22/02/2020 11:16
728 x 90

Polis İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxsi Cəlilabadda tutuqladı... - FOTO

img

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.

Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Masallı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş İntiqam Hüseynov Cəlilabad rayonu Muğan kəndi ərazisində saxlanıb. Onun idarə etdiyi “VAZ 21015” markalı avtomobilin salonuna baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 2 kiloqram 630 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

İlkin araşdırma  zamanı İntiqam Hüseynov həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan əvvəldən tanıdığı “Mehdi” adlı İran vətəndaşından satmaq məqsədilə aldığını bildirib. İntiqam Hüseynov ifadəsində əvvəllər də dəfələrlə “Mehdi” adlı şəxsdən narkotik vasitələr əldə edərək onların Bakı şəhərində satışını təşkil etdiyini bildirib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və saxlanan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər