Bazar günü günü, 29 noyabr 2026
     

Musiqi mədəniyyətimizə kölgə salan bayağı mahnılar...

Image


Minillər bundan əvvəl yaranan mahnılar var ki, bütün zamanların sərt sınağına dözüm göstərərək xalq mahnıları libasında günümüzə gəlib çıxıblar. Bu mahnıların mətni-sözləri mükəmməldir, dəyərlidir, alt qatı dərindir, zəngindir. Mənası olmayan söz yığını kimə və nəyə lazımdır? Təbii, heç kəsə. Azərbaycanda çox böyük mahnı yaradıcılığı ənənəsi mövcuddur və çox məzmunlu, ifadəli mahnı mətnləri var.
Lakin onların çoxluğuna baxmayaraq, bizi narahat edən bir sıra məsələlər də yox deyil. Keçən əsrin 90-cı illərindən başlayaraq mahnı yaradıcılığı sahəsində ciddi böhran, qarşısıalınmaz problem yaranmağa başlayıb. Bu o həddədir ki, indi çox yerdə bayağı mahnı səslənir. Efirdə, ekranda, mağazalarda, bir sözlə, bayağı mahnılar bizi hər yerdə izləyir. Avtobuslarda da bu mahnılar aktualdır. Əvvəllər sürücülər xüsusi disklər, albomlar vasitəsilə sərnişinləri "musiqiyə qonaq" edirdisə, indi ona ehtiyac qalmayıb. Artıq yerli radioların bir çoxu bayağı mahnıları kütləvi olaraq yayımlayır. Bayağı mahnı problemi son 20 ilin ən aktual mədəniyyət problemi olaraq qalır. Heç bir məna daşımayan söz yığınından ibarət olan mətnlər musiqi mədəniyyətimizə zərər gətirir. Tanınmış şair və bəstəkarların bildirdiyinə görə, bəzi müğənnilərə ciddi mahnı mətnləri lazım deyil. Onlara bayağı, şit və mənasız söz yığını olan mahnı mətnləri gərəkdir.
Şair Vahid Əziz mətbuata bildirib ki, müğənnilərin çoxu heç nə oxuduğunu dərk etmir: "Çoxları heç mahnının sözlərini belə düzgün ifadə edə bilmir. Bilirsiniz niyə? Mütaliələri yoxdur, kitab oxumurlar".
Bəstəkar Eldar Mansurovun sözlərinə görə, həvəskar bəstəkarlar ciddi şairlərə müraciət etmək istəmir: "Dostlarının, tanışlarının şeirlərinə mahnı bəstələyirlər".
Bəstəkar Nadir Əzimov mətbuata bildirib ki, bayağı mahnılar yazanlar var, amma bu o demək deyil ki, bütün bəstəkarlar bayağı mahnılar yazır: "Şəxsən mən ciddi və məşhur şairlərin şeirinə müraciət edirəm. Özünə və sənətinə hörmət qoyan bəstəkarlar hər zaman ciddi mətnlərə üstünlük verir".
Bu gün meydanda olan mahnıların siyahısına baxsaq görərik ki, onların kütləvi olaraq cəmiyyətə ixrac edilməsi bizə böyük zərər verir.
Məlum olduğu kimi, hazırda az qala efirləri işğal edən
"Qəşəng-qəşəng", "Şıkı-şıkı baba", "Mırtdaşaq", "Get hoppan" kimi mahnılar kifayət qədər bayağıdır və tüfeyli həyat tərzini təlqin edir.
Azərbaycan musiqisinin, musiqi mədəniyyətinin "qara yarası"na çevrilən bu nümunələr zövqdən, yüksək keyfiyyətdən uzaqdır. Nəzərə alsaq ki, musiqinin əsas işi, vəzifəsi, funksiyası zövq vermək, əhvalı dəyişmək, insana ruh verməkdir, barəsində danışdığımız nəsnələr bundan tamamilə uzaqdır. Onu da qeyd edək ki, bu nümunələr cəmiyyətə kütləvi şəkildə ixrac edildikcə gənclərin ona marağı artır. Bəllidir ki, ucuz musiqinin ardınca gedənlər tamam başqa kəsimin təmsilçiləridir, ancaq bununla belə, bu "epidemiya" digər qrup gənclərə də sirayət etməyə bilmir. Bilirik ki, Azərbaycanda musiqi mədəniyyətinin inkişafına, zövqlü musiqinin təbliğinə, dəyərli mahnı mətnlərinin musiqiyə gətirilməsinə ciddi dəstək verilir. Bu gün Azərbaycanda kifayət qədər mahnı mətni yazmaqda mahir olan şairlər var və onların yazdığı mahnı mətnləri özünə kifayət qədər tamaşaçı cəlb edə bilib. Amma buna baxmayaraq, bayağı mahnıların, mahnı mətnlərinin mövcudluğu bizi narahat edir.
Bu məsələ ilə əlaqədar Milli.Az xəbər portalına fikir bildirən xalq artisti Mübariz Tağıyev deyib: "Belə davam etsə, sənət aləmi uçuruma gedir. Dəhşət burasındadır ki, birmənalı şəkildə bugünkü müğənnilər, xüsusilə də gənclər toy bazarına istiqamət tutublar. Digər tərəfdən, onları qınamaq da olmur. Çünki ayrı yol da yoxdur. Onlar istər yaradıcılıq yeniliklərini reallaşdırmaq, istərsə də sosial problemlərini həll etmək üçün maddi vəziyyətlərini tənzimləməlidir. Ancaq bu o demək deyil ki, sənət bütünlükdə toy bazarına qurban getməlidir. Çıxış yolu olmasa da, bu problem gec-tez həllini tapmalıdır. Bugünkü sənət aləmi nəzarətsiz bir qatara bənzəyir ki, istiqaməti bəlli deyil. Bu qatarın son dayanacağı uçurum olacaq. Sənət aləmində olan gənclər başlı-başına qalmış yetimləri xatırladır. Kim necə istəyir, elə də səhnəyə çıxır, istədiyini oxuyur. Biz bir məqamı unuduruq ki, müğənnilərin efirdə oxuduğu mahnılar lent yazısı olduğundan, onlar həm yaddaşlarda qalır, həm də efir arxivində, bununla zövqlər korlanır. Məntiqsiz, biədəb mahnı mətnləri efirlərə ayaq açıb. Mahnı yazan bilinmir, oxuyan bilinmir. Axı mahnıda pillələr nəzərə alınmalıdır. Müğənni birdən-birə boğazından bir aktava yuxarı atlana bilməz. Əslində, səsi olmayanlar üçün mahnı oxumaq problem deyil. Çünki onlar pis də olsa, yaxşı da olsa, oxumağa can atırlar. Amma istedadlılar yaxşı mahnı olmayanda üzə çıxa bilmirlər. Mən daha çox istedadlı gənclər, müğənnilər üçün narahatam. Çünki onlar mahnıları hiss etmək qabiliyyətinə malikdir. Ancaq problem ondadır ki, bugünkü problemin nə kökünü tapa bilirlər, nə də həlli yolunu. Sənət aləmindəki problem bir günün söhbəti deyil. Bu problem təkcə estrada janrında da mövcud deyil. Məgər xalq musiqisi istədiyimiz səviyyədədir? Maraqlanın görün, bu gün xalq musiqisi üslubunda yeni musiqilər yazılırmı? Vaxtilə Cahangir Cahangirov, Qara Qarayev, Fikrət Əmirov kimi böyük bəstəkarlar xalq mahnıları üslubunda bəstələri ilə müğənnilərin yaradıcılığına müsbət təsir göstərirdilər, onların repertuarını formalaşdırırdılar. Bu gün necə, belə mahnılar yazılırmı? Yox. Çünki hamı hesab edir ki, pul qazanmaq üçün ya estrada janrında olan mahnılara müraciət etmək lazımdır, ya da toylarda oynanılan bayağı mahnılara. Sanki sənət toy bazarına tərəf üz tutub və müğənnilər də toydan başqa heç nə görmürlər. Heç klassik musiqilərdən danışmağa da dəyməz. Klassik mahnılar, əsərlər yazanlar da görürlər ki, onların zəhmətinə qiymət verən yoxdur. Ona görə də yazmırlar. Xaricdə üçhissəli simfoniyanı yazana təxminən yarım milyon dollar pul verilirsə, bizdə üçhissəli simfonik əsər üçün ən yaxşı halda 10 min manat pul veriləcək. 10 min manatın da bir hissəsi vergiyə, əlavə xərclərə gedərsə, bəstəkara vur-tut 5 min manat qalır. Bəstəkar bu əsəri ərsəyə gətirmək üçün bir il əziyyət çəkir, əvəzində 5 min manat alır. Ancaq mahnı yazan bəstəkar bir günün içində bir mahnı yazır, müğənnidən 5 min manat alıb cibinə qoyur. Sizcə burada əsl sənətin inkişafından söhbət gedə bilərmi? Sənət aləmində tarazlıq pozulur. Bizim, sizin danışmağımızla bu problem həllini tapmayacaq. Bu sahəyə səlahiyyətli orqanlar nəzarət etməlidir. Sənət aləmi bazara dönməsin. Biz hara getdiyimizin fərqinə varmırıq. Bugünkü sənət aləmi qəbiristanlığı xatırladır. Mən bundan narahatam".
Son illərin bayağı mahnılarının sırasına baxanda adamı dəhşət bürüyür.
"Tin uşaqları" qrupunun oxuduğu, telekanal və radioların ciddi cəhdlə yaydığı
Səhər tezdən açılanda pəncərə,
Gözümə görsənir gözəl mənzərə,
Nazlı yarım su verəndə güllərə,
Ürəkdən sevinib söyləyirəm mən.
Ay maşallah, iri-iri gözlərin,
Öldüm, ay Allah, iri-iri gözlərin.
Son illərin yaranan bayağı mahnılarındandır. Bu mahnılar Azərbaycan musiqi mədəniyyətinə nə xeyir verə bilər?
Orxan Dəniz və Aşıq Səbuhinin oxuduğu "Mənim balam bal dadır" nümunəsi də öz bayağılığına görə heç də başqalarından geri qalmır.
Mənim aşkım qısqancdır,
Hər işi davadır, qandır.
Ərköyün, dəlisovdur,
Mələk donlu şeytandır.
Bir neçə müddət ayrı qaldı peşimandır,
Ağlayır gecə-gündüz, göz yaşı dəsmaldadır...
Bu nə mahnıdır? Bu nə sözlərdir? Azərbaycan musiqi mədəniyyətinə başucalığı gətirmir.
Qapı döyülür getdi qəmim, nisgilim,
Kimdi axı mən hardan bilim?
Bəlkə qayıdıb mənə sevgilim
Yuxumda...
Bayağı musiqi mətnlərindən biri də budur. Təsəvvür edin ki, respublikada kifayət qədər peşəkar musiqiçi, istedadlı şair olduğu halda mahnılar bayağı, mətnlər zəifdir.
Bir gün yenə geri dönsən,
Məni sevib əzizləsən.
Sənsiz dünyam heçdir desən
İnanımmı, inanımmı?
Göründüyü kimi, bu mahnıların səviyyəsi çox aşağıdır. İndi mahnı mətnləri yazanların əksəriyyəti çiy sözlərdən yapışır və onu ifadə etməyə çalışır.
Bilirik ki, vaxtilə Səməd Vurğun, Mikayıl Müşfiq, İslam Səfərli, Nəbi Xəzri, Tofiq Mütəllibov, Mirvarid Dilbazi, Rəsul Rza, Cabir Novruz, Süleyman Rüstəm, Zivər Ağayeva, Zeynal Cabbarzadə, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Mədinə Gülgün, Nigar Rəfibəyli kimi şairlərin sözlərinə çox qiymətli mahnılar yazılıb... Tanınmış jurnalist Flora Xəlilzadə bu sahədə çox maraqlı fikirlər irəli sürüb: "Əlbəttə, siyahını çox uzatmaq olar. Dediyimiz odur ki, bu şəxsiyyətlərin hər biri mahnı ifaçılığına ciddi yanaşıblar. Bu səbəbdən də onların qələmindən qopan misralar musiqi libasına bürünərək yeni ömür fəth edib. İndi də həmin mahnılar səslənəndə insan bir nostalgiya keçirir. Əslində bütün bu məşhur simaların nəfəsindən yadigar qalan ifalar retro mahnılar səviyyəsinə yüksəlib. Sovet dövründə, həqiqətən, hər kəsin mahnı bəstələmək hüququ yox idi. Bu işi mütləq peşəkar bəstəkar görməli idi. Halbuki, o dövrdə elə müğənnilər, müxtəlif musiqi alətində çalan sənətkarlar, həvəskar bəstəkarlar olub ki, istedadlarının gücünə çox gözəl mahnılar yaradıblar. İfa da edilib, amma heç vaxt bəstəkar kimi adları çəkilməyib. Müstəqilliyimizi qazandıqdan sonra bilinib ki, hansısa bir məşhur mahnının musiqisini Şahid Əbdülkərimov, yaxud Bəhram Nəsibov yazıb, Zeynəb Xanlarova özü bəstələyib. Xalq mahnısı kimi qəbul etdiyimiz neçə nəğmə, təsnif var. Çox sonradan məlum olub ki, onların musiqi yozumunu məşhur xanəndələr - İslam Rzayev, Əlibaba Məmmədov verib. Xalq artisti, görkəmli muğam ustadı Arif Babayevin məlahətlə ifa etdiyi onlarla mahnının adını çəkmək mümkündür ki, musiqisini özü bəstələyib".
Tanınmış yazar qeyd edir ki, yeni mahnılar səslənir, amma əvvəlki effekti vermir: "Sanki yaşıl bir çəmənliyi yad məmləkətlərdən gətirilmiş çayırlarla, tikanlarla doldurublar. Bu solğunluqdan, yoruculuqdan, mənasızlıqdan bezirsən. Elə ki, qarışıq səslərin, gurultuların içində "köhnə" mahnılardan eşidirsən, əhvalın düzəlir. Ən dəhşətlisi də odur ki, təkcə qeyri-peşəkarlar deyil, tanınmış bəstəkarların bəziləri bəsit mətnlərə, məntiqsiz söz yığınına müraciət edir, musiqi bəstələyir, zorla dinləyiciyə sırıyırlar. Mahnı janrının yaranmasındakı ənənələr də, demək olar ki, pozulub. Birdən-birə müəyyən insanlara sanki "istedad" bəxş edilib.
Özü yazır, bəstələyir və oxuyur. İctimai və şəhərlərarası nəqliyyatda, yolda-izdə, evlərə iznsiz daxil olan televiziya ekranlarında, konsert salonlarında, toylarda, mərasimlərdə, daha haralarda nələr eşitmirsən?! Bəzən də mahnı adı ilə təqdim olunan söz yığınındakı qarğışlar adamı dəhşətə gətirir: "Səni öləsən, qayınana", "Evin yıxılsın, ay qız", "Azara düşəsən", "Mənsiz öləsən" və s. Bir vaxt ara mahnıları kimi epitetlənən, ekrana, efirə buraxılmayan bəsit mətnlər də var ki, indi yağışdan sonra cücərmiş göbələklər kimi hər yeri başına götürüb. "Min bir mahnı" adlı bir kitab tez-tez nəşr olunur. Burada xalq və bəstəkar mahnıları toplanıb. Əlbəttə, Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət etmək baxımından belə kitabların nəşri təqdirəlayiqdir".
Ancaq bununla belə, bu nəşrdə də bayağı mahnılar yer alıb. Ümumiyyətlə, mahnı mətnləri sahəsində ciddi problemlər mövcuddur və hesab edirik ki, bu aradan qaldırılmalıdır. Zəngin musiqi mədəniyyəti olan bir xalqın musiqisinə zərbədir bu bayağı nümunələr. Azərbaycan dövlətinin musiqi mədəniyyətinə verdiyi dəstək, göstərdiyi qayğı yetərincədir. Düşünürük ki, vaxt gələcək bayağı mahnılar itib batacaq...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ