və mədəniyyət mərkəzi - Giresun

Image


Türkiyənin Qara dəniz bölgəsində yerləşən Giresun şəhəri son illərdə həm daxili, həm də xarici turistlərin diqqətini cəlb edən unikal təbiət və mədəniyyət məkanına çevrilmişdir. Dağların ətəyində salınan yaylaları, mavi bayraqlı çimərlikləri, qədim qalaları və zəngin tarixi ilə Giresun, həm yay, həm də qış turizmi üçün böyük imkanlara sahibdir.

Giresun Türkiyənin şimal-şərqində, Trabzon şəhərindən təxminən 175 kilometr qərbdə yerləşir. Qara dəniz sahilində yerləşən şəhər Giresun vilayətinin mərkəzidir və 2024-cü ilin rəsmi statistik məlumatlarına əsasən əhalisi təxminən 147,682 nəfər təşkil edir. Bu şəhər həm tarixi mirası, həm də müasir turizm infrastrukturuna görə bölgənin inkişaf edən mərkəzlərindən biridir.

Giresunun tarixi eramızdan əvvəl 2000-ci ilə qədər uzanır. Antik dövrdə şəhərin adı yunan dilində Kerasunta (Κερασούντα) və ya Cerasus kimi tanınırdı. Bu ad “buynuzvari yarımada” mənasını verən “keras” sözündən götürülüb. Şəhərin ətrafı uzun müddət boyunca Kaşka, Kolx (Laz), Fars və Roma kimi fərqli imperiyalar və tayfalar tərəfindən idarə olunmuşdur.

Eramızdan əvvəl VII əsrdə Miletli yunan kolonistləri tərəfindən Kolxida ölkəsinin bir hissəsi kimi salınan şəhər eramızdan əvvəl VI əsrdə Fars İmperiyası, daha sonra isə Makedoniyalı İskəndər tərəfindən fəth edilmiş, ardınca Pontus Krallığı və Roma İmperiyası tərəfindən idarə olunmuşdur.

Giresun Roma dövründə o qədər əhəmiyyətli idi ki, öz adına sikkə zərb etmə hüququ əldə etmişdi. 1397-ci ildə Əmiroğlu Süleyman bəy və Pir Kadem Çakır bəy tərəfindən fəth edilən şəhər 1461-ci ildə isə Osmanlı İmperiyasının nəzarətinə keçmişdir.

Giresun həm iqtisadi, həm də mədəni baxımdan Türkiyənin əhəmiyyətli şəhərlərindən biridir. Şəhərin iqtisadiyyatının əsas dayaqlarından biri fındıqçılıqdır. Dünyada fındıq istehsalının 73%-ni təmin edən Türkiyənin ən məhsuldar fındıq bölgəsi məhz Giresundur. Bu səbəbdən də şəhər “fındıq paytaxtı” adlandırılır. Eyni zamanda, gilasın (kirazın) vətəni olaraq tanınan Giresun bu meyvənin dünyaya yayılmasında mühüm rol oynamışdır.

Son illərdə Giresun daxili və xarici turistlərin böyük marağına səbəb olmuşdur. Giresun Mədəniyyət və Turizm Müdirliyinin verdiyi məlumata əsasən, 2024-cü ildə şəhərə təxminən 570 min turist səfər edib. Onlardan təxminən 400 mini yerli, 170 mini isə xarici turist olmuşdur. 2025-ci ilin ilik 6 ayında turist sayında təxminən 12% artım müşahidə olunur.

Bu artım bölgədəki yayla turizmi, çimərlik turizmi və tarixi yerlərə olan marağın artması ilə izah olunur. Giresun Universitetinin Turizm və Otelçilik Fakültəsinin araşdırmasına əsasən, şəhərə səfər edən turistlərin 60%-i təbiət mənzərələrinə, 30%-i isə tarixi yerlərə maraq göstərir.

Giresun bir çox tarixi və təbiət abidələri ilə zəngindir. Aşağıdakı məkanlar şəhərin turizm xəritəsində önəmli yer tutur:

1. Giresun qalası

Tarixin yadigarı, yaşı bilinməyən Giresun qalası

E.ə. II əsrdə Pontus kralı I Farnekes tərəfindən inşa edilən bu qala Qara dənizə baxan möhtəşəm mənzərəsi ilə şəhərin simvollarından birinə çevrilib. Qalanın ətrafında Osmanlı dövrünə aid məqbərələr də mövcuddur.

2. Bulancak

Bulancak Adliyesi, adliyeler, Güzelyalı Mah., Liman Cad., No:2, Bulancak,  Giresun - Yandex Maps

Giresundan cəmi 17 km aralıda yerləşən bu rayon Paşakonağı yaylası, tarixi binaları və təmiz sahilləri ilə tanınır.

3. Tirebolu

Тиреболу — Википедия

Qara dəniz sahilində yerləşən bu bölgə Uzunkum, Beygir Kumu və Tirebolu çimərlikləri ilə məşhurdur. Qala və çimərliklər turistlərin diqqət mərkəzindədir.

4. Görele

Görele | Bilgi Merkezi > Güzergahlar > Görele | prenskale.com

Qara dənizin İncisi sayılan bu bölgə Sis Dağ Yaylası və Deliklitaş çimərliyi ilə tanınır. Dokuzgöz Milli Parkı da bölgənin əsas təbiət turizmi məkanlarındandır.

5. Espiye

Эспийе — Википеди

Andoz qalası, Kanun körpüsü kimi tarixi yerləri ilə tanınır. Mavi bayraqlı çimərlikləri və tarixi atmosferi ilə həm istirahət, həm də mədəni səyahət üçün ideal məkandır.

6. Şebinkarahisar

Şebinkarahisar - Vikipedi

Roma dövründən qalma qalası, Məryəm Ana Monastırı, Atatürk Evi və Muzeyi bu rayonu mədəni turizm üçün cazibədar edir.

Giresun təkcə Qara dəniz bölgəsinin deyil, bütün Türkiyənin unikal tarixi və təbii sərvətləri ilə zəngin şəhərlərindən biridir. Fındıq bağları, qədim qalalar, yayla festivalları, mavi bayraqlı çimərliklər və misilsiz qonaqpərvərliyi ilə bu şəhər tədqiqatçılar, turistlər və təbiətsevərlər üçün böyük maraq kəsb edir.

Tarixlə təbiətin qovuşduğu bu nadir şəhərə səyahət etmək, sanki zamanla bir yolçuluğa çıxmaqdır. Giresun — keçmişin izlərini daşıyan, gələcəyə inamla addımlayan bir cənnət məkanıdır.

SAMİRƏ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ