22/01/2020 08:26
728 x 90

Xətai rayonunda 90 yaşlı qadına qarşı quldurluq edildi... - FOTO

img

Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib. Belə ki, dekabrın 10-u saat 13 radələrində naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq, onun boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın huşunu itirib yıxıldığından, həmin şəxs hadisə yerini tərk edib.

Qeyd edilən quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanıb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanıb. O, ifadəsində hadisəni tamah məqsədilə törətdiyini bildirib.

Faktla bağlı Akif Məmiyevlə bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər