Bazar günü günü, 29 noyabr 2026
     

29 mart 1994-cü il - müstəqil Azərbaycan dövlətçiliyi tarixində mühüm siyasi akt...

Image



Artıq milli bayramımız olan Yeni Gün-Novruz istirahətindən ayrılıb işimizin başına qayıtdıq. Yeni iş günümüz dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan 29 mart tarixinə təsadüf etdi. 29 mart müasir Azərbaycan tarixinin çox önəmli hadisəsinin yazıldığı, unudulmaz bir səhifədir. 1990-cı il 20 Yanvar hadisəsi unudulmaz, yaddan çıxmaz, hər zaman xatırlanan və çağdaş tariximizin qanla yazılan qəhrəmanlıq epopeyasıdır.
Bəs 1994-cü ilin 29 mart tarixində nə baş veribğ Niyə bu tarix xalqımız və dövlətçilik tariximiz üçün dəyərlidirğ Bəli, bu günün əhəmiyyətini dövlətçiliyimiz üçün vacib edən məqam onunla bağlıdır ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilib və bu hadisələrə siyasi-hüquqi qiymət verilib.
Az qala çoxlarının unutduğu bu hadisə tarixçilərin, bu faciədən əziyyət çəkənlərin yaddaşındadır. Azərbaycan mətbuatı isə bu əlamətdar tarixi unutmayıb.
Tarixçilərin verdiyi məlumata görə, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməyib. 1990-cı il yanvarın 20-də Bakıda törədilən faciəli hadisəyə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində siyasi-hüquqi qiymət verilib.
Məlum olduğu kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılan bir səhifədir. Bu tarix həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü kimi xarakterizə edilir. Tarixçilər bildirir ki, xalqın yanında həqiqi liderin olmaması nəticəsində bu hadisə zamanında öz qiymətini ala bilməyib. Ölkədən kənarda yaşayan və 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev olub. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edib, qoşunların Bakıdan çıxarılmasını tələb edib. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdiriblər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi, özü də imperiyanın mərkəzində, Moskvada...
O da bəllidir ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəlib, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu istiqamətdə böyük işlər görüb. Onu da vurğulayaq ki, «20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da «1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında» qərar qəbul edilib. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Onu da xatırladaq ki, ümummilli lider Heydər Əliyev Bakıda 1990-cı ilin faciəli yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşmüşdü. Bu mühüm görüş 19 yanvar 1994-cü ildə, yəni bu faciəyə siyasi-hüquqi qiymət verilməmişdən on gün əvvəl baş verib.
Ümummilli lider həmin görüşdə nitq söyləmişdi: «...Bu günlər biz 20 Yanvar faciəsinin dördüncü ildönümünü qeyd edirik. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində ən qara səhifələrdən biridir. Həmin gün, yəni yanvarın 20-nə keçən gecə Azərbaycan xalqına qarşı hərbi, siyasi, mənəvi təcavüz edilib, onun sinəsinə süngü sancılıb, xalqımızı əzmək, tapdalamaq, onun mənliyini təhqir etmək üçün dəhşətli cinayətlər törədilib. Bu faciə Azərbaycan xalqının həyatında böyük dəyişikliklər əmələ gətirib. Həm də bu faciə ondan qabaqkı dövrdə Azərbaycan xalqının başına gəlmiş bəlalar və hadisələrlə sıx bağlıdır. Ondan öncə, bir neçə il əvvəl təcavüzkar qüvvələr tərəfindən Azərbaycan Respublikasını, Azərbaycanı parçalamaq, dağıtmaq, Azərbaycan torpaqlarını zəbt etmək meylləri planlaşdırılmış və həyata keçirilirdi.
Bunların hamısını tamamilə həyata keçirmək üçün Azərbaycan xalqının iradəsini qırmaq, xalqımızı əzmək lazım idi. 20 Yanvar faciəsi də məhz bununla əlaqədar olaraq törədilmişdir. O gün, o gecə bizim əziz balalarımız, qardaşlarımız, bacılarımız həlak olmuş, bir çoxları xəsarət almış, indi də yaşayır. Lakin məsələ tək bununla qurtarmır. O gün Azərbaycan xalqı təhqir edilmişdir. O gün Azərbaycan xalqına qarşı təcavüz olunmuşdur. Təəssüf ki, xalqa xəyanət etmiş olan öz içimizdəki adamlar o təcavüzü ört-basdır etməyə çalışmışlar. Artıq dörd ildir ki, bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Eyni zamanda onu qeyd etmək lazımdır ki, o qanlı yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir, öz azadlığına, suverenliyinə nail olmuşdur...».
Onu da qeyd edək ki, ümummilli lider bu hadisəyə qiymət verərək bildirib ki, o günün böyük siyasi-mənəvi mənası var: «Yenə də deyirəm, o günün mənası həyatını qurban vermiş, yaxud yaralanmış adamların sayı ilə ölçülməməlidir. O günün böyük siyasi-mənəvi mənası var. Təəssüf ki, bu dörd ildə həmin məsələyə dövlət orqanları, hakimiyyət orqanları tərəfindən lazımi münasibət göstərilməyib və ayrı-ayrı vətənpərvər adamlarımızın harayı, səsi eşidilməyib, boğulubdur. Günahkarlar da meydana çıxarılmayıb və bu məsələyə ədalətli siyasi-hüquqi qiymət verilməyib. Mən şəhid ailələrinin hamısına başsağlığı verirəm. Allahdan sizə səbr diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti kimi bu məsələlərin araşdırılmasında və 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində öz səylərimi davam etdirəcəyəm.
Burada şəhid ailələrinin, yaralanmış şəxslərin 20 Yanvar faciəsi ilə əlaqədar bir çox problemləri meydana çıxdı. Mən heç təsəvvür edə bilməzdim ki, dörd il müddətində bu problemlər həll olunmayıb. Odur ki, görüşümüz bu mənada mənə çox şey verdi. Dərhal sizə bildirmək istəyirəm: 5 yanvar tarixli Fərmanımla yaradılmış komissiyaya tapşırıram ki, öz işini bundan sonra da davam etdirsin və 20 Yanvar faciəsi ilə bağlı bütün problemlərin araşdırılması, həll olunması üçün tədbirlər görsün. Bu məsələlər şəxsən mənim nəzarətim altında olacaqdır. Sizi əmin etmək istəyirəm ki, biz bütün məsələlərin həll edilməsinə imkan daxilində çalışacağıq və mən bir Prezident kimi öz fərmanlarımla, sərəncamlarımla, qərarlarımla həmin məsələlərin həlli üçün lazımi tədbirlər görəcəyəm. Mən bir məsələ barəsində öz fikrimi demək istəyirəm. İlk şəhidlərimiz burada, indi Şəhidlər Xiyabanı adlanan yerdə (keçmişdə biz ona Dağüstü park deyirdik) dəfn ediliblər. Onlar Yanvar faciəsinin şəhidləridir. Ora müqəddəs yerdir, hər birimiz üçün ziyarətgahdır və müqəddəs yer kimi də tariximizdə qalacaqdır. Bununla bərabər hesab edirəm ki, 20 Yanvar, məhz 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün və bu məsələnin Azərbaycan xalqının tarixində mühüm siyasi rolunu indiki və gələcək nəsillərə daim nümayiş etdirmək üçün Bakıda 20 Yanvar faciəsi şəhidlərinə həsr olunmuş abidə ucaldılmalıdır. O gün, 20 yanvar gecəsi şəhid olanların hamısının adları bu abidədə yazılmalı, həkk edilməlidir. Bu, xalqımızın tarixində qalmalıdır.
Xalqımız tarix boyu çox şəhidlər veribdir. Xalqımız çoxəsrlik və zəngin tarixə malikdir. Şəhidlərimiz çoxdur, lakin hər dövrdə şəhid olanların tarixdə öz yeri var və hər dövrdə baş vermiş hadisələrin öz əhəmiyyəti var, 1990-cı ilin 20 Yanvar faciəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu hadisə xüsusi qeyd olunmalıdır».
Heydər Əliyevin bu məzmunlu çıxışı 20 Yanvar hadisəsində ailə üzvlərini itirən, doğmaları şəhid olan insanlara böyük təsəlli oldu. Bu yalnız təsəlli deyildi, həm də 20 Yanvar şəhidlərinin ruhuna böyük hörmət, bu hadisəyə siyasi-hüquqi qiymət veriləcəyinə ümidləndirmək idi. O, həqiqətən də insanların ümidini doğrultdu və 20 Yanvar hadisəsinə layiqli qiymət verdi.
1994-cü ilin 29 mart tarixində Heydər Əliyev tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilib. Bunun milli dövlətçilik tariximiz üçün əhəmiyyətini necə qiymətləndirmək olar?
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı «Bakı-Xəbər»ə açıqlamasında məsələyə belə münasibət bildirdi: «20 Yanvar hadisəsi sovet rəhbərliyinin ölkənin dinc vətəndaşlarına qarşı törətdiyi cinayət idi. Bu hadisəyə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il martın 29-da hüquqi-siyasi qiymət verdi. Verilən qiymət milli dövlətçiliyimizin bu günü və gələcəyi baxımından müstəsna əhəmiyyətə malikdir. Qərarda bu hadisə antiinsani, qəddar hərəkət olaraq qiymətləndirildi. Verilən qiymətdən alınan ibrət ondan ibarətdir ki, belə hadisələrin bir daha təkrarlanmaması üçün dövlət güclü olmalı, xalq və hakimiyyət arasında sıx birlik olmalıdır».
Musa Qasımlı Heydər Əliyevə qədər bu məsələyə hüquqi-siyasi qiymət verilməməsinin səbəbinə də aydınlıq gətirdi. Professor M.Qasımlı bildirdi ki, bu cür mühüm məsələyə qiymət vermək üçün cəsarət və siyasi iradə tələb olunur: «Hesab edirəm ki, belə bir qiymətin verilməsi və həqiqətlərin söylənməsi üçün cəsarət və siyasi iradə lazım idi. Belə bir iradə ortaya qoyulmamışdı. Müəyyən cəhdlər olsa da, verilən qiymət tam deyildi».
Millət vəkili, tarixçi alim Fəzail İbrahimli də 20 Yanvar hadisəsinə Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilməsini çağdaş dövlətçilik tariximiz üçün olduqca mühüm hadisə hesab edir: «20 Yanvar hadisələri Azərbaycan xalqının həm faciə, həm də şərəf və ləyaqət tarixidir. Bu çətin gün insanların iradəsini gücləndirdi, möhkəmləndirdi. Bu, xalqın çətin, ağrılı günləri idi. Bilirsiz, 20 Yanvara gedən o yolların özü ziqzaqlı yollar idi...».
Fəzail müəllim bildirdi ki, 20 Yanvar hadisələrinə qədər xalqımız bir sıra acı proseslərə şahidlik edib. Millət vəkilinin bildirdiyinə görə, 1990-cı il yanvarın 13-də polis fəaliyyətini dayandırıb, Milli Təhlükəsizlik Komitəsi hazırlanmış ssenarilərin həyata keçməsinə kömək edib və bu da xalqın daha da qəzəblənməsinə səbəb olub.
Millət vəkili 20 Yanvar hadisələrinə verilən siyasi-hüquqi qiymət haqda, bunun çağdaş dövlətçilik tariximizdə oynadığı rol barədə belə danışdı: «Azərbaycanda hadisələr elə sürətlə gedirdi ki, bu hadisələri cilovlaya bilmək üçün oturuşmuş bir lider, dövlət xadimi respublikada deyildi. 20 Yanvar hadisəsi zamanı xalqı Azərbaycan Xalq Cəbhəsi küçəyə çıxarmışdı. Ondan əvvəl hakimiyyətdə iştirak edən o hakimiyyətpərəst qüvvələrin başı özünə elə qarışmışdı ki, vaxt tapa bilmirdilər ki, bu hadisələrə dərindən əhəmiyyət versinlər, yaxud kimisə ittiham edə bilsinlər. Səksəki vəziyyətdə hərəkət edirdilər. Cəbhə hakimiyyətə gəldikdən sonra onlar da müəyyən qədər istintaq komissiyası yaratdılar, amma təbii ki, bu işlərin hamısı yarımçıq qaldı... Azərbaycanı tarix iki dəfə böyük sınağa çəkib. Bir 1918-ci il mart hadisələrindən sonra...»Ya ayağa qalx, öz dövlətçiliyini bərpa et, ya da ki, ayrı-ayrı dövlətlərin malına, quluna çevril». Onda dünya təhsili görmüş bir qrup kişi ayağa qalxdı və Cumhuriyyəti elan etdi və bu Cumhuriyyət 23 ay yaşadı. Buna baxmayaraq, sərhədi, paytaxtı olan bir dövlətə çevrildi. O sərhədlər çərçivəsində 71 il imperiya tərkibində yaşadı. 1991-ci ildə imperiyadan qopan Azərbaycan yenə tarixi sınaq qarşısında idi. Yenə də bölünmək, parçalanmaq, Azərbaycanın öz istiqlalını itirmək təhlükəsi vardı. Ona görə də kənar xarici qüvvələrin və daxili qüvvələrin birliyi Azərbaycan üçün təhlükə yaratmışdı. Həmin məqamda Tanrı Heydər Əliyevin simasında Azərbaycanın xilaskarını yetirdi. O, bütün proseslərə nizam çəkə bildi. O tarixi proseslər içərisində dünyasını dəyişən və milli azadlıq uğrunda mübarizədə şəhid olan insanların ruhunu şad etdi. 20 Yanvar faciəsinin səbəbləri aşkarlandı, onun qatilləri üzə çıxarıldı və nəhayət hadisə öz obyektiv tarixi qiymətini ala bildi».
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ