çərşənbə günü, 07 oktyabr 2026
     

Təbriz miniatür məktəbi min illər ötdükcə təkmilləşir...

Image


Miniatür sənəti o qədər sehrlidir ki, hər cizgisi insanı özünə məftun edir. Əsrlərdir ki, insanlar bu möcüzənin təsirindən çıxa bilmir. Əlbəttə, miniatür sənətindən danışarkən yaddaşlarımızda ilk olaraq təbrizli rəssam Sultan Məhəmmədin adı işıqlanır...

XVI əsrdə yaşayıb-yaradan təbrizli rəssam Sultan Məhəmmədin yaratdığı Təbriz miniatür məktəbi Şərq incənətində xüsusi bir sənət hadisəsi, sənət yolu, cığırı kimi bilinməkdədir, bu uzun əsrlərdir ki, mövcud olan bir məktəbdir, tükənməz bir irsdir. Təbriz miniatür məktəbinin banisi, Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat, demək olar ki, yoxdur. Tədqiqatçılar qeyd edirlər ki, o, təqribən 1470-ci ildə anadan olub və XVI əsrin ortalarında vəfat edib. Rəssamın həyatı barədə əlavə bilgilərə gəlincə, bu haqda geniş danışmaq olmur.

Sultan Məhəmmədlə bağlı geniş söhbətə keçməmişdən əvvəl qeyd edək ki,  tədqiqatçılara görə, Azərbaycan miniatürü müsəlman Şərqinin incəsənət tarixində ən maraqlı səhifələrdən birini təşkil edir. Miniatür sənətinin ən qədim nümunələlərindən sayılan bir çox əsərlər Cənubi Azərbaycan şəhərlərində –Xoyda, Marağada, Təbrizdə yaradılıb, pərvəriş tapıb, oradan isə bütün Azərbaycana yayılıb və rəssamlara yeni sənət işığı yandırıb. Qeyd edilir ki, Azərbaycan miniatürünün ən qədim nümunələri – "Mənafi əl – Heyivan" (1298), "Cami – ət – Təvarix" (1307 və 1314-cü il nüsxələri) müsəlman Şərqində yeni bir məktəbin yaranmasını təsdiqləyir. Yalnız Təbriz məktəbinin deyil, ümumiyyətlə, bütün Şərq miniatür sənətinin "Şah əsərlərindən" sayılan Demott "Şahnamə"sinin (1330–1340) illüstrasiyaları, Avropa və ABŞ-ın ən məşhur muzey və şəxsi kolleksiyalarında saxlanılır. Bəli, bu gün bizim bu sənət incilərimiz dünya muzeylərini bəzəyir. 

Dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyan Sultan Məhəmmədə gəlincə, o Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi sarayının rəssamı olub.
Özbək hakimi Şeybani xanın məğlubiyyətindən sonra 1510-cu ildə Şah I İsmayılın qoşunları Herata girərkən oradan bir çox rəssamları özləri ilə Təbrizə gətiriblər. İngilis sənətşünası Bazil Qreyin yazdığı kimi, 1521-ci ildə böyük Behzad da görünür, Şah İsmayılın göstərişi ilə Heratdan buraya gəlir. İsfahan, Qəzvin və İranın digər iri şəhərlərindən gəlmiş ustalar da burada çalışırdılar. O zaman artıq Sultan Məhəmməd saraydakı bədii emalatxanaya rəhbərlik edirdi. O, saray kitabxanasının baş rəssamı və şahzadə Təhmasibin müəllimi idi.

Məlumatlara görə,
Londandakı Britaniya Muzeyində saxlanılan və Şah Təhmasib üçün məxsusi hazırlanmış Nizaminin "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir. Həmin nadir incinin qazandığı dünya şöhrətini Sultan Məhəmməddən başqa görkəmli Azərbaycan xəttatı Şah Mahmud Nişapuri, haqqında söz açdığımız emalatxananın miniatürçü rəssamlarından Ağa Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli və Müzəffər Əli də bölüşürlər.

XVI əsrdə yaranmış Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin çoxlu şagirdləri və ardıcılları da vardı. Onun "Ustad" deyə çağırılması da bununla bağlı idi. Sultan Məhəmmədin tələbələri arasında onun öz oğlanları Mirzəli bəy, Məhəmməd bəy, yaxın qohumu Mir Zeynalabdin, həmçinin Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və başqaları da vardı. Onların hər biri böyük sənətkar olmaqla yanaşı, Sultan Məhəmməd ənənələrinin davam etdirilməsində və Azərbaycan miniatür sənətinin gələcək inkişafında böyük xidmətlər göstərmiş, Təbriz məktəbinin ənənələrini bütün Şərqə yaymışdılar. Təkcə Türkiyə və Hindistana getmiş rəssamları xatırlamaqla bunu görmək mümkündür. 

Tədqiqatçıların sözlərinə görə, Sultan Məhəmməd yaradıcılığının görkəmli tədqiqatçısı K.Kərimov ustada həsr etdiyi əsərində orta əsr təzkirələrindən çətinliklə toplaya bildiyi məlumatları gətirir.

Onun müşahidəsinə görə, rəssamlar haqında bəhs olunan ən erkən mənbələrdən biri, 1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınmış “Halati-hunər-vəran” əsərində belə deyilir: “Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də şah (I Şah Təhmasib nəzərdə tutulur) həzrətlərinə həsr olunmuş ”Şahnamə"si çox gözəldir. Burada pələng dərisi geymiş adam elə inandırıcı təsvir olunub ki, pələng ürəyi yemiş ən ürəkli sənətkarlar belə, həmin əsərə həsədlə baxmış və ustadın qarşısında baş əymişlər".

Daha sonra K.Kərimov Qazi Əhməd adlı bir müəllifin 1596-1597-ci ildə qələmə alınmış “Gülüstani hünər dər halat-i xəttatan və nəqqaşan” adlı əsərindən aşağıdakı sətirləri yada salır: “Ustad Sultan Məhəmməd əslən paytaxt şəhəri Təbrizdəndir. Usta Behzadın Heratdan Iraqa gəldiyi vaxtda Ustad Sultan Məhəmməd şahın kitabxanasında işləyirdi. Məskəni behişt, yeri cənnət bağları olsun, usta Behzad dörd iqlimin bu Xosrovunun yanında məşğul oldu və onun cənnətə layiq sənətkarlığı rəssamlıq sahəsində bu səviyyəyə yüksəldi. Ustad Sultan Məhəmməd qızılbaşları hamıdan yaxşı təsvir edirdi. O, cənnətə də elə Təbriz şəhərindən köçdü”.

XVII əsrin əvvəllərində yaşamış görəmli tarixçi Isgəndər bəy Türkman Münşi şəhadət verir ki, “Əlahəzrət Şah Təhmasib ustad rəssam Sultan Məhəmmədin şagirdi olmuşdur” (Vikipedia).

Budaq Qəzvini (1530-1556) yazır ki, Şah Təhmasib üçün 1537-ci ildə məxsusi köçürülmüş “Şahnamə”nin məşhur əlyazma nüsxəsi üzərində dövrün ən tanınmış xəttat və miniatürçüləri düz 30 il işləmişdilər. Köçürülməsi və illüstrasiyası üçün 5-10, hətta 20-30 il lazım gələn əlyazmalar haqda başqa orta əsr müəlliflərinin də əsərlərində qeyd olunur. Beləliklə, Şah Təhmasibin vaxtında hazırlanan bəzi əlyazmalar üzərində iş hələ Şah Ismayılın vaxtında başlamışdı. Bu isə o deməkdir ki, həmin əlyazmalar üzərində iş Behzad Təbrizə gəlməmiş başlanıb.

Əlyazmalara çəkilmiş miniatürlərdən başqa Sultan Məhəmməd ayrı-ayrı vərəqlərdə bir sıra portret və süjetli kompozisiyalar da işləmişdir. “Ehtimal ki, bu dövrdə şahın emalatxanası yalnız əlyazma kitablarının hazırlanması ilə deyil, həm də saxsı və metaldan məmulatlar düzəltmək, xalçalar və ipək parçalar toxumaq işi ilə də məşğul olurdu.

Təbriz miniatür məktəbi barədə geniş tədqiqat aparan alimlərin, tədqiqatçıların fikirlərindən istifadə edərək Təbriz  miniatür məktəbi barədə kiçik mənzərə yaratmaq istədik. Məsələ burasındadır ki, uzun əsrlər əlyazmalara, kitablara, xalçalara, tikmələrə xüsusi gözəllik qatan miniatürlət uzun əsrlər keçməsinə baxmayaraq yenə də yaşayır. Bu qədim Azərbaycan sənətinin saysız nümayəndələri var. Bu gün həm güney, həm də qüzey Azərbaycanda onlarla xalçaçı rəssam bu inciləri yardır. Təbriz miniatür məktəbinin davamçıları hazırda yenə də bu unikal irsi davam etdirirlər. Müasir cənubi Azərbaycan rəssamları incəsənətimizin bu qədim növünü inkişaf etdirir, öz əsərlərində yaşadırlar. Təbii ki, hazırda miniatür sənətinin güclü təsiri xalçaçılıqda özünü daha çox ifadə edir. Bu gün Təbrizdə, Xoyda, Marağada, Miyanədə, Salmasda, Zəncanda, Ərdəbildə, daha neçə-neçə Cənubi Azərbaycan şəhərində miniatür sənətinin  davamçıları yaşayıb yaradır. Onlar xalqımızın bu qədim irsinə sahib çıxırlar. Bu Azərbaycan türkünün tarixi incənət irsidir və bu irsin də qorunmasına, sabaha ötürülməsinə ciddi ehtiyac var. Fikrimizcə, qədim kitabları, əlyazmaları, xalçaları, saray divarlarını, evləri bəzəyən bu miniatürlər daha neçə-neçə nəsillərə gedib çatacaq. Əlbəttə, tariximizin hər bir dövründə bu sənət inciləri könülləri işıqlandıracaq, gözləri oxşayacaq...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ