Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi - milli sərvətimizin beşiyi
Tarix: 19.03.2015 / 01:34
Bölmə: Layihə
Əvvəlki çağlarda çox az adam tapılardı ki, evində fabrikdə toxunan xalçalar olsun, qalan bütün ailələrdə, evlərdə əl xalçaları, nənələrimizin öz əlilə naxış vurduğu, cilaladığı, gerçək bir əsərə çevirdiyi xalılar olardı. Azərbaycan qadınının nəfəs verdiyi xalçalar tariximizin, təsviri incəsənətimizin, mədəniyyətimizin, miniatür sənətimizin nadir inciləri kimi yaşayır.
Azərbaycanda dövlət qayğısı ilə tamamilə əhatə edilən Azərbaycan xalçaları, bu sənət, bu müqəddəs sahə özünün yeni dövrünü yaşayır. Azərbaycan xalçalarının bütün dünyada əfsanəyə çevrildiyi, milyonların ürəyini fəth etdiyi məlumdur. Bilirik ki, dünyanın bir çox muzeylərində, kolleksiyalarda milli xalçalarımız var, özü də çoxdur.
Azərbaycanda xalçalarımızın qayğı ilə əhatələndiyi, qorunduğu, təbliğ edildiyi bir məkan var-Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi. Bu muzeydə Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanıb.
Muzeylə bağlı rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan xalqının maddi və mənəvi irsini təşkil edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Onu da qeyd edirlər ki, arxeoloji materiallara əsasən, Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olunub. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilib. Məlumatlarda daha sonra qeyd edilir ki,
XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. Tarixi mənbələrdə bildirilir ki, incə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində öz əksini tapıb. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə" xalçası, alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilib. Azərbaycan xalçaları haqqında internet saytlarında, o cümlədən də bir sıra sənətşünasların əməyi sayəsində hazırlanan "Vikipediya" məlumatında qeyd edilir ki, Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini: Nyu-Yorkda "Metropoliten", Londonda "Viktoriya və Albert", Sankt-Peterburqda "Ermitaj", Parisdə "Luvr"u və s. bəzəyib. Eləcə də bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində bu sənət incilərinin nadir nümunələri ilə tanış olmaq olar. Muzeyin ekspozisiyasında Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornament quruluşlarına, eləcə də rəng həllinə görə diqqəti cəlb edir. Məlumatlarda o da qeyd edilir ki, Qubada toxunan xalçalardan -"Pirəbədil", "Qımıl", "Sırt-Çiçi" zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının nəcibliyi, səthə taxılmış kimi görünən - toxunması belə hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmi, yığcam rəng qammaları ilə insanı heyran edir. Şirvan xalçalarından - "Muğan", "Şilyan" bir növ ilk - qədim xalçalarımıza oxşayır. Bu xalçalarda qədim xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit kolorit üstündür. Qarabağ xalçaları - "Xanlıq", "Malıbəyli", "Ləmpə"də yüksək kompozisiya ustalığı, ağlasığmaz fantaziya, kolorit əlvanlığı ön planda dayanır. Bakıda hazırlanan xalçalardan - "Xilə - Buta"nın, "Novxanı"nın, "Fatmayi"nin zərif cizgi rəsmi, mürəkkəb ornamentləri var. Olduqca böyük şərtiliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qaçağan", "Qədim Göyçə", "Dəmirçilər" kimi Gəncə və Qazax məktəblərinə aid xalçalarda əsasən naxışların həndəsi üslubuna daha çox üstünlük verilir. Bu naxışlar kainatın sirlərini, mistik təsəvvürləri damğalar və cizgilərin dili ilə bizlərə yetirir. Təbriz xalçalarından - "Sərabi", "Əfşan", "Ləçək - Turunc"da dairəvi və ya spiralvari plastik formaların dekoru, dünyanın əbədiliyi, gözəlliyi və həyat ritmi haqqında təsəvvür yaradır. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycanın məhz belə nadir sənət nümunələrini öz kolleksiyasında toplayıb.
Muzeydə saxlanan dəyərli xəzinənin təsvirinə gəlincə, rəsmi məlumatlara görə, bundan başqa, muzeyin ekspozisiya və fondlarında palaz, cecim, kilim, şəddə, zili, ladı, vərni və sumax daxil olan, bir-birindən rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalar, məişətdə geniş uteletar əhəmiyyət kəsb etməklə yanaşı, yaraşıqlı bəzək elementləri ilə toxunulmuş məfrəş, xurcun, heybə, çanta, çul, xaral və s. kimi xalça məmulatları da toplanıb. Muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar; çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir. Onların içərisində tunc dövrünə aid edilən tunc və keramikadan düzəldilmiş, üzəri həndəsi və zoomorf naxışlarla bəzədilmiş qablar, silahlar, bəzək əşyaları və s. arxeoloji nümunələr, XIV əsrə aid bədii metal və s. daha çox diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsullarını, 10-dan artıq toxunma növünü, onun sirlərini öyrənmək və əyani tanış olmaq olar. Muzeyin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir. Muzeyin zəngin maddi və elmi bazası əsasında 1983-1988 və 2003-cü illərdə "Şərq xalça sənəti", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzularında I, II və III beynəlxalq simpoziumlar keçirilib.
Azərbaycanın mədəni irsinin uzaq və yaxın xaricdə təbliğ edilməsi məqsədilə muzey respublikada və 30-dan artıq xarici ölkədə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil edib. Bunların sırasında Fransa, Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca, Madaqaskar, Türkiyə və s. ölkələri göstərmək olar.
Muzeydə qonaqlara bəyəndikləri əşyanın önündə rəngarəng və zövqlə tikilmiş Azərbaycan milli geyimlərindən istifadə edərək xatirə olaraq foto və video çəkilişlərin aparılması üçün şərait yaradılıb. Muzeydə müxtəlif növ və çeşnidə xalçaların toxunulması və suvenirlərin hazırlanması üçün sifarişlər qəbul olunur, xalça və xalq tətbiqi sənətinin müxtəlif mövzularına dair mühazirələr, ekskursiyalar, müsabiqə, sərgilər, eləcə də xalça toxunan bölgələrə etnoqrafik turlar təşkil edilir. Muzey buklet, bələdçi, kataloq və s. materiallar nəşr edir. Muzeyin zəngin elmi bazası əsasında müxtəlif mövzularda təhsil, folklor proqramları təşkil olunur. Bu proqramlarda maraqlı etnoqrafik səyahətlər, milli xalq ənənəsi üslubunda bədii gecələr və s. təşkil edilir. Eyni zamanda, gənc nəslin tədris proqramında yaxından iştirak etmək, onların estetik zövqünün inkişafı, tarixi-bədii ənənələrimizin öyrədilməsi, təsviri sənət, bədii tikmə sənəti, xalça toxuma ənənələrinin incəliklərinin öyrədilməsi məqsədilə muzey təhsil proqramı hazırlayıb və bu proqram əsasında da məktəblilərlə iş aparır. Muzeyin Şuşa filialı Şuşanın işğalından sonra, 1992-ci ildən etibarən öz fəaliyyətini Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində davam etdirir.
Məlum olduğu kimi, uzun illər muzey binasız idi və fəaliyyətini Muzey Mərkəzində davam etdirirdi. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə muzey üçün dənizkənarı Milli Parkda möhtəşəm bina inşa olunub və 26 avqust 2014-cü ildə Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı ilə Xalça Muzeyinin açılışı olub.
Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Rəsmi məlumatlara görə, ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.
Bildiyimiz kimi, muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan "Viktoriya və Albert" Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur.
Açılış mərasimində çıxış edən ölkə başçımız İlham Əliyev muzeyin inşa olunması zərurətindən və onun əhəmiyyətindən danışıb: "Azərbaycanda Xalça Muzeyi 1960-cı illərin sonlarında görkəmli alim, professor, rəssam Lətif Kərimovun təşəbbüsü ilə açılıb. Ancaq muzeyin öz binası olmayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün vəsait ayrılmışdı və birinci ekspozisiya İçərişəhərdə Cümə məscidində 1972-ci ildə nümayiş etdirilmişdi. Müstəqillik dövründə isə Xalça Muzeyi Muzey Mərkəzində fəaliyyət göstərirdi. Yadımdadır, 2006-cı ildə Muzey Mərkəzində olarkən o cümlədən Xalça Muzeyinə də baş çəkdim və əlbəttə, elə o vaxt dərhal qərar qəbul etdim ki, mütləq Azərbaycanda Xalça Muzeyi üçün ayrıca bina tikilməlidir. Çünki orada həm saxlanma yerləri bizim tələblərimizə uyğun deyildi, eyni zamanda, ekspozisiya üçün də yer çox məhdud idi. Ona görə 2007-ci ildə sərəncam imzalanmışdır ki, Azərbaycanda Xalça Muzeyinin binası tikilsin və 2008-ci ildə bax burada UNESCO-nun baş direktoru cənab Matsuuranın iştirakı ilə bu gözəl, möhtəşəm binanın təməli qoyulmuşdur. Əlbəttə ki, Azərbaycanda tikiləcək Xalça Muzeyi həm daxili tərtibatı, eyni zamanda, xarici görünüşü ilə də fərqlənməli idi. Çünki xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil...".
Ölkə başçısı xalçaçılıq sənətinin Azərbaycanın milli sənəti olduğunu da vurğulayıb: "...Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik.
Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcək. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcək. Bizim mədəni irsimiz, tariximiz, mədəniyyətimiz çox zəngindir. Son illər ərzində dünyanın müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatlar, sərgilər, konsertlər keçirilir. Əlbəttə ki, xalça o təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir. Onu da qeyd etməliyəm ki, mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır. Uzun illər, əsrlər boyu bizim Azərbaycan xalçaları dünyada nümayiş etdirilirdi. Ancaq biz müstəqil ölkə olmadığımız üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilmirdi. Ona görə biz - həm dövlət, hökumət, müvafiq qurumlar, həm də ictimai təşkilatlar çox böyük iş apardıq ki, xalçamızı, Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan xalçası kimi təqdim edək. Hesab edirəm ki, bu muzeyin fəaliyyətə başlaması bu işdə əlavə imkanlar yaradacaq. Çünki əminəm ki, Bakıya gələn qonaqların əksəriyyəti buraya gələcəklər. Eyni zamanda, hesab edirəm ki, biz bu muzeyin ekspozisiyasını və ümumiyyətlə, muzeylə bağlı məlumatları xarici ölkələrə də çatdırmalıyıq. Biz Azərbaycan xalçasının sərgilərini mütəmadi qaydada dünyanın aparıcı ölkələrində nümayiş etdirməliyik. Bunu biz indi edirik. Bu, sistemli xarakter almalıdır. Bir sözlə, haqlı olaraq fəxr edirik ki, bizim nadir sənətimiz - xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaqdır...".
Prezident İlham Əliyevin xalçaçılıq, bu müqəddəs və möhtəşəm sənət haqqında dediyi sözlər öz dəyərini bütün zamanlar üçün qoruyacaq. Dövlətin milli xalçalarımıza qayğısı sonsuzdur və bu, tariximizə, mədəniyyətimizə xidmətdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ