şənbə günü, 21 noyabr 2026
     

Azərbaycançılıq ideyası kulturoloji təhlil müstəvisində...

Image


Multikulturalizm məkanı olan Azərbaycan bir sıra mədəniyyətlərin, dinlərin birləşdiyi, çuğlaşdığı məkandır. Dövlət səviyyəsində həyata keçirilən bütün tədbirlər xalqlar, mədəniyyətlər, dinlər, dövlətlər arasında münasibəti tənzimləyir. Multikultural nümunə olan Azərbaycan dünyada yaşayan bütün xalqlar üçün maraq kəsb edə bilər. Bilirik ki, Azərbaycana qonaq gələn hər bir insan buradakı sağlam ictimai-siyasi mühitdən, mədəniyyətlərin harmoniyasından danışır.
Ölkəmizdə yaşayan müxtəlif xalqlar bir-birilə mehriban şəraitdə yaşayır. Bu münasibət respublikamıza gələn turistlərə, dövlət nümayəndələrinə, beynəlxalq qurumların təmsilçilərinə də sirayət edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" AMA-nın prezidenti Fuad Məmmədov Azərbaycandakı tolerant mühiti olduqca aydın şəkildə ifadə edir: "Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən formulə edilmiş və azərbaycançılıq ideologiyası çərçivəsində həyata keçirilən Azərbaycanın müasir dövlət siyasətinin aparıcı istiqamətlərindən biri multikulturalizmdir. Belə müdrik yanaşma hələ öz tarixinin qədim dövründə ən yaxşı tolerantlıq modeli olan ölkəmizin həm tarixi inkişaf reallıqları, həm də müasir dünya sivilizasiyasının məkan və zamanında Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi əsaslanıb. Multikulturalizm humanist dünyagörüşü və ona uyğun, eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüququnu tanıyan siyasətdir. O ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərin və məzhəblərin insanlarının mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətin milli titul mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik konsepsiya olaraq, multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz insanlar arasında humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, qarşılıqlı anlaşma, qarşılıqlı əlaqə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm cəmiyyətin sosial mədəniyyəti və siyasi sabitliyinin katalizatorudur".
Alim bildirib ki, müasir multimədəni cəmiyyətlər kulturoloji xarakterli strategiyaya əsaslanan, düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməz. Görkəmli kultroloqun sözlərinə görə, belə strategiyalar eyni dövlət daxilində birgə yaşayan müxtəlif xalqların nümayəndələrinin davamlı inkişafı və rihafı məqsədilə qarşılıqlı anlaşma, hörmət, sosial həmrəylik və əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur: "Belə strategiyaların uğur dəlillərindən biri Azərbaycanın milli titul mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya edən müxtəlif xalqların mədəniyyətinin harmonik surətdə inkişafıdır. Mədəniyyətlərin və dinlərin harmonizasiyası ənənəvi siyasəti sayəsində, müxtəlif etnos nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiyası üçün Azərbaycan həmişə əlverişli məkan olub və olaraq qalır. Müsəlman, xristian və yəhudi əhalisi arasında tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist ruhi mədəniyyəti üçün hər zaman xarakterik olub. Azərbaycanda multikulturalizm siyasəti əsasında milli maraqların ən mühüm müddəalarından biri dövlətin titul mədəniyyəti çərçivəsində mədəni identikliyin formalaşdırılmasına yönəldilmiş, müxtəlif etnoslar və dinlərin nümayəndələrinin mədəniyyətləri və maraqlarının harmonizasiyasıdır. Bu zaman Azərbaycanın milli maraqlarının reallaşdırılmasının etik forması azərbaycançılıq ideologiyasına uyğundur, sağlam milli ideyalar çərçivəsindən kənara çıxmır və digər xalqların maraqlarını məhdudlaşdırmır. Kulturologiya elminin üstün cəhətləri onunla şərtlənir ki, o, tarix, antropologiya, fəlsəfə, psixologiya, sosiologiya, politologiya, filologiya, pedaqogika, iqtisadiyyat, hüquqşünaslıq və s. kimi ayrı-ayrı elmlərin metodları ilə effektiv təhlilinin mümkün olmadığı mürəkkəb vəzifələri həll etməyə imkan verir. Kulturologiya dünyanın çoxölçülü görünüşünü verir və həm mövcud siyasi sistemlər və strukturların təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, həm də dövlət quruculuğu və idarəçiliyinin yeni strateji, rəqabət qabiliyyətli strukturları və idarəçilik modelləri üçün geniş perspektivlər açır".
Professor F.Məmmədov onu da qeyd edir ki, Azərbaycanın davamlı inkişaf maraqlarında mədəniyyətlərin dəyişməsi (islahatı) və yaxınlaşması, azərbaycançılıq ideologiyasına və ölkəmizin milli maraqlarına cavab verən universal kulturoloji standartların və identikliyin, tolerantlıq, həmrəylik və vətənpərvərliyin inkişafı yolu ilə getmək lazımdır. Onun fikrincə, ölkəmiz üçün bu taleyüklü problem üzrə düzgün diskresion qərarların qəbul edilməsi üçün kulturoloqlar, psixoloqlar, filoloqlar, tarixçilər, etnoloqlar, sosioloqlar, pedaqoqlar, hüquqşünaslar, iqtisadçılar, politoloqlar və digər mütəxəssislərin iştirakı ilə uyğun kulturoloji ekspertizanı həyata keçirmək lazımdır: "Alimlər və mütəxəssislər tərəfindən lazımi qiymətlər verilməli və insanların həyat fəaliyyəti onların dünyagörüşü və dəyərlər sisteminə təsir edən amillərin uyğun ölçüləri aparılmalıdır. Çalışmaq lazımdır ki, Azərbaycanın hər bir vətəndaşı multikulturalizm siyasətini rəhbər tutaraq, belə nəcib məqsədlərin, sosial-mədəni fəaliyyət proqramları və layihələrin həyata keçirilməsinə şüurla və məsuliyyətlə əlindən gələn töhfəni versin, öz biliyi və nüfuzu, xoş məramı, intellektual və istehsal nailiyyətləri, bacarığı və ustalığı ilə onların gerçəkləşməsinə yardım etsin. Verilmiş proqramın həyata keçirilməsi çərçivəsində yeni inkişaf resursları, texnologiyaları, risqləri və imkanlarının, insan münasibətləri mədəniyyətinin, insan kapitalının qiymətləndirilməsi və istifadəsinin təhlilini nəzərdə tutan, milli və dünya mədəniyyətinin inkişaf problemlərinin sistemli tədqiqi lazımdır. Bu məqsədlə Bakıda və Azərbaycanın digər regionlarında xüsusi ədəbiyyat, mühazirələr, seminarlar və interaktiv treninqlər vasitəsilə hər yerdə universal kulturoloji biliklərin yayılması həyata keçirilməlidir. Mənə elə gəlir ki, multikulturalizmin aktual problemlərinin tədqiqində "kulturologiya piramidası" universal metodu və 12 tədqiqat prinsipi mühüm metodoloji rol oynaya bilər. Bu prinsiplər arasında antropoloji, psixoqrafik və demoqrafik yanaşma xüsusi əhəmiyyətə malikdir. Belə yanaşma etnoloji xarakterli xüsusiyyətləri və qanunauyğunluqları: həyat tərzi, ənənələr və adətləri, sosial münasibətlər sistemini, mədəniyyətin inkişaf dinamikası və nəsillər vasitəsilə onun ötürülməsini açmağa imkan verir. Belə təhlildə "davranış", "sistemli" və "situasiyalı" yanaşmaların, Piter Çeklandın "yumşaq təfəkkür" və Lütfi Zadənin "qeyri-səlis məntiq" nəzəriyyələrinin tətbiqi, Azərbaycana tarixinin müasir mərhələsində milli mədəniyyətimizin inkişaf proseslərinin situasiyalı dəyişən idarəçiliyini daxil etməklə bütün amillərin hesablanması imkanını verəcək. Multikulturalizm siyasətinin səmərəliliyi əsasən Azərbaycan cəmiyyətinin ruhi mədəniyyət səviyyəsi, onun vətənpərvərliyi və xoş məramından asılıdır. O, alimlərimiz və siyasətçilərimizin yaradıcı fəaliyyəti, xalqımızın etibarlı gələcəyini formalaşdırmağa hazırlığı, sülh mədəniyyətini, Azərbaycan cəmiyyəti və dövlətinin harmonik, davamlı və təhlükəsiz inkişafını təmin edən innovativ kulturoloji strategiyalar və texnologiyaların işlənib hazırlanması və həyata keçirilməsi ilə şərtlənir".
Mədəniyyət və İncəsənət Universitetinin sosial-siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev də qeyd edir ki, azərbaycançılıq respublikanı məskunlaşdıran xalqlarda Azərbaycan dövlətinə mənsubluq hisslərinin formalaşdırılması, ölkədə vahid vətəndaş siyasi mədəniyyətini inkişaf etdirmək vəzifələrinin yerinə yetirilməsini tələb edir. Alim bildirib ki, insanlar öz polietnik rəngarəngliyini politik rəngarəngliyə çevirməməlidir: "Əksinə, çalışmalıdırlar ki, yaşadıqları Azərbaycan Respublikasının ümumi maraqları və mənafeləri kölgədə qalmasın. Milli ideyalar milli liderlərin ətrafında sıx birləşəndə reallığa çevrilir. Azərbaycanın ulu öndəri Heydər Əliyev milli ideologiyanın təcəssümüdür. Onun şəxsiyyəti, fəaliyyəti, siyasi-əxlaqi keyfiyyətləri, elmi-nəzəri irsi əsl azərbaycançılıq nümunəsidir. Heydər Əliyev milli ideologiyanın təməlini qoyub və indi də bu ideya həmin özül üzərində qərar tutub. Heydər Əliyev böyük hərflərlə yazılan azərbaycanlı idi. Özü də əbəs yerə deməyib: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam". Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. İstər iqtisadi, istər siyasi-hərbi-ideoloji, istərsə də xarici və daxili, istər sosial-mədəni, mənəvi sahələrdə qazanılan uğurlar bilavasitə onun adı ilə bağlıdır. Ulu öndərin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli sərəncamında deyilir: "Azərbaycan məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub". Bu baxımdan xalq milli ideyanı milli liderin ideyası kimi qəbul edəndə onun rolu daha da artır və yalnız o halda milli ideya dönməz olur. Azərbaycançılıq iqtidar tərəfindən hakim ideyaya, bir siyasi xəttə, dəst-hərəkətə çevrilib. Azərbaycançılığı bütün ölkə vətəndaşlarının mənafelərinə uyğun gəldiyinə görə hər yanda dəstəkləyirlər. Azərbaycançılıq tarixən osmançılığın Türkiyədə oynadığı rolu Azərbaycanda oynamalıdır.
Bu keçid dövründə ölkənin və onun xalqlarının vəhdətini qoruyub saxlamaq üçün ortaya atılmış çox uğurlu siyasi bir ideyadır".
Azərbaycançılığın yaratdığı sağlam harmoniyada hər xalqın öz səsi, öz ahəngi var. Azərbaycan dövləti azərbaycançılıq ideyası ətrafında respublikamızda yaşayan bütün xalqları birləşdirib. Bu gün Azərbaycanın müxtəlif şəhər və rayonlarında multikulturalizmlə bağlı, tolerant mühitin faydasını ehtiva edən tədbirlər, "dəyirmi masa"lar, seminarlar təşkil edilir. Alimlərin təklifləri, kulturoloqların fikir və nəzəri, praktik təhlilləri təqdim edilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ