şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan dili azərbaycançılıq ideologiyasının əsas dayaqlarından biri kimi...

Image


Azərbaycançılıq ideologiyasının əsas dayaqlarından biri ana dilimizdir. Bu ideologiya zaman-zaman dilimiz vasitəsilə təbliğ olunub. Azərbaycan dili türk dilləri qrupuna aiddir və ən qədim dillərdən biri kimi mövcuddur. Bu gün dövlət qayğısı ilə tam əhatə olunan dilimiz uzun əsrlər uzunu formalaşıb.
Tədqiqatçılar yazır ki, Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsrlərdə baş verib, VII-VIII əsrlərdə başa çatıb. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetib. Tədqiqatçılar yazır ki, XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşıb. Tədqiqatçılar vurğulayır ki, XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapıb. Ədəbiyyatşünas və dilçilər yazır ki, şairlər fars və ərəb dilləri ilə yanaşı, bu dildə də əsərlər yazırdı.
Akademik Nizami Cəfərov "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" əsərində XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı, türk dilindən də istifadə olunduğunu göstərir.
Alimlər yazır ki, Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət dili idi. Tədqiqatçılar tanınmış rus alimi V.V.Bartoldun 1912-ci ildə yazdığı fikirlərə diqqət çəkir. Bartold yazırdı: "...Xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı".
Tədqiqatçılar qeyd edir ki, Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII (13-cü) əsrdən XVIII (18-ci) əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII (18-ci) əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir. Tədqiqatçılar Azərbaycan dilinin müxtəlif dövrlərdə inkişaf etdiyini qeyd edərək bildirir ki, Azərbaycan türkcəsi dövlət dili statusu aldıqdan sonra öz yerini daha da möhkəmləndirib.
Sirr deyil ki, müxtəlif zamanlarda ana dilimiz məhrumiyyətlərlə üzləşib, az qala məhvolma təhlükəsi ilə qarşılaşıb, amma dilimizi yaşadan xalqımızın məhəbbəti onu ölməyə qoymayıb. Azərbaycançılıq, vətənçilik ideyasını, məfkurəsini daşıyan şəxsiyyətlər ana dilimizi ayaqda saxlayıb. Tarixdən bəllidir ki, əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilib. Azərbaycan dili uzun müddət "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə "tatar dili", "Qafqaz tatarlarının dili" (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılıb, lakin heç bir vasitə ilə dilimizi sarsıtmaq mümkün olmayıb.
Tədqiqatçılar yazır ki, 1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. Tədqiqatçılar onu da qeyd edir ki, 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayır. Tarixdən bilirik ki, 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.
Tədqiqatçılar vurğulayır ki, 1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunan əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.
1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: "Azərbaycanın dövlət dili Azərbaycan dilidir".
Dil tarixçiləri qeyd edir ki, dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından, müxtəlif fikirlər özünü göstərir:
Azərbaycan dilidir;
Türk dilidir;
Azərbaycan türk dilidir;
Azərbaycan türkcəsidir;
Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.
Mərhum Prezident Heydər Əliyev çıxışlarından birində qeyd edirdi: "Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var... Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm... Taleyimiz belə gətirib ki, məsələn, bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyib, o birisilər də özlərinə tatar deyiblər. Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı -"russko-tatarskaya şkola". Mən bununla sadəcə demək istəyirəm ki, bizim taleyimiz belə olub. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək".
Azərbaycan dilinə qayğı, ana dilimizə yüksək səviyyədə status verilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Dil tarixçiləri yazır ki, o vaxt məsələnin ciddiliyini nəzərə alan Heydər Əliyev mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirib və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Tədqiqatçıların qeyd etdiyinə görə, həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədir. Buna səbəb isə iki müstəqil türk mənşəli dilin eyni bir adla adlandırılmasının özünü doğrultmamasıdır və təcrübədə onları ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi-Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir.
Tədqiqatçılar yazır ki, Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olur, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik" hisslərini qızışdırırlar. "Azərbaycan dili" adı artıq neçə on illərdir uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir. Məlum olduğu kimi, 30 sentyabr 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" qüvvəyə mindi. 20 maddədən və bir neçə bənddən ibarət olan qanunda ana dilimizin tarixi, inkişaf yolu, durumu, yaşaması ilə bağlı fikirlər əks olunub.
Tədqiqatçılar Azərbaycanın əlifba siyasətinə toxunaraq yazır ki, türk yazı tarixi uyğurların əlifbası ilə başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və osmanlı türkləri X (10-cu) əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Tədqiqatçılar yazır ki, ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX (20) əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifba ilə Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb. Cumhuriyyət tarixçiləri qeyd edir ki, Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılıb. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edib. Lakin Azərbaycan Xalq Cumhuriyyəti süqut etdiyindən, bu məsələni həyata keçirmək mümkün olmayıb.
Dilçilər yazır ki, 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da, Azərbaycan Respublikası ərazisində 1929-1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939-1991-ci illərdə isə kiril əlifbasından istifadə olunub. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından istifadə edir. Tədqiqatçılar yazır ki, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.
Azərbaycançılıq ideyasının əsas dayağı olan Azərbaycan dili ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri tərəfindən işlədilir. Azərbaycan dilinin öyrənilməsi sahəsində xarici ölkələrdə də böyük işlər görülür. Dilimizi öyrənənlər bizim mədəniyyətimiz, tariximiz, düşüncəmiz, cəmiyyətimiz haqqında geniş məlumat əldə etmiş olur.
Ana dilimiz dünyanın müxtəlif ölkələrində öyrənilir. Məlumatlara görə, Argentinanın La Plata Milli Universitetinin nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun Avrasiya fakültəsində azərbaycanşünaslıq bölməsi fəaliyyət göstərir. Burada tariximiz, dilimiz, mədəniyyətimiz təbliğ edilir. Tədqiqatçılar bildirir ki, Mərakeşdə Rabatdakı I Məhəmməd Universitetinin nəzdində Azərbaycan dili kursları fəaliyyət göstərəcək. Bu, ərəb ölkələrində açılmış ilk belə bölmədir. Bundan başqa, Rusiya və digər ölkələrin nüfuzlu ali məktəblərində azərbaycanşünaslıq fakültələri, Azərbaycanı öyrənməklə bağlı qurumlar fəaliyyət göstərir.
Məlumatlara görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsinə başlayıb. Bakı şəhərinin bir neçə kilsəsində həftədə iki dəfə Azərbaycan dili dərsi keçiləcək. Kilsə əməkdaşlarının da qatıldığı bir neçə bölmədə fəaliyyət göstərəcək ödənişsiz kurslara ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb. Xüsusi müsabiqə yolu ilə ali və orta məktəblərin rus bölmələrindən seçilən müəllimlərin əməkhaqları Bilik Fondu tərəfindən ödəniləcək. Məlumatlara görə, Yeparxiya belə kursların Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif edib.
Zəngin Azərbaycan dili əsrlər boyu formalaşaraq günümüzə qədər gəlib çatıb. Bu gün ana dilimiz Prezident İlham Əliyevin imzaladığı sənədlərlə, normativ aktlarla qayğı altına alınıb. Dilimizin müdafiəsi üçün böyük təkan olan bu sənədlər Azərbaycan dilinin inkişafına müsbət təsir edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ