25/01/2020 21:11
728 x 90

Polis Binədə evlərdən silsilə oğurluqlar etmiş şəxsi yaxaladı

img

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla noyabrın 12-dən 29-dək olan müddətdə Binə qəsəbəsi ərazisindəki həmin evlərdən ümumilikdə 1850 manat pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanıb. Bakı şəhər sakini olan Rövşən İbrahimovun əvvəllər də oğurluğa görə məhkum olunduğu aşkar edilib.

Araşdırma aparılır. 

Son xəbərlər