25/01/2020 21:27
728 x 90

Mingəçevirdə azyaşlıya qarşı soyğunçuluq edən şəxslər tutuldu - FOTO

img

Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini azyaşlı oğluna qarşı 2 nəfər naməlum şəxsin bıçaqla zor tətbiq etməklə onun mobil telefonunu alıb soyğunçuluq etdiyini bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən həmin hadisəni törədən şəxslərin müəyyən olunması məqsədilə dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb. Keçirilmiş əməliyyat tədbirləri ilə azyaşlıya qarşı soyğunçuluq edən şəxslərin Mingəçevir şəhər sakini, 20 yaşlı Azər Salahov və Gəncə şəhər sakini, 21 yaşlı Samir İsgəndərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı məlum olub ki, S.İsgəndərov “Instagram” sosial şəbəkəsində tanış olduğu dostu A.Salahovun Mingəçevir şəhərində yaşadığı evə qonaq gəlib. Daha sonra Gəncəyə qayıtmaq üçün yol pulu tapmayan dostlar çirkin əmələ əl atıblar. Zəng eləmək üçün azyaşlıdan mobil telefon istəyən həmin şəxslər daha sonra bıçaqla ona hədə-qorxu gələrək telefonu qaytarmayacaqlarını bildirib, qaçaraq hadisə yerindən uzaqlaşıblar. Saxlanan şəxslərdən hadisə zamanı istifadə etdikləri bıçaq və mobil telefon satdıqları yerdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb.

Son xəbərlər