Bazar günü günü, 29 noyabr 2026
     

"Elm Haqqında" Qanunun qəbul edilməsi elmin inkişafını stimullaşdırır...

Image


Azərbaycan elminin keçdiyi zəngin və şərəfli yolun tarixi çox qədimlərə, uzaq çağlara bağlıdır. Qədim elm məbədləri, elm mərkəzləri, burada yetişən alimlər, elm xadimləri, sözün əsl mənasında, şərəfli bir işdir. Azərbaycan elminin inkişafında müstəsna rol oynayan alimlər, mütəfəkkirlər özlərindən sonra böyük bir irs qoyublar. Dərin özül üzərində inkişaf edən Azərbaycan elmi bu gün özünün məhsuldar çağlarını yaşayır.
Azərbaycan dövlətinin elmə verdiyi böyük dəyər, bu sahəyə ayırdığı maliyyə vəsaiti kifayət qədər sayıla bilər. Məlum olduğu kimi, bir neçə ildir Elm Fondu fəaliyyət göstərir. Elm Fondu gənc alimlərin yeni tədqiqatlarının stimullaşdırılmasına dəstək olmaqla yanaşı, müxtəlif sahələr üzrə müsabiqələr keçirir. Gənc alimlərin əsərlərinin nəşri, tədqiqatlarının üzə çıxarılması, ixtiralarının maliyyələşdirilməsinə Elm Fondu çox böyük töhfələr verib. Ümumiyyətlə, elmin strategiyasının müəyyən olunması, bunun mövcudluğu elmin irəliləməsinə böyük stimul verir.
Azərbaycan elminin başında Azərbaycan Milli Elmlər Akademiyası dayanır. Başqa elm ocaqları da, ali məktəblər, universitet və institutlarda da elmi tədqiqat işləri aparılır. Amma əsas iş Akademiyada görülür. Bildiyimiz kimi, bir neçə il idi ki, Azərbaycanda "Elm haqqında" qanunun qəbul olunmasının vacibliyi məsələsi müzakirə edilirdi. Alimlərin əksəriyyəti hesab edirdi ki, bu layihənin qəbulu Azərbaycan elminə yeni nəfəs gətirəcək.
Artıq "Elm Haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qeyd edək ki, qanunda elmin inkişafı istiqamətində bir çox məsələlər öz əksini tapıb. Sənəddə Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi, ali təhsil müəssisəsinə "Tədqiqat universiteti" statusunun verilməsi, dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddi müəyyən edilməsi, elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin əməkhaqları hesablanarkən onların əmək stajları və peşə xüsusiyyətlərinin də nəzərə alınması və digər bir çox məsələlər öz əksini tapıb. Onu da bildirək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qanunun əhəmiyyətinin böyük olduğunu qeyd edib. Sözügedən komitənin sədr müavini Bəxtiyar Əliyev isə bu qanunun qəbulunun elm və təhsilin vəhdətini yaradacağını qeyd edib: "Artıq ali təhsil müəssisələrimiz həm də bir elm ocağı kimi fəaliyyət göstərəcək".
Professor Musa Qasımlı mətbuata bildirib ki, bu sənəd Azərbaycan elminin tarixində müstəsna xidməti olan sənəddir: "Bu qanun elmimizin inkişafına, həmçinin elm adamlarımızın sosial rifah halının yüksəlməsinə öz müsbət töhfəsini verəcək, eyni zamanda elmimizə yaxşı mənada rəqabət gətirmiş olacaq".
Azərbaycan Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlının fikrincə, "Elm haqqında" qanun layihəsinin əhəmiyyəti böyükdür və Azərbaycan elminin inkişafında müstəsna rol oynayır: "Bildiyiniz kimi, bizim bəzi bölgələrdə ali təhsil müəssisələrimiz var, o cümlədən bizim universitetin də yerlərdə filialları fəaliyyət göstərir. Onlardan bəziləri özlərini doğrultmadığına, genişlənə bilmədiyinə görə bağlanıb. Bu zaman, təbii ki, həmin müəssisələrdə çalışan bəzi elmi dərəcəli insanlarımız, müəllimlərimiz işsiz qalır və onlar Bakıya üz tutmalı olurlar. Ona görə yaxşı olardı ki, həmin elmi dərəcəli müəllimlər Bakıya gəlməsinlər, onlar işlədikləri bölgələrdə fəaliyyət göstərən orta məktəblərə işləmək üçün göndərilsinlər. Bu çox yaxşı olardı".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, "Elm haqqında" qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyənləşdirəcək: "Qanun layihəsi vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adlar, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb".
Elm adamlarının əksəriyyətinin bildirdiyinə görə, "Elm haqqında" qanun layihəsi mükəmməl hazırlanıb və elm sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradan bir sənəd şəklinə gətirilib. Alimlər hesab edir ki, alimlərin, elmin maraqlarına xidmət edən məsələlərin hamısı burada əks olunub. Alimlər bildirir ki, elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları təsbit olunub. Alimlərin fikrincə, bu sahədə yüksək inkişaf etmiş ölkələrin qanunverici bazası öyrənilib, müəyyən məqamlar prototip götürülüb və Azərbaycan şəraitinə, qanunvericiliyinə uyğunlaşdırılıb.
Milli Məclisin üzvü İlyas İsmayılov da "Elm Haqqında" Qanunun müsbət tərəflərini açıqlayıb. İ.İsmayılovun mediada yer alan fikirlərinə görə, sənəddə müsbət məqamlar kifayət qədərdir: "Qanunda bir müsbət məqamı da qeyd etmək istərdim. Qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasının əsas elmi müəssisə olması təsbit olunsa da, elm sahəsində ali məktəblərin üzərinə elmi fəaliyyətlə bağlı ciddi öhdəliklər qoyulur. Yəni əvvəllər ali təhsil müəssisələrində yalnız təsərrüfat hesablı elmi-tədqiqat işləri yerinə yetirilirdisə, indi artıq bu iş tamamilə yüksək müstəviyə qaldırılır. Bu gün universitetlərin elmi potensialı böyükdür, amma təəssüf ki, bundan çox az istifadə edilir, çünki universitetin əsas fəaliyyət növü tədris sayılır. Lakin bu gün dünyada güclü tədqiqatçı bölümü olan universitet və institutlar reytinq cədvəlində ilk onluqdadır, bütün elmi tədqiqatların əsas ağırlıq mərkəzi universitet və institutların üzərinə düşür və biz bu təcrübədən mütləq faydalanmalıyıq. Həmçinin müsbət haldır ki, qanunda elmi fəaliyyətlə məşğul olan kadrların həvəsləndirilməsi üçün onlara müəyyən güzəştlərin, imtiyazların verilməsi ilə əlaqədar konkret maddələr var. Elmimizə yeni simaların cəlb olunması üçün qanunda gənc alimləri stimullaşdırmaq məqsədilə onlara sosial, o cümlədən ipoteka güzəştlərinin verilməsi nəzərdə tutulub".
Millət vəkili, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin fikrincə də qanun dəyərlidir və elmin inkişafına hesablanıb.
Elm adamlarının bildirdiyinə görə, hər bir cəmiyyətin inkişaf göstəricisi həmin cəmiyyətin elm və təhsil səviyyəsi ilə müəyyən edilir. "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bu sahədə atılan uğurlu addımlardandır. Onu da deyək ki, son illər AMEA-da ən çox müzakirə edilən məsələlərdən biri elm sahəsində yaşanan bəzi problemlər idi. Bu problemləri qanuni mexanizm olmadan həll etmək çətin idi. Təhsilin əsasında da bir elmilik dayandığından, "Elm haqqında" Qanunun qəbulu bu sahədəki problemlərin aradan qaldırılmasına gətirib çıxarır. 20 ildən çoxdur ki, Azərbaycan alimləri fərdi halda, qrup halında, təşkilat halında Azərbaycan elminin keşiyində dayanaraq, elmi yeniliklərini dünyada təmsil edirlər. Bir alim, mütəxəssis kimi qürurla deyə bilərəm ki, ötən illər ərzində Azərbaycan alimlərinin elmi nəticələri dünyanın ən nüfuzlu elmi-tədqiqat və universitetlərinin tədqiqatçılarının aldıqları nəticələrdən zəif olmayıb. Bəzən zəif maddi-texniki baza ilə onlardan üstün nəticələr də göstəriblər.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, AMEA-nın Fizika İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev yerli mətbuata bu barədə bildirib: "Əslində "Elm haqqında" Qanunun qəbulu elmdə elə də inqilabi dəyişikliklər etməyəcək. Sadəcə, bu qanun elmin inkişafına mane olan boşluqların, maneələrin aradan qalxmasına xidmət edəcək. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institut və elmi mərkəzlər öz fəaliyyət istiqamətlərini elə bu qanun layihəsinin tələblərində göstərilən müddəalar əsasında qurublar. Məsələn, AMEA Fizika İnstitutunda son illər həyata keçirilən struktur islahatları nəticəsində İnstitutun elmi fəaliyyət istiqamətləri həm forma, həm də məzmunca daha da təkmilləşdirilib. Müştərək beynəlxalq elmi əlaqələr yaradılaraq müasir cihaz və avadanlıqların alınması üçün qrant layihələri işlənib hazırlanıb. Təbii ki, bayaq dediyim kimi, "Elm haqqında" Qanunun qəbulu ilə hər şeyin həll ediləcəyini də düşünmək olmaz. Hətta gələcək illərdə qanunda müşahidə olunan boşluqlar da olacaq. Lakin əsas məsələ bu qanunun qəbul olunmasıdır ki, bu da gündəmə gətirilib. Məni bir alim kimi daha çox sevindirən qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədilə Azərbaycan qanunvericiliyində qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsidir. Bu fəaliyyət nəticəsində alimlərin və mütəxəssislərin maddi rifah halı indikindən daha yüksək olacaq. Bundan başqa, Azərbaycanda özəl elmi müəssisələrin yaradılması məsələsinin də qanunda təsbit olunması müsbət hal kimi qəbul edilməlidir. Amma, fikrimcə, bu özəl elmi mərkəzlərin hansısa formada Azərbaycan Milli Elmlər Akademiyasına tabeçilik bağlılığının olması vacibdir. Əlbəttə, bu elmi mərkəzlər bazar iqtisadiyyatının tələb və təklif prinsipləri əsasında yaradılacağından, burada sağlam elmi rəqabət və fundamental elmi nəticələr əldə ediləcək.
Hətta "Elm haqqında" Qanunda ali təhsil müəssisəsinə "Tədqiqat universiteti" statusunun verilməsi ilə yaradılacaq özəl mərkəzlər üçün kadr potensialının hazırlanması işi nəzərdə tutulur.
Bu kadrlar isə universiteti bitirdikdən sonra özəl elmi mərkəzlərə işə qəbul olunacaq və bir müddətdən sonra mərkəzin maddi imkanları hesabına xarici elmi-tədqiqat mərkəzlərində təcrübə mübadiləsinə göndərilərək daha mükəmməl kadr kimi geri dönəcək. Nəticədə Azərbaycan alimlərinin tədqiqatları dünya elmi mərkəzlərinin diqqət mərkəzində olacaq və qarşılıqlı elmi tədqiqat işləri həyata keçiriləcək".
Alim hesab edir ki, Azərbaycan elminin tərəqqisində "Elm haqqında" Qanun böyük rol oynayacaq. Qanun artıq qəbul edilib, elm müəssisələrində fəaliyyət onun tələblərinə uyğun şəkildə qurulur. Dövlətin elmin inkişafına verdiyi dəyər misilsizdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ