Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlaxır çərşənbə, "Yeddi ləvin bayramı", "Həmişə belə" - elin müqəddəs mərasimi...
Tarix: 17.03.2015 / 01:14
Bölmə: Layihə
Çərşənbələrin qondarma adları hardan qaynaqlanıb?
Bu gün sonuncu ilaxır çərşənbədir. Türk mifoloji fikrində, bizim adət-ənənələr sistemində, məişətimizdə xüsusi yeri olan Novruza-Yeni Günə qədərki çərşənbələrin sonuncusu ilaxır çərşənbə bir sıra özəllikləri ilə yadda qalır. Novruzun yaxınlaşmasını müjdələyən, bizi ona bir addım da yaxınlaşdıran ilaxır çərşənbə xalqımız tərəfindən qeyd edilir. Bu mərasim bölgələrimizdə çox böyük təntənə ilə keçirilir.
Keçən məqalələrimizdə qeyd etmişdik ki, Novruz çərşənbələrinə müxtəlif adlar verilir, elin onlara verdiyi adları unutdurmağa çalışırlar. Tarix elmləri doktoru, tanınmış türkoloq Güllü Yoloğlu bir neçə il əvvəl "Yeni Azərbaycan" qəzetinə bu haqda fikirlərini bildirib": Azərbaycanda "Novruz ensiklopediyası" çap olunub. Amma nədənsə qəzetlər və televiziyalar bu ensiklopediyadan istifadə etmirlər. Orada çərşənbələrin otuza qədər adı var. Bölgələr üzrə məlumatlar toplanıb. 1947-ci ildə Təhmasib müəllim (Məmmədhüseyn Təhmasib-İ.S) namizədlik dissertasiyası yazıb, orada cəmrələr, oğru buğlar, doğru buğlar və s. öz əksini tapıb. Həmin ensiklopediyada 4 ünsürlə bağlı heç bir qeyd yoxdur. Bu günlərdə (bir neçə il əvvəl-İ.S) biz bir elmi konfrans keçirdik və professor Məhərrəm Qasımlı da bu mövzuda geniş açıqlama verdi. O dedi ki, ilk dəfə bu işlə 1988-1989-cu illərdə Ə.Vəzirovun siyasi rəhbərlikdə olduğu dövrdə rastlaşırıq. O aralarda Azərbaycan Dövlət Televiziyasında axır çərşənbə ilə bağlı çıxışlar olurdu. 1990-cı ildə Azərbaycanda qarışıqlıq oldu və Novruz söhbətləri də yığışdırıldı. Sonradan 1991-ci ildə birdən-birə bütün etnoqraflar, tədqiqatçılar və folklorçular bir kənarda qaldı, həmin vaxt prezidentin müşaviri olan Fuad Qasımzadə hazırlanmış materiallar əsasında televiziyadan ilk dəfə bu çərşənbələrlə bağlı məsələləri xalqa təqdim etdi. Növbəti il eyni ssenari davam etdi və folklorçular məəttəl qaldılar ki, bu materiallar hardandır, nə məqsəd güdür? Məhərrəm Qasımlı həmin elmi konfransda söylədi ki, o zaman prezidentə etiraz məktubu da yazılıb ki, bu tendensiyanın qarşısı alınsın. Amma bir səs-səda çıxmayıb. Üstəlik, Azad Nəbiyev özünün bir il əvvəl çap etdirdiyi "Novruz çərşənbələri" kitabını təkzib edən ikinci bir eyniadlı kitabını yazdı və yuxarıda söylədiyim kimi, folklorumuzda su, od, yel, torpaqla bağlı nə ki mövsüm nəğmələri var, həmin kitaba daxil etdi. Azad müəllim ikinci kitabının təqdimatında açıq-aydın yazır ki, bu kitab Fuad Qasımzadənin tövsiyəsi ilə yazılıb. Kitabın ərsəyə gəlməsində isə ona informasiya dəstəyi verən "Kommunist" qəzetinə təşəkkür edir. Fuad müəllimin, bəzi folklorçuların köməyi ilə əsasını qoyduğu o sistem hələ də davam edir. Bütün bunların hamısı efirdə, televiziya vasitəsilə baş verib. Bu gün bütün orta məktəb dərsliklərində bu cür materiallar yer alıb. Bu mənada "böyük yalan" baş verib. Amma bunun qarşısını almağa çalışmalıyıq. Çərşənbələrimizi birmənalı olaraq xalqdan gələn adlarla adlandırmalıyıq.
Mütləq bu məsələyə dövlət səviyyəsində yanaşılmalıdır. Çünki mənəviyyatın, tarixin, etnoqrafiyanın saxtalaşdırılması prosesi gedir".
Keçək ilaxır çərşənbəyə və onun xüsusiyyətlərinə. Professor Məhərrəm Qasımlının bildirdiyinə görə, bu gün dilənən bütün diləklər Tanrı dərgahında hasil olur, eşidilir.
M.Qasımlının sözlərinə görə, ilin axır çərşənbəsi Novruz çərşənbələrinin sonuncusudur və bununla da bütün çərşənbələr yekunlaşır: "Bu mərasimdə insanlar sabaha, saf ruhla, xoş ovqatla üzü bayrama gedirlər. Bundan sonra bayram mərhələsi gəlir. Həmin gecə insanlar yandırılan ocaqların, axar suyun üstündən atılaraq öz çillələrini oda, suya tökürlər.
El arasında ilaxır çərşənbəyə bir dilək günü kimi baxırlar. İnanca görə, həmin gecə insanların ürəklərində tutduqları arzu və diləklər yerinə yetir. Keçmişdə bayram axşamı üçün xüsusi mərasimlər icra olunurdu. Elə indinin özündə də bu mərasimlər keçirilir. Həmin gecə ərgən (subay) qızlar bir qaba su tökərək suyun içinə üzük, iynə salır, qapı pusurlar (buna qulaq falı deyirlər- M.Q). El adətinə görə, həmin axşam bütün evlərdə ancaq xoş sözlər danışılmalıdır. Ona görə ki, qapıya qulaq asan adam öz niyyətinin hasil olması üçün qapı pusur".
Alim qeyd edir ki, ilaxır çərşənbənin özünəməxsus bir neçə xüsusiyyəti var və onlardan biri də süfrəyə yeddi cür nemətin qoyulmasıdır: "İslam öncəsi bu axşam "şin" hərfi ilə başlanan 7 cür nemətlə süfrə bəzədilir. Bəzi yerlərdə buna "7 ləvin bayramı" da deyilir. 7 cür mer-meyvənin, şirniyyatın süfrəyə düzülməsi səbəbindən bunun adı "7 ləvin"dir. İndinin özündə də Ordubadda camaat buna ilaxır çərşənbə yox, "7 ləvin bayramı" deyir. Güney Azərbaycanda, Urmiyə və Təbriz tərəflərdə də bu gün "7 ləvin bayramı" adı ilə tanınmaqdadır. Əski çağlardan belə bir inam gəlir ki, bu bayramda dünyadan köçənlərimizin ruhu ocaq başına gəlir, ona görə də ölən insanın ruhunu şad etmək üçün evdə bişən bişmişdən bir pay da artıq qoyurlar ki, ocaq başına gələn ruh onlardan inciməsin. Bundan əlavə, çərşənbənin səhərisi evdə saxlanan su qabları boşaldılır və yerinə təzə su doldurulur. Təzə su həyət-bacaya, künc-bucağa səpilir. Bu çərşənbənin səhərisindən etibarən üzü bayrama gedən günlərdə tam olaraq çillə artıq arxada qalmış olur".
Təbiət oyanır, canlanır, torpaq nəfəs alır, bitirir, göyərdir, ağaclar çiçəkləyir, insanın ümidləri pöhrələnir.
Folklorşünas Məhəmməd Məmmədov mətbuata bildirib ki, ilaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələrindən, ayin və oyunlarından danışan alim bildirib ki, bu qudsaldır. Eldən bəllidir ki, ilaxır çərşənbəyə insanlar çox böyük ruh yüksəkliyi ilə, yeni ovqatla başlayır. Bilirik ki, bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya söyləyərlər.
Adətlərdən biri də odur ki, ilaxır çərşənbəyə bir neçə gün qalmışdan başlayaraq həyət-baca təmizlənər, çağ-çəpərdə arınma işləri aparılar, küsülülər barışar, nəs danışmazlar.
İlaxır çərşənbə ilə bağlı bir sıra ayinlər, inanclar mövcuddur. Onlar o qədər çeşidli və rəngarəngdir ki, adam heyran qalır. Doğrudur, bu gün o adət və ayinlərin bir çoxu unudulub, ancaq yaşayanları da var. Bu əsasən bölgələrdə yaşayır və icra olunur. Bəzi mərasimşünaslar qeyd edir ki, ilaxır çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar. Bu çox maraqlı, eyni zamanda da artıq itməkdə olan bir ənənədir. Əslində, bu cür adətlərin ömürlük yaşaması, yayılması vacibdir. Simvolik məna daşıyan hər bir element öz dəyərini bayram üçün qorumalıdır. Bəzi etnoqraflar yazır ki, bu mərasimin ən mühüm ayinləri əsasən axşam çağlarında icra olunur. Belə bir versiya var ki, üzərlik, tonqallar yandırılır və "ağırlığım-uğurluğum odda yansın" deyilir. Ümumiyyətlə, gecə axar su üstündən atılmaq da adət olub. Çoxlarımız bilirik ki, ilaxır çərşənbə gecəsi evin ağsaqqalı, ağbirçəyi ağaclara daş qoyardılar ki, niyyətləri baş tutsun, həm də o ağac barlı-bəhrəli olsun. İlaxır çərşənbə gecəsi insanlar son dərəcə ehtiyatlı olardı ki, birdən qulaq falına gələn olar. Bayram tonqalına gəlincə, bu vacib bir işdir və yandırılmalıdır. Əvvəllər babalarımız bayram tonqalını əsasən küləşdən yandırardılar. Odundan çox küləş, saman, ot yandırardılar. Həm onun xoş rayihəsi ətrafa yayılardı, həm də insanlar bununla çilləyə, ağrıya, köhnəliyə "yox" deyərdi. Özü də əsas məsələ o idi ki, ilaxır çərşənbədə tonqalı el ağsaqqalları, ailənin böyüyü yandırardı. Bəzi bölgələrdə ilaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmazdı. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox, əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq. İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar. Bu bayramda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval-ruhiyyə ilə çıxmaq arzusunda olarlar.
Folklorşünas alim Məhəmməd Məmmədov mətbuata bildirib ki, bu mərasimlə bağlı bir neçə fal var: "Düzdür, tez-tez fala inan, faldan qalma desək də, bayramda belə adət-ənənə hamımıza maraqlıdır. Deməli, ulduz-iynə falına görə, ilaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli, həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox, iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir. Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək, gənc qız həmin yaşda ailə həyatı quracaq. İlaxır çərşənbədə sevən oğlanlar sevgilərini etiraf etmək üçün bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlar.
Bundan başqa, səhər tezdən lal su gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaq və ya üzüyünü suya atarlar. Sonra suyun üstünü parça və ya güzgü ilə bağlayarlar. Axşamüstü balaca oğlan uşağı suyun ağzını açar, oradakı əşyalardan birini götürər, bu zaman qadınlardan biri üzünü başqa istiqamətə çevirərək müəyyən vəsfi-hal söyləyər. Sonra həmin insanın ürəyində tutduğu niyyət ilə vəsfi-hal arasında bir uyğunluq axtarılar. Bununla da niyyət tutan insanın arzusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilər. Növbəti bayram falı isə belədir: iki alma götürüb, ona xəlvəti bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar".
Məlumat üçün deyək ki, ilaxır çərşənbənin ayin və ənənələri ümumi olsa da, hər bölgənin özünəməxsus ayinləri də var.
Azərbaycanda ilaxır çərşənbənin ən yaddaqalan keçirildiyi məkanlardan biri Ordubaddır. Burada tədqiqat işləri aparan etnoqraflar bildirir ki, Ordubadda axırıncı çərşənbə günü "yeddi ləvin" deyilən bir mərasim keçirilir ki, həmin gün şəhərə nabələd olan adam gəlsə, burada nəsə hərbi çaxnaşmanın düşdüyünü zənn edər. Göyə açılan beşaçılanlar, fişənglər, oynanan xalq tamaşaları hər yerdə müşahidə olunur. Rayonun bütün kəndlərindən mərkəzə gələn camaat həmin gün deyib-gülür, şadyanalıq edir, ilk sevinclərini bir yerdə paylaşırlar. Qadınlar evlərdə yeddi cür təamlar hazırlayır, bayram süfrəsinin bol olması üçün bütün imkanlarını ortaya qoyurlar. Divanxanaya yığışan evin kişiləri isə bayram axşamı üçün çöl tədarükü görürlər. Dağlıq ərazi olan bu yerlərdə ilaxır çərşənbə axşamında bütün dağlarda, gündüzlər çıxılması ağıla belə gəlməyən qayalarda tonqallar qalanır. Bu məharətin həyata keçirilməsində məhlələrin bir-biri ilə yarışa çıxdığını desək, yanılmarıq. Bayramın ən maraqlı, yaddaqalan hadisələri kimi papaq atmağı, qapı pusmağı qeyd etməmək olmaz. Cavan qızlar həmin gecə niyyət edib fal açırlar. Gələcəkdə diləklərinin həyata keçməsi üçün dualar edirlər.
Etnoqraflar qeyd edir ki, illərin sınağından çıxan ilaxır çərşənbəyə Bakı kəndlərində, xüsusilə də Maştağada "Həmişə belə" də deyirlər. Maraqlıdır ki, kəndin ağbirçəkləri, ağsaqqalları bu günə bu adı verməklə onu əsaslandırıblar da. Deyilənə görə, ilaxır çərşənbəyə həm də "Həmişə belə" deyilməsi səbəbsiz deyil. Bildirilənə görə, adam ilaxır çərşənbəni hansı ovqatla qarşılayırsa, il boyu həmin əhvalda olur.
Görürsünüzmü, hər bölgə bu mərasimə, müqəddəs günə öz dəyərini verir. İlin ən əziz, müqəddəs günü sayılan, əsl bayram səviyyəsində keçirilən ilaxır çərşənbədə yaddaqalan hallardan biri indi unudulan torbaatma mərasimidir. Bir neçə il əvvələ qədər uşaqlar evlərə torba atardılar. Ondan əvvəlki yüzilliklərdə isə evlərin çoxunun bacası olduğu üçün bacadan evə qurşaq sallayıb bayram sovqatını belə alardılar. Qurşaq, torba ənənəsi artıq geridə qalıb, itirilib. İndi təəssüf ki, uşaqlar ilaxır çərşənbə günü evlərə papaq atır. Bu da haqlı olaraq narazılıqla qarşılanır.
Yaşıllığın, bərəkətin, həyatın nişanəsi, simvolu olan səməni ilaxır çərşənbə günü də süfrəyə qoyulur.
Qudsal gününüz - ilaxır çərşənbəniz mübarək!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ