şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan sənət adamları azərbaycançılıq ideyasının ən böyük təbliğatçıları kimi...

Image


Azərbaycan ziyalıları, fikir adamları, sənətkarlar, incəsənət xadimləri azərbaycançılıq ideyasına, bu müqəddəs ideologiyaya sadiq olub. Zaman-zaman görkəmli səhnə adamları, teatr və ədəbiyyat biliciləri azərbaycançılığı öz yaradıcılıq mayakı sayıb. Tarixə nəzər salsaq görərik ki, sənətkarlarımız öz fəaliyyətini azərbaycançılığa xidmətdə görüb. Bilirik ki, fikir adamlarından teatr, məktəb, xəstəxana, kitabxana açanlar az olmayıb.
Azərbaycanın görkəmli xanəndələri Azərbaycanı və azərbaycançılığı təmsil edərək XIX əsrin I yarısından başlayaraq muğam sənətini inkişaf etdirib. Bəllidir ki, Qarabağda Azərbaycan muğamı elə inkişaf edib ki, görkəmli xanəndələrin Tiflisdə, Kiyevdə, İstanbulda, Varşavada, Berlində, Daşkənddə konsertləri keçirilirdi. Bu illərdə Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Cəmil Əmirov, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinskinin muğamın inkişafında əvəzsiz xidmətləri vardı. Eləcə də Ağcabədidə Mütəllim Mütəllimovun, Zülfi Adıgözəlovun, Yaqub Məmmədovun, Ağdamda Bakir Həşimovun, Mürşid Məmmədovun, Sara Qədimovanın Şahmalı Kürdoğlunun, İldırım Həsənovun, Əbülfət Əliyevin və digərlərinin xidmətləri unudulmazdır. Sevindirici haldır ki, bugünkü muğam ifaçıları da azərbaycançılığı təbliğ edir.
Məlumdur ki, bütün zamanlarda mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin, incəsənətimizin, ictimai fikrimizin içində böyük bir azərbaycançılıq ideologiyası yaşayıb. Bu ideologiyanı yaradıb təbliğ edənlər məfkurə adamları olub. Ona həyatı boyu sadiq qalan böyük azərbaycanlılar bunu daim var eləməkdən ötrü oddan-alovdan keçib. Tədqiqatçılar yazır ki, Çar Rusiyası dövründə də, sovet dönəmində də azərbaycançılıq ideyasını yayan ziyalılar, fikir adamları təqib edilib, həbs düşərgələrinə atılıb. Bu müqəddəs hissi bizə yadlaşdırmağa çalışıblar, lakin yaddaşdan-yaddaşa ötürülən azərbaycançılıq ideologiyası bütün qadağaları adlayaraq günümüzə gəlib çıxıb. Müasir mədəniyyət və incəsənətimiz, ədəbiyyatımız tamamilə azərbaycançılıq ideologiyasının formalaşmasına yönəldilib. Azərbaycançılıq ideologiyası fundamental şəkildə işlənib cəmiyyətə təqdim edilir. Qeyd etdiyimiz kimi, XIX əsrin ortaları, XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən görkəmli azərbaycanlıların azərbaycançılıq məktəbi geniş şəkildə təbliğ olunur. Bu ideya müxtəlif yazıçı-şair, ədəbiyyatşünas, ictimai-siyasi xadimlərin əsərlərində geniş şəkildə əks olunub. Teatrın, təsviri incəsənətin, musiqinin, ədəbiyyatın və s. boynuna çox böyük yük düşür, hər sənətkar öz sahəsində nə qədər böyük təbliğat aparsa, azərbaycançılıq ideyası bir o qədər şüurlarda özünə yer tutar. Ədəbiyyat, mədəniyyət adamları deyir ki, bu sahələrdə azərbaycançılıq ideologiyası lazımi səviyyədə təbliğ edilir, yayılır. Sənətkarların çoxunun bildirdiyinə görə, ədəbiyyat, teatr, kino, musiqi, təsviri incəsənət öz üzərinə düşən işi yerinə yetirir. Teatrşünaslar bildirir ki, bu gün teatrda Azərbaycan dramaturgiyasının müasir örnəklərini tamaşaya qoymaqla yanaşı, klassik nümunələrimizi, tarixi əsərləri səhnəyə gətirməklə bərabər dünyanı da öyrənməliyik. Özümüzü dünyaya tanıtmağımız vacibdir. Bu işləri təkbaşına görmək çətindir. Ona görə də azərbaycançılıq ideologiyasını tərənnüm etmək və təbliğatını sənət vasitəsilə həyata keçirmək üçün biz müştərək filmlər çəkməli, tamaşalar qoymalıyıq. Bizdən öndə olanlarla birgə layihələr işləməyə çalışmalıyıq. Bu iş yalnız bədii-sənət mahiyyəti daşımalı deyil. Onun içində həm bir az siyasət, həm bir az özümüzü tanıtmaq olmalıdır. Mədəniyyət, ədəbiyyat, musiqi, kino sahəsində gördüyümüz bütün işlərlə özümüzü təqdim etməyi bacarmalıyıq. İnsan həyatda, məişətdə nə qədər azərbaycançıdırsa, yaradıcılıq sahəsində də bir o qədər azərbaycançı olmalıdır. Tədqiqatçılar bildirir ki, millətindən, dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan və fəaliyyət göstərən sənət adamlarının hamısı Azərbaycan ideologiyasına xidmət etməlidir. Alimlər vurğulayır ki, bu mütləqdir və hər bir vətəndaşın qarşısında duran məsələdir. Tədqiqatçılar qeyd edir ki, azərbaycançılıq ideologiyasının, fikrinin Azərbaycan vətəndaşları və bütün azərbaycanlılar arasında yayılması, oturuşması üçün işlər davam etdirilməlidir, çünki yetişən gənclik bu ideologiyanı tam mənimsəməlidir. Tədqiqatçılar vurğulayır ki, əslində, azərbaycançılıq ideologiyası, azərbaycançılıq ideyası adlandırılan bir fikrin, Azərbaycan məfhumunun bütöv bir anlayış kimi var olması kifayət qədər vacib amildir.
Xalq artisti Nurəddin Mehdixanlı bildirir ki, onun üçün azərbaycançılıq olduqca müqəddəs məfhumdur: "Şəxsən mənim üçün bu ideologiya mənsub olduğum bu xalqı, doğulduğum bu torpağı sevməkdir, onun milli-mənəvi dəyərlərini yaşatmaq və təbliğ etməkdir. Azərbaycanlı kimdir? Bu suala kənardakıların müsbət şəkildə yanaşması üçün sənin davranışın, sənin əxlaqın, dünyagörüşün, intellektin, başqa xalqlara, dünyaya münasibətin gözəl olmalıdır. Düşünürəm ki, azərbaycançılıq ideologiyası bir fəlsəfi yanaşma, dünyagörüşü, tərz kimi ortalıqda bərqərar olmalıdır. Azərbaycan sözünü sevmək onun tarixini, dilini, torpağını sevib təbliğ etməkdir, küll halında azərbaycançı olmaqdır. Hesab edirəm ki, azərbaycanlı olmaq və azərbaycançı olmağın arasında böyük fərq var. Hər bir şəxsin azərbaycançı olmağı təbiidir, hər kəs buna çalışmalıdır".
N.Mehdixanlının sözlərinə görə, Azərbaycan vətəndaşı olan digər toplumlar, xalqlar arasında kifayət qədər azərbaycançılıq ideologiyasına sadiq adamlar tapmaq olar. Xalq artistinin fikrincə, biz öz ideologiyamızı elə şəkildə təbliğ edə bilərik ki, alman da, fransız da, amerikalı da, rus da, hindli də azərbaycançı ola bilər. Bu təbliğatı mədəniyyətin, incəsənətin, ədəbiyyatın köməyilə həyata keçirməyin uyğun olduğunu deyən N.Mehdixanlı bildirir ki, əcnəbilər bizim mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza, sənət adamlarımıza vurğun olub Azərbaycanı sevə və onun haqq işini müdafiə edə bilər: "Onlar təmsil olunduqları ölkələrdə Azərbaycanı təbliğ edə, onun haqlarını qoruya bilər. Yəni bu mənada ortada olan faydalı fikri ətrafımıza aşılayanda milliyyətcə azərbaycanlılardan yox, ətrafımızda yaşayan cəmiyyətlərdən, toplumlardan, xalqlardan da istifadə etməliyik. Biz azərbaycançılıq ideologiyasını onlara da tanıtmalıyıq. Yanımızda Azərbaycanı sevən, onu öz dövləti kimi müdafiə edən insanlar olmalıdır. Yalnız bu halda qarşımıza qoyduğumuz bir sıra məqsədlərə nail ola bilərik. Bu gün, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayanların hamısı azərbaycanlıdır. Bizdə heç zaman ayrıseçkilik qoyulmayıb. Bu ölkə həm talışın, həm kürdün, həm ləzginin, həm avarın, həm də burada yaşayan digər azsaylı xalqlarındır. Sadəcə, burada böyük bir türk çoxluğu var. Biz bu ölkənin var olmasını, bu mədəniyyətin yaşamasını istəyiriksə, hamımız birmənalı şəkildə azərbaycançılıq ideyasının, ideologiyasının yanında olmalıyıq. Təbii ki, şüarlarla deyil, işimizlə, əməlimizlə, davranışımızla, millətimizə, dövlətimizə xidmətimizlə. Bu gün bizim müxtəlif xarici ölkələrdə gənclərimiz var ki, onlar dünyanın ən nüfuzlu universitetlərində təhsil alır. Yaxud buradan gedib xaricdə yaşayan insanlar var. Onların heç də hamısı milliyyətcə azərbaycanlı deyil, amma hər birinin içində böyük bir Azərbaycan sevgisi yaşayır. Dünya dəyərlərinə qovuşmaq istəyiriksə, Avropa mədəniyyəti deyilən bir anlayışın sahiblərindən biri olmaq niyyətindəyiksə, eyni zamanda böyük mədəniyyəti, incəsənəti, ədəbiyyatı olan bir xalq kimi özümüzün də əbədi var olmağımızı bir məqsəd kimi qarşımıza qoyuruqsa, azərbaycançılıq ideologiyasına sadiq qalıb azərbaycançı olacağıq. Bəziləri Avropa mədəniyyəti deyəndə yanlış olaraq Avropada yaşamağı, onun hansısa bir ölkəsinin vətəndaşı olmağı nəzərdə tutur. Yox, belə deyil. Avropa mədəniyyəti bir yaşayış və dünyaya baxış tərzidir. Bu mənada hesab edirəm ki, dünyanı əhatə edən bu böyük mədəniyyət(lər)in içində varlığımızı qorumaq, bəşər mədəniyyəti mərkəzində qalmaq istəyiriksə, özümüz olmalıyıq. Nə qədər çox azərbaycanlı və azərbaycançı olsaq, bizi bir o qədər çox qəbul edəcəklər... Öz mədəniyyətimizlə, dilimizlə, tariximizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizlə o böyük dünya mədəniyyətinin bir hissəsinə çevrilməyi bacarmalıyıq və işimizi bu istiqamətdə qurmalıyıq. Hesab edirəm ki, bu gün Azərbaycanda bu sahədə kifayət qədər işlər görülsə də, bu hələ çox azdır".
N.Mehdixanlının bildirdiyinə görə, azərbaycançılıq ideologiyasının təməllərini nə qədər dərindən öyrənsək, uğurlarımız bir o qədər çox olar. N.Mehdixanlı bildirdi ki, azərbaycançılıq ideologiyasını yaymaq məsələsi yalnız siyasətçilərə, dövlət məmurlarına həvalə edilməli deyil, bu məsələdə sənət adamları da fəallıq göstərməlidir: "Bizlər də həm bir sənətçi, həm də vətəndaş kimi bu məsələdə iştirak etməliyik. Hər birimizin əsas vəzifəmiz, işimiz azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır. Biz dövlət müstəqilliyi gənc olan ölkəyik. Odur ki, bütün dünyaya öz kimliyimizi bəyan etməliyik. Bunun üçün də bizə dünyanın hər yerində Azərbaycanı sevənlər yaratmaq və onları formalaşdırmaq lazımdır. Hesab edirəm ki, azərbaycançı olmaq bir yaşam tərzinə çevrilməlidir. Bu torpaqda doğulan, nəsli burada inkişaf edən, Azərbaycanı sevənlər əməldə, işdə azərbaycançılıq ideologiyasının ətrafında birləşməlidir. ...Azərbaycan həmin o müxtəlifliklərilə zəngindir. Amma bir şeyi də unutmaq lazım deyil ki, burada qurucu millət türk çoxluğudur. Azərbaycançılıq türkçülüyü inkar edən bir anlayış kimi qəbul edilməli deyil. Bəzən bu məsələyə yanlış yanaşmalar olur, bu da cəmiyyətimizdə lazımsız qıcıqlar yaradır. Bu gün bütün dünya azərbaycanlılarının-dünya türklərinin artıq şüarına çevrilən bir fikir var. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında müstəsna xidmətləri olan Heydər Əliyevin "Bir millət, iki dövlət" fikri bütün türk xalqlarının bütövlüyünü və birliyini nəzərdə tutduğu kimi, eyni zamanda, azərbaycanlı və azərbaycançı olmağı inkar etmir. Bunu da bu şəkildə başa düşmək, anlamaq lazımdır. Biz soykök etibarilə böyük türk mədəniyyətinin, xalqının bir əsaslı parçasıyıq. Bütün türk dünyası üçün ilhamverici, enerjiverici bir mərkəzik. Amma bu bizim azərbaycanlı olmağımızı və azərbaycançılıq ideologiyasına xidmət etməyimizi inkar edən bir şey deyil.
Azərbaycanlı olmaqla fəxr etmək bizim bütöv dünyamızın qurulmasına xidmət edər. Millətini, dövlətini sevən hər bir kəs bu yolda öz əməyini və fikrini əsirgəməməlidir".
Mədəni müxtəlifliyin, əminamanlığın hökm sürdüyü bir məkan olan Azərbayacanda yaşayan hər bir sənətkar azərbaycançılığı ürəkdən təbliğ etməlidir. Bu da məlumdur ki, xaricdə yaşayan azərbaycanlı musiqiçilər də Azərbaycan həqiqətlərini yüksək səviyyədə yayır...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ