Cümə günü, 14 avqust 2026
     

Təbrizin məşhur Ərk teatrı və ya Şiri Xurşid teatrı mənfur molla rejiminin qəzəbinə tuş gəldi...

Image


Azərbaycan mədəniyyətinin beşiyi olan qədim Təbriz şəhərində insanlar hər zaman öz biliyi, fəhmi, ağıl və dərrakəsi ilə seçilib. İncəsənətin hər növü bu Azərbaycan-türk şəhərində inkişaf edib, yüksəlib. Təbrizdə də milli teatr olub, burada da Azərbaycan teatrı fəaliyyət göstərib, lakin molla rejiminin hakimiyyəti bərqərar olduqdan sonra milli teatrımız bağlanıb.

Heç şübhəsiz, Azərbaycanın digər yerlərində olduğu kimi, Cənubi Azərbaycanda da xalqımızın meydan teatrı ənənələrindən irəli gələn, qaynaqlanan meydan tamaşaları göstərilib.

Teatr sənəti ilə bağlı məqalələrdə qeyd edilir ki, 1909-cu ildə Şimali Azərbaycandan gedən aktyorların köməyi ilə Cənubi Azərbaycanda - Təbrizdə ilk teatr tamaşası göstərilib. Bu, böyük Azərbaycan aktyoru Sidqi Ruhullanın Təbrizə qastrolu zamanı baş verir. O yerli ziyalılarla və teatr həvəskarları ilə birgə bir neçə tamaşa hazırlayır. Məlumatlara görə, ilk tamaşa Hüseynqulu Sarabskinin “Cəhalət” əsəri olur. Bu əsər fransız katoliklərinin klubunda təqdim edilir. Daha sonra Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsəri tamaşaya qoyulur. Mənbələrə əsaslanan yazılarda qeyd edildiyinə görə, tamaşa “Bağ-meşə qapısı” adlanan məhəllədə yan-yana sıralanan dükanların üstündəki böyük otaqda oynanılır. Bundan əlavə, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Jan Batist Molyerin “Zorən təbib” əsərləri də tamaşaya qoyulur. Bu qastrollar tədricən öz nəticəsini verir. Təbrizdə yerli ziyalılar tərəfindən teatr sənətinə daha böyük maraq yaranır.
 1910-1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən İrana təşkil olunan qastrollarda əsasən Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və Nəriman Nərimanovun faciə və komediyaları, Sultanməcid Qənizadə, Mirmahmud Kazımovski, Hüseynqulu Sarabskinin kiçik həcmli ibrətamiz məzhəkələri və Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun opera və operettaları oynanılır. Bu barədə sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatr tarixi” kitabında dəyərli məlumatlar yer alıb.
Məlumatlara görə, 1920-ci ildə (bəzi mənbələrə 1916)  Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə Təbrizdə ilk teatr binası - “Xeyriyyə teatrı” tikilir. Bu teatrın səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaya (1 may 1921-ci il) qoyulur. Eyni zamanda Azərbaycan türklərinin təşəbbüsü ilə Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları səhnələşdirilir.

Məlumatlara görə, 1927-ci ildə (bəzi mənbələrdə 1928-ci il) Təbrizdə Təbriz Ərk teatrı və ya Şiri Xurşid teatrı yaradılır. Uzun illər fəaliyyət göstərən bu teatr fəaliyyəti molla rejimi hakimiyyətə gəldikdən sonra 1980-ci ildə dağıdılıb. 

Teatr binasının memarlığına diqqət çəkən tədqiqatçılar qeyd edirlər ki, bina 1927-ci ildə “Qırmızı şir” və “Günəş” cəmiyyəti tərəfindən tikilib başa çatır. Binanın memarı dəqiq bilinməsə belə, onun Qafqazdan gəldiyi ehtimal olunur, çünki teatrın binası Bakı və Tiflisdəki intibah dövrünün italiyan üslubunu və yüksək dekorativ interyerə malik alman rokoko üslubunu özündə birləşdirib. Teatrın açılışı 1927-ci ilin sentyabr ayında baş tutub. Əsas zalın uzunluğu 30 metr, eni isə 10 metr və 800 nəfərlik olub. Zalın ən vacib cəhəti isə mərtəbələr və binanın tavanında olan xüsusi akustikaya görə burada heç bir səsgücləndirici alətə ehtiyacın olmamasıdır. Zalın birinci cərgəsində oturan tamaşaçılar musiqini necə eşidirdilərsə sonuncu cərgədə oturanlar da elə eşidirmişlər.

Qeyd edilir ki, teatr binası Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasından sonra əsaslı şəkildə təmir edilib, pərdələri və çılçıraqları dəyişdirilib. 1946-cı ilin mart ayında teatr Təbriz Dövlət Teatrı adı ilə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin tamaşası ilə fəaliyyətə başlayır. 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökumətinin süqutundan sonra Təbriz Dövlət Teatrı dağıdıldı və fəaliyyəti dayandırıldı. Molla rejiminin bərqərar olmasından sonra isə teatr binası dağıdılır və yerində Cümə məscidi tikilir. 

Təbriz Ərk Teatrı barədə yazan tədqiqatçılar qeyd edir ki, 1930-cu ildə Bakı və Tiflis teatrlarında rejissorluq və aktyorluq edən Mirseyfəddin Kirmanşahlı İrana gəlir. Üç il ərzində Tehran və Təbrizdə müxtəlif teatr kollektivlərində rejissorluq edir. Təbriz teatrında peşəkarlıq səviyyəsinin formalaşması üçün səy göstərir. Rza Quluzadə Şərqli və Rza Vaizzadə bu teatrın inkişafında xüsusilə böyük zəhmət çəkirlər. Teatr dəstələrində Rza Şərqlinin “Mirzə Rza Kirmani”, “Cinayət”, “Börkün bəlası”, “Quqquluqu”, “Dəlilər yurdu”, “Pul, yoxsa xəyanət” (“Xəyanət və vəfa”), Rza Vaizzadənin “Cəhalət qurbanı”, “Tükənməz xəzinə”, Mirzə Cabbar Əsgərzadənin “Noi bəşər”, “Çadramın mühəssənatı”, “Müəllimlər həyatı”, Abdulla Fərivərin “Bəhram Çubinə”, Hilal Nasirinin “Mirzə Tağıxan Əmir Kəbir” pyesləri əsasında maraqlı tamaşalar hazırlanır.
Professor İlham Rəhimli “Azərbaycan teatr tarixi” kitabında yazır: “1941-ci ildə Təbrizdə ”Azərbaycan cəmiyyəti” qurulur. Eyni zamanda teatr truppası yaranır. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsi olur. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayır, bir neçə əsərə quruluş verir.  Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabrın əvvəlindən dekabradək Təbrizdə qastrol səfərində olur. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma yaradır. Az sonra ziyalıların cəm olduqları “Azərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə Təbrizdə “Azərbaycan aktyorları heyəti” yaradılır. Təbrizdə çıxan “Azərbaycan” qəzeti teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri bir yerə cəmləmək məqsədilə on bir nəfərdən ibarət müdiriyyət heyəti təyin edir. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün isə doqquz nəfərdən ibarət komissiya təşkil edilir...”
 Qeyd edilənə görə, 1940-1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəri “Fərhəng-e sinema”, “Honər”, “Şiri Xurşid” teatr binalarında tamaşalar göstəriblər. Repertuarda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, Üzeyir Hacıbəylinin operetta və operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub.
Qeyd edək ki, Təbriz teatrının ehtişamı Milli Hökumətlə bərabər ucalır və teatr həmin dövrdə intibahını yaşayır.    

Ana dilli teatrımızın inkişafına, daha peşəkar truppaya malik olması üçün milli hökumət əlindən gələni edir. Təbrizdə milli Azərbaycan teatrının yaradılması, fəaliyyəti insanların milli ruhunun daha da güclənməsində, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğində mühüm rol oynayırdı.

Milli Hökumət boğulduqdan sonra milli teatrımıza, dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə qarşı da ciddi təqiblər başlayıb. Bu, fars-molla rejiminin dövründə daha da pik həddə çatıb, teatrın binası yerli-dibli yoxa çıxarılıb.

Təbriz Ərk Teatrı Güney Azərbaycanda teatr sənətinin inkişafında mühüm rol oynadığı kimi teatr tariximizdə də ayrıca yerə malikdir... Zaman keçdikcə bu teatrın tarixi, fədakar sənətkarlarının həyatı araşdırılıb öyrəniləcək...

Maraqlıdır ki, fars rejimi soydaşlarımızın teatra olan sevgisini, peşəkar münasibətini söndürə bilməyib. Təbrizdə yenə də ana dilimizdə tamaşalar səhnələşdirilir və insanlar bu tamaşaları böyük maraqla qarşılayır.

Sənət ocağın hər zaman gur yansın, ulu Təbriz!

İradə SARIYEVA
P.S.
Məqalədə müxtəlif mənbələrdən istifadə olunub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ