30/01/2020 01:21
728 x 90

Cəlilabadda bibisinin evini oğurlatdı, polisdən gizlənə bilmədi... - FOTO

img

Cəlilabad rayonunda fərdi yaşayış evlərindən birindən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən evdə olmadığı müddətdə mənzildən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Hadisə barədə məlumat qeydə alınan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanıb. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində qeyd edilən hadisənin Bakı şəhər sakini Ziya Xasayzadə, Masallı rayon sakini İlyas Mikayılov, Ağdam rayon sakini Emin Məmmədov və Cəlilabad rayon sakini Esmira Həsənova tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər qısa zamanda tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, oğurluq edilən mənzil dəstə üzvü Esmira Həsənovanın bibisinə məxsus olub. O, hadisə günü evdə heç kimin olmadığını bildiyi üçün digər şəxslərlə birlikdə oradan oğurluq edib. Dəstə üzvləri Bakı şəhərindən Cəlilabad rayonuna Emin Məmmədovun “Opel” markalı avtomobili ilə gəliblər. Hadisədən sonra isə onlar elə həmin nəqliyyat vasitəsi ilə də paytaxta qayıdıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər