Bazar günü günü, 29 noyabr 2026
     

Novruz - Yeni Gün bayramı dirilik, oyanış, qurtuluş simvolu kimi...

Image


Ovqatımızı yeni günə, yeni həyata kökləyirik. Tamam başqa bir əhvaldayıq, bahar nəfəsi canımıza, nəfəsimizə, ruhumuza, həyat tərzimizə sirayət edir. Ətrafda hər şeyi təzə-tər görürsən, yeni görürsən. Bahar gəlib, özü də başqa bir hava ilə, başqa bir ruhla... Bu gəliş milyon illərdir insanları şad edir, əməyə-zəhmətə, əkin-səpinə, torpaqla can bir qəlbdə olmağa səsləyir.
Azərbaycan türkü tarix boyu baharın, yazın gəlişini Yeni Gün adı ilə bayram edir, müxtəlif mərasimlər, törənlər keçirir, ellikcə əl bir, dil bir olurlar. Lap qədim çağlarda türk insanı Yeni Günü-Novruzu çillədən, qaramatdan, ağrı-acıdan çıxmaq, qurtulmaq hadisəsi kimi qəbul edib və onu bayrama çevirib.
Azərbaycan türkü üçün Yeni Gün yeni həyatın başlanğıcı, təzə arzuların pöhrələndiyi bir bayramdır. Uzun illərdir Yeni Günü Novruz adı ilə tanıyıb sevmişik. Bizim milli bayramımız olan Yeni Gün işıq, hava, xoş əhval, azadlıq, qaranlıqdan aydınlığa çıxmaq arzusu, istəyi ilə müşayiət olunub.
Azərbaycan mərasimşünasları və etnoqraflarının verdiyi bilgiyə görə, Novruz bayramı-Yeni Gün Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın-yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
Onu da bildirək ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Azərbaycan xalqının əsrlər uzunu qeyd etdiyi və həyatının davamı bildiyi Novruz bayramı haqqında professor Məhərrəm Qasımlı "Bakı-Xəbər"ə bildirdi ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının da özünəməxsus yeri var. Onun bildirdiyinə görə, ibtidai çağlara məxsus ilkin dünyaduyumu və arxaik mifoloji inanclardan qaynaqlanan yazı - yeni günü qarşılama mərasimi yüzillikləri çevrələyən tarixi təkamül prosesi nəticəsində zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına-Novruza çevrilib: "Bu baxımdan Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. Uzun sürən qış dönəminin çətinlik və məşəqqətlərindən (soyuq, qida sıxıntısı və s.) qurtulub yaşayışa müsbət təsir edən işıq, istilik, qida imkanları açan yaz dönəminə başlamaq arzusu əcdadlarımızı bu mürəkkəb və zəngin mərasim kompleksini yaratmağa təşviq edib. Aydınlıq üçün deməliyik ki, bir sıra araşdırıcılar Novruz mərasimindəki od-tonqal ünsürünü yalnız zahiri əlamətlərinə istinadən yanlış olaraq atəşpərəstliklə bağlayırlar. Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Onlar Allah, ilahi qüvvə saydıqları oda-atəşə o dərəcədə müqəddəs bir şey kimi baxırdılar ki, hətta oda öz nəfəslərinin belə toxunmasını istəmirdilər. Zərdüştlüyə görə, insanın nəfəsi təmiz deyil və onun müqəddəs oda-atəşə toxunması günahdır. Buna görə də atəşgahlarda oda-atəşə qulluq edən kahinlər üzlərinə xüsusi niqab örtürdülər ki, nəfəsləri oda toxunmasın. Bu gün Abşeron kəndlərində və bir sıra başqa yerlərdə yanar neft lampasının üfürülərək söndürülməsinin günah sayılması da atəşpərəst inancının qalıntısıdır. Göründüyü kimi, oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq var. Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydıqları halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: "ağrım-acım tökülsün, bu odda yansın" - mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü "Avesta" - atəşpərəstliklə bağlı deyil. Bu, odu-atəşi-işığı-günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran təmizləyici, saflaşdırıcı bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inancıdır".
Alim qeyd edir ki, yaz mərasimi daha çox Şimal yarımkürəsində yaşayan xalqlar arasında qeyd olunur. Cənub yarımkürəsində (Afrika, Hindistan, Cənubi Asiya və başqa bu kimi ərazilərdə) qış, demək olar ki, duyulmadığından, belə bir mərasimin keçirilməsinə ehtiyac olmayıb: "Bunun əksinə, Şimal yarımkürəsində yaz-qış əvəzlənməsi qabarıq görüntü yaratdığından, bu yarımkürədə yaşayan bütün xalqlar qışın gedişini və yazın gəlişini bir-birinə bənzər mərasimlərlə qeyd edirlər. Sadəcə olaraq, Şimal yarımkürəsinin müxtəlif qurşaqlarında iqlim dəyişməsi fərqli zamanlara düşdüyündən, ayrı-ayrı ərazilərdə yazın qarşılanması münasibətilə keçirilən mərasimlər müxtəlif (əslində o qədər də aralı olmayan) vaxtlarda baş verir. Məsələn, yazın bayram kimi Çində fevral, Orta Asiya, İran, Anadolu və Azərbaycanda mart, Rusiyada aprel aylarında qarşılanması bu səbəbdəndir.
Yaz mərasimi insanlığın ilkin çağlarından kök alıb gəldiyindən, etnik fərqlərdən asılı olmayaraq, müxtəlif xalqların çeşidli adlar altında keçirdiyi bu bayramın tərkibində əski mifik təsəvvürlərlə bağlı çox sayda oxşar ünsürlər müşahidə edilməkdədir ki, onların böyük əksəriyyəti tipoloji səciyyə daşıyır. Türk Novruzu ilə slavyan Pasxası arasındakı bənzəyiş və paralellər bu baxımdan təsir amili kimi yox, ilkin-ibtidai çağların mifik dünyaduyumundan gələn tipoloji oxşarlıq kimi dəyərləndirilməlidir. Eyni tipoloji bənzəyiş (tonqal qalanması, yumurta boyanması, şirniyyat hazırlanması, süfrə bəzənməsi, musiqi, rəqs, oyun, mahnı oxumaq və s.) digər xalqların yaz mərasimlərində də müşahidə edilməkdədir. Şimal yarımkürəsi insanı sadalanan mərasim ünsürləri ilə təbiətə təsir etmək, xoş ovqat, bayram əhvalı yaradaraq havanı mülayimləşdirmək, yaz, işıq, xeyir ruhlarını çağırıb gətirmək inamını simvollaşdırıb".
M.Qasımlı bildirdi ki, Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək arzu-istəyini simvollaşdırır. Onun sözlərinə görə, süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə inamla bağlıdır: "Azərbaycanın bir sıra bölgələrində (Ordubad, Təbriz, Urmiya və s.) ilaxır çərşənbənin "Yeddi ləvin bayramı" adı ilə tanınması da bu səbəbdəndir. Zərdüştilik dönəmində süfrəyə "şin"(ş) hərfi ilə başlanan yeddi cür nemət qoyularmış: şərbət, şəkər, şam, şərab, şəkərbura və s. Sonralar İslam dönəmində "şərab" yasaq olunduğu üçün "şin" (ş) hərfi "sin" (s) hərfi ilə əvəz olunub və süfrəyə bu hərflə başlanan yeddi cür nemət qoyulması məqsədyönlü bilinib: su, süd, səməni, səbzə (göyərti), sumaq və s. Yuxarıda qeyd etdik ki, yeddilik sistemi çərşənbələrin sayında da qorunub. Yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalqlar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə təbiidir. Novruzun qırğız-qazax-tacik, yaxud özbək-əfqan, eləcə də Azərbaycan-Anadolu-İran-İraq oxşarlıqları bu baxımdan bir çox başqa cəhətlərlə yanaşı, coğrafi şərait və iqlim uyğunluğundan irəli gəlir. Bununla belə, hər bir etnosun və bölgənin başqasında təkrarı olmayan bənzərsiz yaz mərasim və ayinləri mövcuddur".
Alim hesab edir ki, bu ayinlərdən "Sayaçı", "Təkəçi", "Kosa-kosa" (əslində "kosa" da "təkə" deməkdir), "Xanbəzəmə", "Kilimarası", "Üzüksalma", "Maral oyunu", "Cangülüm" və başqa bu kimi sırf elat həyat tərzindən gələn mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi, güzəranın, yaşayışın canlanıb qaynaması ilə bağlı yaranıb və istisnasız olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır. Onun sözlərinə görə, məsələn, Azərbaycan Novruzunun mühüm atributu olan "Kosa-kosa" mərasimində "Kosa" - köhnə ilin təmsilçisi olan qocalmış keçi obrazında çıxış edir və mərasimin sonunda oyun-tamaşaya daxil olan yeni, gənc keçi tərəfindən qovulur və ya öldürülür. O qeyd edir ki, burada məclisə yeni gələn, gənc keçi yeni ilin, məclisdən qovulub uzaqlaşdırılan Kosa - köhnə keçi isə köhnə ilin simvolu kimi düşünülüb: "Yaxud indi də Ordubadda keçirilməkdə olan "Xanbəzəmə" mərasimində qaraqabaq xanı əyləncəli oyun-hərəkətlərlə güldürmək və bundan sonra onu suya basmaq zəhmli, qorxulu, qaraqabaq qışı gülər günlə, yağışla, günəşli yazla əvəzləmək istəyinin rəmzi ifadəsidir. Bu sıradan olan folklor örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars, tacik, ərəb) yazı qarşılama mərasimlərində müşahidə olunmur".
Alim bildirir ki, adını çəkdiyi mərasim-tamaşaların, xüsusən də sayaçı mərasiminin yurdumuzda keçirilən Novruz - Yeni Gün şənliklərində folklor kollektivləri tərəfindən icra-ifa edilməsi soykökə-qan yaddaşına qayıdış üçün son dərəcə gərəkli və əhəmiyyətlidir. Onun dediyinə görə, ilin yaza dönən çağlarında Türküstanda "sayal", Altay və Saxa-Yakutiyada "sağalqan" (süd bayramı) mərasimlərinin keçirilməsi və bu mərasimlərin bizim milli-etnik yaddaşımızdakı sayaçı mərasimi ilə genetik bağlara malik olması göstərir ki, həmin folklor ritualı yaz - yeni gün mərasiminin başlıca özəlliklərindən biridir və olduqca dərin köklərə malikdir: "Novruz - Yeni Gün bayramının dirilik, oyanış, qurtuluş kimi ulusumuzun yaddaşında möhkəmlənməsinin bir səbəbi də bu günün bir sıra əlamətlərinin Ərgənəkonla bağlılığıdır. Əbül Qazı Bahadır xan özünün məşhur "Şəcəreyi-türki"sində yazır ki, türklər Ərgənəkondakı dəmir dağları yararaq boz qurdun rəhbərliyi, yol göstəriciliyi ilə zülmətdən qurtuluşa çıxdıqları günü yadda saxladılar və hər il həmin vaxtı bayram elədilər. Bu mənada Ərgənəkondan çıxış-qurtuluş yeni gün kimi, Bozqurd bayramı kimi mübarəkdir. "Ərgənəkon" dastanının özündə də qurtuluşun mart ayına-yazın başlanğıcına düşdüyü xatırlanır. Türk etnik-mədəni sistemində 9 (doqquz) rəqəmi müqəddəs və uğurlu sayıldığından, Ərgənəkondan çıxış-qurtuluş günü uzun müddət "mart doqquzu" deyə xatırlanıb və həmin gün çəkiclə dəmir zindanı döymək, yaxud dəmiri dəmirə vurmaq uğur gətirən bir ritual kimi yerinə yetirilib. Olsun ki, Ərgənəkondan çıxış-yeni gün türk etnik-mədəni sisteminin daxilində bir müddət ayrıca mərasim keçirməklə xatırlandıqdan sonra, tarixi-siyasi şərait və şərtlərdən asılı olaraq, tədricən yaz - Yeni Gün-Novruz mərasimi ilə qaynayıb-qarışıb.
Novruz bir mövsüm mərasimi kimi irimiqyaslı coğrafi hüdudlara yayıldığından və hər il istisnasız olaraq uyğun təqvim məqamında böyük coşğu ilə keçirildiyindən, müxtəlif tarixi mərhələlərdə hakim ideoloji sistemlər ondan siyasi məqsədlər üçün istifadə etməyə cəhd ediblər. Belə ki, atəşpərəstlər Novruzu zərdüştlüklə əlaqələndirməyə çalışıb (guya Zərdüştə bu gün peyğəmbərlik verilib) və hətta böyük nüfuz sahibi olduqları zamanlarda bu bayrama özlərinin bir sıra cizgilərini (səməni, şam yandırmaq və s.) daxil edə biliblər. İranda Novruza sırf İran hadisəsi anlamı vermək məqsədilə onu ədalət-xilaskarlıq simvolu olan mifik qəhrəman Firudinin şər-istibdad qüvvə sayılan Zöhhakı (Dehhakı) məğlub etdiyi gün və ya mifik Cəmşid xaqanın taxta oturduğu gün sayaraq bu yöndə çoxsaylı rəvayətlər yaradılıb. Daha sonra Novruzu islama bağlamaq üçün çeşidli rəvayətlər düzəldilib. İslamla əlaqəli rəvayətlərdə Novruz gah Həzrət Əlinin anadan olduğu gün, gah taxta oturduğu gün, gah Fatimeyi-Zəhra ilə kəbin kəsdirdiyi gün, gah da onların övladlarının dünyaya gəldiyi gün hesab edilir. Bu yöndə təbliğat bayrama məzhəbi don geydirmək kimi aşırı mövqeyə qədər gedib çıxırdı. Əlbəttə, bütün bunlar xalqın mənəviyyatına daha güclü şəkildə nüfuz etmək, öz siyasi-ideoloji məqsədlərini bu bayram mərasimi daxilinə yeridərək xalqın uzunmüddətli dəstəyini qazanmaq niyyəti ilə edilib".
Alim qeyd edir ki, astronomik təqvim üzrə Novruzun yerinin təsbitlənməsi-gecə ilə gündüzün bərabərləşdiyi gün (21 mart) və saatın dəqiq müəyyənləşdirilməsi isə səlcuqlu hökmdarı Məlikşah Qəznəvinin göstərişi ilə dövrün böyük şair və alimi Ömər Xəyyam tərəfindən (1074-1079-cu illərdə) həyata keçirilib. Onun bildirdiyinə görə, Səmərqənd rəsədxanasında bir neçə il çəkən müşahidə və tədqiqatların nəticəsində Ömər Xəyyam gecə ilə gündüzün bərabələşməsinin dəqiq cədvəl-təqvimini hazırlayıb: "Onun Məlik şahın şərəfinə "Sultan təqvimi", yaxud "Təqvimi-cəlaliyyə" adlandırdığı bu astronomik təqvim indi də öz elmi dəqiqliyi ilə heyrət doğurur. Beləliklə, indiki halda tarixin dərin qatlarından yol alıb gələn Novruz bayramının tərkibi aşağıdakı iki əsas laydan ibarətdir:
a) təbiətin oyanmasını əks etdirən əski mifoloji qat;
b) müxtəlif tarixi dönəmlərin ovqatını ifadə və inikas edən siyasi-ideoloji qat.
Birinci qat əsas və aparıcı axarı təşkil edir. Burada mövsüm mərasiminin genetik başlanğıcı, təkamül prosesi, tarixi-tipoloji səciyyəsi öz əksini tapır. İkinci qatda isə ayrı-ayrı epoxalara məxsus hakim sistemlərin mərasimdən məqsədli şəkildə faydalanmaq, onu öz ideoloji qəlibinə salmaq, siyasi mənafeyin icrasına çevirmək niyyəti qərarlaşıb. Yüzillər aşıb keçib, siyasi-ideoloji sistemlərin biri digərini əvəz edib, hər yeni gələn sistem Novruzu özününkü etməyə çalışıb, ancaq buna axıracan nail ola bilməyib. Təbiətin oyanışını inikas edən ilkin mifoloji qat xalqın etnoqrafik həyatına qovuşaraq əsl xalq bayramını ortaya gətirib. Bu gün Azərbaycanda keçirilən Novruz hər cür siyasi-ideoloji rənglərdən azad olaraq, sözün həqiqi mənasında, ilkin qatla-təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf və duru bir təqvim mərasiminə çevrilib. Humanizm, quruculuq, abadlıq, xeyirxahlıq, xoş münasibət, insanı ucaldan, kamilləşdirən mənəvi dəyərlərə ehtiram və sayğı ilə yanaşmaq, tarix içində olduğu kimi, indi də Azərbaycan Novruzunun əsas göstəricisidir".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ