Bazar günü günü, 29 noyabr 2026
     

Milli Teatr Günü - unudulmaz tariximiz...

Image


Səhnə insanı öz dərinliyinə çəkib ağuşunda itirir. Səhnənin sehri elədir ki, onun yanıb-sönən işıqları, hətta qaranlığa qərq olan qucağı da, sükuta könül verən ab-havası da adamı cəlb edir. Çoxlarımız aktyorların yerində olmaq istəyirik. Amma onların yerini tutmaq çox çətindir. Səhnəyə ömür bəxş etmək, səhnə üçün doğulmaqdır əsas şərt. Bu isə fədakarlıqdan keçir. Özün üçün yaşanmayan ömür, başqaları üçün axıdılan göz yaşları, ürəkdə şırımlar açan yad adamların kədəri, dərdi-budur teatr aktyorunun qəlbinə yüklədiyi möhnət, ağrı-acı...
Hərdən fikirləşirsən, teatr fədailəri necə qüdrətli olublarsa, bütöv bir ömrü bu sənətə həsr ediblər, teatrla yaşayıblar, teatrdan ayrılanda isə əksəriyyəti infarkt keçirib, dünyasını dəyişib...
Teatr çoxlarımızın sevdiyi məkandır. Elə vaxtlar olub ki, teatrlar tamaşaçı üzünə həsrət qalıb, fədakar aktyor və aktrisalar boş zala oynayıblar. Boş zal...Çox acı bir mənzərədir. Beş-altı tamaşaçı üçün də oynayıblar hətta. Artıq bu günlərlə vidalaşıb aktyorlar, indi başqa dövrandır. Teatr sənətinin çiçəkləndiyi, tamaşaçıların bu sahəyə ciddi meyl göstərdiyi bir zamandır. Daha aktyorlar boş zala oynamır. İndi tamaşaçılar var. Çünki teatrlara dövlət sahib çıxıb.
Mədəniyyət tariximizdə özəl günlər, hər zaman xatırlanacaq əlamətdar hadisələr çoxdur. 10 mart bu möhtəşəm günlərdən biri kimi yadda qalıb. 1873-cü il martın 10-da Azərbaycan milli teatrı doğulub. Bu doğuluş bütün Şərqdə böyük bir tarixə çevrilib. Martın 10-nu yalnız ömrünü teatra fəda edən sənətkarların bayramı deyil, həm də qədirbilən tamaşaçıların bayramıdır. Bu möhtəşəm tarixdə ölkəmizdə müxtəlif səviyyəli tədbirlər keçirilir, teatr xadimləri, gənc teatr əməkdaşları təltif edilir, mükafatlandırılır.
Azərbaycan dövlətinin teatr sənətinə qayğı və diqqətindən danışarkən bir sıra məsələləri yada salmalı oluruq.
Məlum olduğu kimi, XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyət tariximizə çox böyük hadisə kimi daxil oldu. Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşaya qoyulması peşəkar teatrın əsasının qoyulması kimi yadda qaldı. Teatrşünasların verdiyi bilgiyə görə, bu şərəfli işdə həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.
Məlum olduğu kimi, Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden Çuxursədd bəylərbəyliyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona 3 hissəli bir tamaşa göstərilib.
Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlayıb ki, onu "Şərqin operası" adlandırıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub.
Görürsüz, necə parlaq simalar, necə böyük sənətkarlar teatrın ayağa durmasında, inkişafında böyük əmək sərf edib. Mənbələrdə gedən məlumatlara görə, Azərbaycan Xalq Cumhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb olub. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verib. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər salınıb. Cumhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılıb.
Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında "Milli Teatr Günü"nün təsis edilməsi haqqında" 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə "Milli Teatr Günü" kimi qeyd edilir. Azərbaycan dövlətinin teatr sənətinə göstərdiyi qayğının miqyası günü-gündən artır. Bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 dekabr 2006-cı il tarixində "Teatr və Teatr Fəaliyyəti Haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb. Prezident İlham Əliyevin 2007-ci ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməci haqqında" imzaladığı Sərəncam da teatr sənətinə böyük təkan verib. Sənəddə qeyd edilir ki, peşəkar milli teatrın sürətli inkişafı və zaman keçdikcə şaxələnməsi onun öz coğrafiyasını genişləndirərək respublikamızın, demək olar ki, bütün bölgələrini əhatə etməsinə və hər biri müstəqil sənət ocağı olan yeni teatrların yaranmasına gətirib çıxarıb.
Ölkəmizdə vətənpərvərlik duyğularının aşılanmasında, yüksək mənəvi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan teatrı gənc nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərib: "XX əsrin sonlarında cərəyan edən mürəkkəb proseslər siyasi, iqtisadi və sosial böhrana gətirərək, ölkəmizin bütün mədəni həyatına, həmçinin teatr sənətinə son dərəcə mənfi təsir göstərib. Teatrın qarşılaşdığı obyektiv çətinliklər bu sahədə yaradıcılıq əhval-ruhiyyəsini də zəiflədib.
Azərbaycan teatr şəbəkəsinə daxil olan dörd dövlət dram teatrı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələrinin işğalına məruz qalaraq, ata-baba yurdlarından didərgin düşməsinə baxmayaraq, öz fəaliyyətini davam etdirir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə qarşısında geniş üfüqlər açılan milli taetr bu gün döbvlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır".
Bəlli olduğu kimi, sənəddə ölkəmizdəki bir sıra mədəniyyət sarayları və teatr ocaqlarında, o cümlədən Heydər Əliyev adına Sarayda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrında müasir tələblərə uyğun əsaslı təmir-bərpa və yenidənqurma işlərinə ciddi ehtiyac duyulduğu vurğulanırdı. O da məlumdur ki, artıq burada öz əksini tapan problemlər öz həllini tapıb, adları qeyd edilən mədəniyyət ocaqları dövlətin qayğısı sayəsində əsaslı şəkildə təmir və bərpa edilərək yenidən tamaşaçıların ixtiyarına verilib.
Qeyd edək ki, sənəddə xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayan və dolğun fəaliyyəti ilə milli sərvətə çevrilən Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi və yaradıcılıq potensialının dirçəldilməsi və teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi önə çəkilib və bu məsələlər də artıq öz həllini tapıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrı əsaslı təmir edilib və müvafiq texniki avadanlıqla təchiz edilib. Bakı şəhərində Azərbaycan Dövlət Gənclər Teatrının, Azərbaycan Dövlət Pantomima Teatrının, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məsələsi də diqqətdən kənarda qalmayıb. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələrinin işğalına məruz qalmış ərazilərdəki Füzuli və Ağdam dövlət dram teatrlarının hazırda yerləşdiyi binalarda əsaslı təmir-bərpa işlərinin aparılmasına dair işlərin də həyata keçirilməsi qeyd edilib. Bildiyimiz kimi, artıq 2007-ci ildən bəri teatrların həyatında böyük dəyişikliklər baş verib. Əlbəttə, dövlət qayğısı olmasaydı, teatrlarımızı çox çətin imtahanlar gözləyirdi.
Məlum olduğu kimi, İlham Əliyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əsaslı bərpa və yenidənqurma işlərindən sonra rəsmi açılışında iştirak edib. 2013-cü ildə baş verən bu möhtəşəm hadisə teatrın inkişafına səbəb olub.
Bəlli olduğu kimi, ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Teatrşünaslar qeyd edir ki, dövlət başçısının mədəniyyətimizə himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarandığı vaxtdan etibarən incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş edib. Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır.
Heydər Əliyev Fondunun da bu istiqamətdə həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun gördüyü işlər ölkəmizin mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, gənc istedadların yetişməsinə böyük töhfələr verir.
Ümummilli lider Heydər Əliyev teatr haqqında belə deyib: "Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha güclüdür. Bunlar xalqa daim sənət və xüsusən incəsənət vasitəsilə aşılanmışdır. Ədəbiyyatın insanlara böyük təsiri vardır. Ancaq bir var ki, insan hər hansı bir əsəri özü oxusun, bir də var ki, onu canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızda rolu böyükdür. Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanar fədakardırlar".
"Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" da Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, rejissor və aktyorların yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub. Azərbaycan teatrı dövlətin qayğısı və peşəkar, fədakar teatr işçilərinin, əməkdaşlarının, aktyorların, aktrisaların, rejissorların, rəssamların zəhməti sayəsində inkişaf edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ