şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan multikulturalizminin təməlində azərbaycançılıq məfkurəsi dayanır
Tarix: 21.04.2016 / 00:02
Bölmə: Layihə
Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Tarixən multikultural cəmiyyət olan cəmiyyətimiz başqa xalqlara, başqa mədəniyyətlərə sağlam münasibətilə seçilib. Tolerantlığa böyük töhfə verən Azərbaycan bu istiqamətdə inkişaf edir. Müşahidələr göstərir ki, Azərbaycan sözdə deyil, əməldə də multikulturalizm ənənəsinə sadiqdir.
Dövlətimizin siyasətinə çevrilən multikulturalizm artıq elm müəssisələrində, təşkilatlarda təbliğ edilir və dəstəklənir.
Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Əyyub Kərimov yazılarından birində formalaşan multikulturalizm ənənəsinə münasibətini bildirib. Multikulturalizmin geniş təbliğini təqdir edən alim qeyd edir ki, Azərbaycan bütün göstəriciləri ilə tolerantlıq və multikulturalizm məkanı olduğunu bütün dünyada təsdiq edir. Milli müxtəlifliyin bir bayraq altında birləşdiyini vurğulayan Ə.Kərimov hesab edir ki, bu mühit həm də vətəndaşlarımızı və dünya azərbaycanlılarını azərbaycançılıq məfkurəsinə bağlayır. Ə.Kərimov yazır: "Prezident İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda göstərilir: "Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətlərinin real ifadəsidir". Bəşəriyyət adlı qlobal məkanda XX əsrin sonlarından başlayaraq dövrümüzdə də davam edən, öz sürətliliyi, keşməkeşliyi və mürəkkəbliyi baxımından nəinki insanları, zamanın özünü də heyrətdə qoyan proseslər baş verməkdədir. Bütün bunlar geoiqtisadi, geosiyasi maraqların öncüllüyü ardınca gedən milli, dini, şəxsi maraqların toqquşmasından qaynaqlanır. Belə bir zamanda dövlətçilik ənənələri olan, ətrafında müxtəlif xalqları, etnik qrupları, dinləri və müxtəlif dini qurumları birləşdirən hər bir millətin milli ideologiyaya, milli məfkurəyə böyük ehtiyacı var. Cəmi 23 ay yaşamış Xalq Cumhuriyyətimiz türkçülüyü, islamçılığı və müasirliyi əsas istiqamət kimi müəyyən etmişdi. Sonrakı yetmiş il ərzində sovet rejimi müstəqillik anlamını hətta təfəkkürlərdən belə silməyə çalışsa da, ötən əsrin 90-cı illərinin xalq hərəkatı göstərdi ki, xalqın azadlıq ruhu nəinki ölməmiş, daha böyük enerji ilə püskürmək üçün münasib məqam gözləyib. Yenidən dövlət müstəqilliyimizin əldə edilməsi də məhz bu ruhdan qaynaqlanan iradənin ortaya qoyulmasının nəticəsi idi. Müstəqilliyimizin əbədi olması, taleyin bizə qismət etdiyi coğrafi məkan, strateji mövqe isə ərazimizdə yaşayanların hamısı üçün qəbul oluna biləcək mənəvi-siyasi yönümün müəyyənləşdirilməsini zəruri etdi. Bu taleyüklü missiyanı yerinə yetirən isə ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər milli ideologiyanın komponentlərini özündə sintez edən azərbaycançılıq məfkurəsini irəli sürdü. Bu xətt bir tərəfdən Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks etdirirsə, digər tərəfdən, milli kimliyindən, dini mənsubiyyətindən və dilindən asılı olmayaraq, ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının təmin olunmasını, onların öz mənəvi-mədəni dəyərlərini qoruyub saxlaması və inkişaf etdirməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin məcmusunu, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün, harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur".
Alim haqlı olaraq qeyd edir ki, torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Onun qeydlərinə görə, Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütövlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlir. Alimin yazdığına görə, Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Onun bildirdiyinə görə, bu səbəbdən də azərbaycançılığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq hissi keçirənlər də həmişə olmub: "Yalnız ərazimizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayırdığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz azərbaycançılıq ideologiyasıdır.
Qloballaşmanın müasir mərhələsində yuxarıda qeyd etdiklərimizin məntiqi kimi, azərbaycançılıq məfkurəsi ölkəmizdə tarixən bərqərar olmuş multikulturalizmi nəinki inkar etmir, əksinə, onu öz daxili məzmununun, bu məzmunun elementlərinin tərkib hissəsi kimi götürür. Bu baxımdan Azərbaycan multikulturalizmi azərbaycançılıq məfkurəsinin təməl daşları olan dövlətçilik, milli-mənəvi dəyərlər, müasirlik və milli mentalitetimizə hopmuş tərkib hissəsi kimi dünyada baş verən assimilyasiya, izolyasiya (təcridolma), aparteid, milli və dini ayrıseçkiliyə alternativ olaraq təqdim oluna bilər. Multikulturalizm cəmiyyətin tarixi inkişafının məhsulu, cəmiyyətdə baş verən proseslərdən qaynaqlandığı üçün öz mahiyyətinə görə ictimai hadisədir. İctimai hadisə kimi formalaşan multikulturalizm həyatın digər sahələrinə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) öz təsirini göstərir, onlarla qarşılıqlı münasibətdə olur. Multikulturalizmin fəlsəfi əsası, irqindən, cinsindən və dinindən asılı olmayaraq, bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isə "bəşəriyyət doğma bir ailədir" məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrıseçkiliklər, ikili standartlar yalnız müxtəlif maraqlardan, o cümlədən siyasi maraqlardan qaynaqlanır. Möhtərəm Prezidentin IV Bakı Beynəlxalq Humanitar Forumunda vurğuladığı aşağıdakı dərin strateji məna yüklü fikirlər qeyd etdiklərimizi tam təsdiq edir: "Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrıseçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilər". Hazırda respublikamızda 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli, slavyandilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildir. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq torpaqlarımızda məskunlaşmışlar. İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də, Qafqaz Albaniyasında əhalinin az bir hissəsi politeist dinlərə, böyük əksəriyyəti isə xristianlığın diofizit və monofizit məzhəblərinə etiqad etmişlər. Ərəb xilafəti dövründə islam dini Azərbaycanın bütün bölgələrində yayıldı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xristianlığı qəbul etmişdi. O zaman ərəblər "kitab əhli" olduğu üçün onların dini etiqadına dözümlə yanaşmışdı. Göründüyü kimi, xalqımızın tarixən keçdiyi konfessional təkamül ona polikonfessional mədəniyyət çalarları gətirib. Ölkəmizdə zərdüştlük, xristian, islam abidələri fərq qoyulmadan xüsusi qayğı ilə qorunub saxlanır. Əcdadlarımızın yaşadığı tarixi şərait multikultural ənənələrin yaranması üçün zəmin olmuş, konfessiyalara qarşı tolerantlıq mədəniyyətini formalaşdırıb".
Tədqiqatçının bildirdiyinə görə, Azərbaycan Xalq Cumhuriyyəti yarandığı ilk gündən - 1918-ci il mayın 28-də "İstiqlaliyyət haqqında akt" qəbul edərək ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verib. Onun yazdığına görə, bu bərabərlik yalnız sözdə deyil, dövlətin qanunverici orqanı kimi formalaşdırılan parlamentdə də öz praktiki ifadəsini tapdı. Alimin qeyd etdiyinə görə, parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına, 1-i Alman Milli Təşkilatına, 1-i Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə və s. verilmişdi: "70 illik sovet dönəmindən sonra müstəqilliyini bərpa edən xalqımızın multikultural dəyərləri azərbaycançılığın əsas sütunu olan dövlətçiliyimizin və onun tərkib hissəsi kimi götürdüyümüz dövlətçilik ideologiyasının, psixologiyasının və ənənələrinin nəinki mənəvi-nəzəri tərəflərinə hopmuş, həmçinin əməli fəaliyyətinin əsas qayəsinə çevrilib.
Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını müstəqilliyimizin ilk illərindən dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi götürüb. Qanunvericiliyimizdə azsaylı xalqların mədəni inkişafı, onların hüquqlarının qorunması əsas vəzifə kimi irəli sürülüb. Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin ali qanununa - Konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndində deyilir: "...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyə, əqidəyə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Azərbaycan Respublikasının Konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək ikinci bölmənin 44-cü maddəsində göstərir: "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Dövlətimiz 1995-ci il fevralın 1-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası"nı imzalamış və 16 iyun 2000-ci ildə ratifikasiya edib. Konvensiyanın 4-cü maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər "milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olunmaq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan hər cür ayrıseçkilik qadağan olunur". Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamağa yardımçı olmaqla bərabər, onlara, etnik mənşə və konfessional fərqlərindən, dilindən, dinindən, sayından asılı olmayaraq, tolerantlıq ənənələrini əsas götürərək öz potensialını reallaşdırmaq üçün tam şərait yaradıb.
Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edir. Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir ki, onların sırasında "Birlik" cəmiyyəti, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, "Ronai" kürd mədəniyyət mərkəzi, "Samur" ləzgi milli mərkəzi, Ahıska türklərinin "Vətən" cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, "Kapelhaus" alman mədəniyyət icması, "Polonia" polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərir. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən "Üç qardaş" təşkilatının respublikamızda fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin tolerantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir".
Alimin qeyd etdiyinə görə, Azərbaycanda artıq həyat tərzinə çevrilmiş multikulturalizmin dünyaya çatdırılması istiqamətində görülən işlər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində daha böyük vüsət alıb: "Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə islam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Şərq ilə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz "Şərq-Qərb" mövzusunda kinofestivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrilib.
Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi siyasət, öz növbəsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin, ümumbəşəri humanitar məsələlərin müzakirə və həll olunduğu müqəddəs bir məkana çevrilməsi dünya ictimaiyyəti tərəfindən artıq qəbul olunmaqdadır. Dörd ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq humanitar forumları Azərbaycanın mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilməsini təsdiqləyən faktlardandır. 8 aprel 2011-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Mehriban xanım Əliyeva deyib: "Fikrimcə, bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çevirib. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz normal etik, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır". Azərbaycan multikulturalizmi isə azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, praqmatizmin prioritetliyinə əsaslanan Qərb sivilizasiyası ilə mənəvi mədəniyyətin, əxlaqın, hissi duyumların, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyasının daha da yaxınlaşıb qarşılıqlı surətdə bir-birini tamamlamasında mühüm vasitə olacaq".
Azərbaycanda multikulturalizm həqiqətən də həyat tərzinə çevrilib. Bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə təkan verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ