şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixi bayraqlarımızda azərbaycançılıq elementləri...
Tarix: 16.04.2016 / 02:03
Bölmə: Layihə
Azərbaycan dövlətçilik tarixində iz qoyan dövlətlərin hər birinin dövlətçilik atributları olub. Qədim dövlətlərin, xanlıqların dövlətçilik atributları tarixçilər, bayraqşünaslar tərəfindən öyrənilir. İndi çoxlarımız bilmir ki, dövlət və xanlıqların himni olubmu? Amma onların bayrağı və gerbi olub və bu gün onlar geniş tədqiqata cəlb edilib.
Azərbaycan dövlətinin ərazisində tarixən böyük-böyük imperiyalar, dövlətlər, xanlıq və sultanlıqlar olub və vətənimizin sərhədləri daxilində yaradılan dövlətlər və xanlıqların öz simvolları, ideya daşıyıcısı olan gerbi, bayrağı olub. Məsələ burasındadır ki, bayraqların üzərində əks olunan simvollar sırf türk dünyagörüşü, mədəniyyəti, mifologiyası ilə bağlı olub. Elə bir bayrağımız yoxdur ki, orada türkçülük simvolları əks olunmasın. Bu da ondan irəli gəlir ki, torpaqlarımız üzərində qurulan dövlət və xanlıqların hamısı azərbaycançılığa, tarixi köklərə, milli ənənələrə söykənib. Tarixçi alimlərin verdiyi məlumata görə, bütün bayraqlar arasında sirli bir əlaqə, yaxınlıq var. Sanki onların hamısını eyni adam yaradıb. Tarixçilər onu da bildirir ki, ardıcıllıqla milli dövlətlərin, xanlıqların bayraqlarına nəzər salsaq, orada ənənəyə sadiqlik görə bilərik. Tarixçilər hesab edir ki, Midiya, Atropotena və onlardan sonrakı dövlətlərin bayraqlarında simvol yaxınlığı özünü göstərir. Bu da ondan irəli gəlir ki, azərbaycançılıq bir ideologiya kimi öz mənbəyini qədim dövlətlərimizdən götürüb. Çünki bizim eradan əvvəl mövcud olan dövlətlərin də bayraqlarında milli dəst-xəttin olduğu tarixçilər tərəfindən israr edilir.
Azərbaycan ərazisində dövlət quruluşu, dövlətçilik mədəniyyətinin yaranması və formalaşması çox əski dövrləri əhatə edir. Bu dönəmlərdə çox böyük milli mədəniyyət yaradılıb. Bəlkə də hələ tarixşünaslığımızda o çağlara yol tapılmayıb.
Azərbaycanda ənənələr üzərində qurulan və sırf milli məfkurəyə, azərbaycançılığa, türkçülüyə və islami prinsipə söykənən dövlət olaraq tarixə düşən Səfəvilər dövləti haqda danışmaq istəyirik. Səfəvilər dövründə mövcud olan bayraqların simvolları, onların mənaları, azərbaycançılığa doğmalığı barədə söhbət açacağıq.
Tarixçilərin verdiyi bilgiyə görə, Səfəvi İmperiyasında azərbaycanlı-türk tayfaları üstünlük təşkil edib. Şamlı, Rumlu, Bayat, Əfşar (və ya Avşar), Qacar, Şahsevən, Təkəlü, Ustaclı, Zülqədər və sair tayfalar bu dövlətin əsasını təşkil edib. Səfəvilər Azərbaycan tarixində çox önəmli rol oynayan bir imperiya olub. Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olub. O bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazıb. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olub, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışıb. Orta əsrlər Azərbaycan tarixini araşdıran alimlərin birinin dediyinə görə, Səfəvilərin də bayrağında türkçülük simvolu ilə yanaşı, islamçılığı əks etdirən çalarlar olub. Tarixçilər vurğulayır ki, Səfəvilər dövləti böyük mədəniyyət, mənəviyyat keşikçisi kimi də tarixdə öz qüdrətli yerini tuta bilib. Tarixçilər yazır ki, Səfəvilərin iqtisadi və mədəni həyatında Azərbaycan şəhərləri xüsusilə müstəsna rol oynayırdı. Təbriz Asiya və Avropanın bir çox şəhərləri ilə geniş ticarət əlaqələri saxlayırdı. Şamaxı və Ərəşdə istehsal olunan ipək parçalar Avropa ölkələrinə ixrac edilirdi. Səfəvilər dövlətinin başında dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirən şah dururdu. Səfəvilər bütün ölkə ərazisində və ələ keçirdikləri torpaqlarda şiəliyi rəsmi din elan etdilər. Qızılbaş tayfalarının qüdrətli siyasi birliyə çevrilməsi, Azərbaycanın cənub və şimal torpaqlarının nisbətən mərkəzləşmiş vahid dövlət şəklində birləşməsi, məhsuldar qüvvələrin yüksəlişi, şəhərlərin sənətkarlıq və ticarət mərkəzlərinə çevrilməsi obyektiv olaraq Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına şərait yaradırdı. Azərbaycan dilinin istifadə dairəsi genişləndi. Sarayda Həbibi, Süruri, Şahi, Matəmi, Tufeyli, Qasimi və başqa Azərbaycan şairləri, həmçinin ozan-aşıqları yaşayıb-yaradırdılar. "Xətai" təxəllüsü ilə yazan I Şah İsmayıl Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Səfəvilərin saray kitabxanası, bir növ, "incəsənət akademiyasına" çevrildi. Burada mahir xəttatlar, rəssamlar, cildçilər, nəqqaşlar və başqaları işləyir, Sultan Məhəmməd və Behzad kimi görkəmli miniatür ustaları fəaliyyət göstərirdi.
Alimlərin sözlərinə görə, Səfəvilər dövlətinin qurulması ilə üzərində aypara və səkkizguşəli böyük ulduz olan parlaq yaşıl rəngli parça dövlət bayrağı kimi qəbul edilib. Səfəvilərin ilk bayrağı yaranıb, öz qüdrətilə aləmdə məşhur olub. Amma nədənsə tarixçilər Səfəvilərin Şah İsmayıl Xətai hakimiyyəti illərindəki dövlət bayrağı barədə yekdil fikirdə deyil. Bu əsasən həmin dövrə aid miniatürlərdə Səfəvi-Qızılbaş ordusunun bayraqlarının müxtəlif şəkildə təsvir edilməsi ilə əlaqədardır.
Tarixçilərin araşdırmasına görə, parlaq yaşıl rəngli parça üzərində aypara təsviri ilə olan bayraq Səfəvilər dövlətinin rəsmi bayrağı kimi qəbul edilir. Bəzi araşdırmaçılar bugünkü Azərbaycan Respublikasının və 1918-1920-ci illərdə mövcud olan ADR-in Dövlət Bayrağındakı ay-ulduz simvolikasına Osmanlı imperiyasının da dövlət bayrağında rast gəlindiyini bildirərək, bu rəmzlərin Azərbaycan Bayrağına Osmanlı dövlətinin dövlət atributlarından keçdiyini söyləyir. Tədqiqatçılar bildirir ki, bəzi mənbələr Qızılbaş qoşununun bayrağı qismində üzərində ələm şəkli olan al qırmızı parça qəbul edildiyini yazır. Tədqiqatçılar yazır ki, yeniyetmə İsmayıl Qızılbaş müridləri ilə özünün ilk möhtəşəm tarixi yürüşünə çıxarkən Qızılbaş qoşununun bayrağı qismində üzərində ələm şəkli olan al qırmızı parça qəbul edilib, bunu miniatürlərdən də görmək mümkündür. Səfəvilər dövlətinin qurulması ilə üzərində aypara və səkkizguşəli böyük ulduz olan parlaq yaşıl rəngli parça dövlət bayrağı kimi qəbul edilib. Məlumatlardan aydın olur ki, bu bayraq Şah I Təhmasibin hakimiyyət illərinə qədər dövlət bayrağı kimi qalıb. Tədqiqatçıların fikrincə, I Təhmasibin zamanında dövlət bayrağı kimi eyni yaşıl rəngli parça üzərində üzü sola doğru olan qızıl qoç və arxa fonda səkkizguşəli iri gözlü günəş təsviri qəbul edilib. Alimlər qeyd edir ki, I Şah Abbasın dönəmində artıq Səfəvilər dövlətinin bayrağında bizlər şiru-xurşid təsvirinə (ön planda yumruğunu düyünləmiş aslan və arxa fonda günəş) rast gəlirik. Göründüyü kimi, Qızılbaşlıq ideologiyasının təşəkkül tapdığı dönəmdən bu yana Qızılbaşların bir neçə rəsmi və qeyri-rəsmi bayrağı olub. Bunlardan hansının məhz Şah İsmayıl Xətai dövrünə aid olduğunu araşdırarkən ortaya ilginc faktlar çıxır. "Cahanarayi-Şah İsmayıl Səfəvi" adlı tarixi mənbədə I Şah İsmayılın 1508-ci ildə Bağdada varid olması bu cür qeyd olunub: "Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı".
Professor Misir Mərdanovun "Azərbaycan Respublikasının dövlət rəmzləri" adlı kitabında qeyd edilir ki, aypara və səkkizguşəli ulduz simvolikası barədə bu kitabda müəyyən elmi-tarixi əsaslara söykənən məlumatlar var. Burdakı səkkizguşəli ulduz sırf Günəş təsviridir. Bizlər Qobustan qayalıqlarında eyni rəmzlərlə üzləşirik və aydın olur ki, Ay və Günəş simvolları azı 8-10 min il əvvəl bu torpaqlarda qutsal simgələr kimi qəbul edilib, eradan əvvəl XXI əsrdə (III minilliyin sonu) isə Azərbaycanın Quti (Oğuz) adlı tayfalar birləşməsi İkiçay arasında hakimiyyəti ələ keçirdikdən sonra ay-ulduz rəmzləri bu ərazidə geniş yayılmağa başlayır. Aypara və Günəşi ifadə edən böyük ulduz simvolu eyni zamanda qədim azərlərin (oğuzların) dini-astroloji görüşləri ilə də sıx bağlıdır. Yəni qədim Azərbaycan qamları həm göy qübbəsi haqda, həm planetimizə birbaşa təsir göstərən Günəş və Ay barəsində, həm astronomiya və astrologiyaya dair geniş bilgilərə sahib idilər. İslam alimləri bir məsələdə yekdil fikirdədir ki, eradan əvvəl III minilliyin sonunda İkiçayarası xalqı Aya, Günəşə və ulduzlara tapınmaqla onları simvollaşdırıb. Əlbəttə, burda o zaman həmin ərazilərin şəksiz sahibi olan qədim qutilərin (oğuzların) dini-astroloji görüşlərinin danılmaz rolu var. Qədim türk dövlətlərinin və oğuz boylarının başlıca simgələri arasında ayparaya və Günəşi ifadə edən səkkizguşəyə rast gəlinməkdədir. Eyni simvollar qədim türk-oğuzların qəbirləri üzərindəki sinə daşlarında da qarşımıza çıxır. Sözügedən simvolların ilkin və daha qədim məna yozumu Oğuz Xaqanın oğulları, bugünkü Azərbaycan və Anadolu türklərinin mifik babaları hesab olunan Ay Xan və Gün Xan ilə bağlıdır. Ağa Məhəmməd şah Qacarın Osmanlı sultanına yazdığı məktubda şah Qacar xanədanının Ay Xanın, Osmanoğullarının isə Gün Xanın övladları olduğunu qeyd edir və fəxrlə "gündüzlər dünyanı işıqlandırmağa nə var, oğul istəyirəm ki, gecələr cahanı aydınlatsın" - deyir.
Alimlər yazır ki, Səfəvi bayraqlarında olan simvollar azərbaycançılıqla sıx bağlıdır və onların görünüşü, daşıdığı mahiyyət sırf milli və dini birliyə xidmət edir: "Mənbələrdə yazılır ki, Allah-təalanın bəşəriyyətə göndərdiyi son din olan islamın təşəkkülü və yayılması türk-oğuzlara məxsus aypara və Günəş simvollarının yeni məna kəsb etməsinə gətirib çıxardı, "şəmsü-qəmər" ifadəsi yazılan əsərlərdə yer aldı. Bu dönəmdən başlayaraq Azərbaycanın dahi şair və mütəfəkkirlərinin əsərlərində ay-ulduzla bağlı çoxmənalı sitatlar özünə yer tutmağa başlayıb. Bu, bir çox səbəblərlə yanaşı, həm də Qurani-Kərimdə Günəş və Ay barədə düşündürücü ayələrin olması ilə də bağlı idi (xatırlada bilərik ki, Qurani-Kərimdə həm əş-Şəms, həm də əl-Qəmər adlı surələr var). Əş-Şəms surəsi aşağıdakı ayələrlə başlayır:
"1 - And olsun Günəşə və onun işığına (Günəşin qalxdığı vaxta);
2 - And olsun (Günəşin) ardınca çıxan Aya!"
Həqq-Təalanın müqəddəs kitabında Ay və Günəşin and obyekti kimi göstərilməsi öz-özlüyündə islam mütəfəkkirlərinin əsərlərinə öz təsirini buraxdı. Nizami Gəncəvinin "Səadət günəşi birlikdən doğar" fikrində "birlik" sözü məhz islam birliyini və onu təmsil edən ayparanı ifadə edirdi. Hürufiliyin ideyavericisi Seyid İmadəddin Nəsiminin qəzəllərində də Ay-ulduz, Ay-Günəş təsvirlərinə geniş yer verilib - bəzi yerlərdə sırf astronomik və astroloji, bəzi məqamlarda isə dərin sətiraltı məna çalarları ilə. Qızılbaş düşüncə sistemi bu simvolları Həzrəti-Mühəmməd (s) və Həzrət Əli(ə) ilə bağlayırdı. Şah İsmayıl Xətainin aşağıdakı misrası buna bariz nümunədir:
Xətai der rəhm etməzəm yalana,
Özün təslim edər özü gələnə,
Ay Əlidir, Gün Mühəmməd, bilənə,
Bax nəzər eylə də həmən arif ol.
Yeri gəlmişkən, Ay və Günəş rəmzlərinin islami anlamda işlənməsi öz-özlüyündə bir sıra astronomik biliklərlə uzlaşır. Belə ki, Həzrət Əli(ə)-nin ifadə etdiyi bildirilən Ay özünün bizə görünən işığını, nurunu məhz Həzrəti-Mühəmməd(s)-in bənzədildiyi Günəşdən alır. İslam simvolikasında Günəşi ifadə edən ulduzun Ayparanın içinə yaxın təsvir edilməsi islam peyğəmbərinin ən yaxın köməkçisinin Tanrı elçisini hər addımda qoruması motivi ilə uyğun gəlir.
Tarixçilər yazır ki, müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağındakı ay-ulduz rəmzləri məhz Şah İsmayıl Səfəvidən qalmadır. Azərbaycan Bayrağının ilk ideyavericisi olan dahi ideoloqumuz Əli bəy Hüseynzadə, eləcə də digərləri Azərbaycan Demokratik Cumhuriyyətinin Dövlət Bayrağının yaradıcıları olublar. Milli təfəkkür sahibi olan insanlar ay-ulduz simvolunun qeyd edilən məna yozumlarını bilirdilər. Alimlər qeyd edir ki, Səfəvilərin azərbaycançılıq ideyasının daşıyıcısı olan dövlətçilik elementləri bu gün geniş səviyyədə tədqiq edilir. Bayraqlar milli ruhun daşıyıcısıdır və xalqımızın, dövlətimizin başucalığıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ